Ana səhifə TÜRK DÜNYASI “Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir“

“Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir“

Müəllif: Bizim Yazı
109 baxış

Həmsöhbətimiz AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, araşdırmaçı-yazar Xalidə XALİDdir.

-Xalidə xanım, sizin üçün türkcülük nə deməkdir?
-Türkçülük mənim üçün tükənməyən sevgi, gerçəklə röyanın sintezindən doğan, keçmışə boylanıb, sabahı aramaqda yardımçı olan, millətçilik, vətəndaşlıq sevgisini içimdə daha da gücləndirən bir qüvvədir. Tükçülük millətin – hər bir türkün əxlaqında formalaşmalıdır. Türkçülüyün atası Ziya Göyalp “Türkçülüyün əsası” əsərində yazırdi: “…Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir. …Vətən əxlaqı, məslək əxlaqı, ailə əxlaqı, cinsi əxlaq, mədəni əxlaq (şəxsi əxlaq), beynəlmiləl əxlaq”. Göyalpın saydığı bu əxlaqı keyfiyyətlər türkə aiddir, o türkə ki, tarix boyu şücaət və səxavəti ilə başqa millətlərə nümunə olub. Bu keyfiyyətləri hər bir türk özündə formalaşdırmalıdır. Hər bir türk ailəsində bu keyfiyyətlər övladlara aşılanmalıdır. Türkçülük- başqa millətlərə qarşı düşmənçilik demək deyil. Çox vaxt bunu bəzi üzdəniraqlar yanlış təqdim edirlər. Amma, bu böyük yanlışdır. Türkçülüyün mənasını bilən insan heç vaxt onun millətinə sayğı göstərən, ona dəyər verən millətlərə dəyər verməli, Türkün böyüklüyünü hər an hiss etdirməlidir.

-Bu gün türk dünyasının birləşə bilməməsi sizcə hansı amillərlə bağlıdır?
– Türk-islam coğrafiyasında bu gün müxtəlif gərginliklər və qarşılıqlı anlaşılmazlıq mövcuddur. Türk-islam dünyasında lazım olan birlik və bərabərlik yoxdur. Bu da bir sıra problemlərə zəmin hazırlandıqda, bu problemlərin həllinə deyil, əksinə daha da çətinləşməsinə səbəb olur. Bu durumun sona yetməsi,müsəlmanların və digər bütün toplumların rahatlığa, inama və barışığa qovuşması üçün, Türk-islam dünyasında sağlam bir birliyin təsis olunması çox vacibdir. Müsəlmanlar Allah təalanın Qurani Kərimdə buyurduğu kimi, qardaş olduqlarını unutmamalı, və bu qardaşlığa sayğı və diqqətlə yanaşmalı, bir ailənin üzvləri kimi sevinclərini də kədərlərini də birlikdə paylaşmalıdırlar. Bir millətin yaşaya bilməsi üçün bu millətdən olan  fərdin səxsi siyasi fikirlərindən üstün bir fikirə-milli birlik fikrinə inanması şərtdir. Milli birlik anlayışına hər bir türk içdən, könüldən inanmalı və yöndə lazim olan mücadiləni etməlidir. Çox gözəl bilirik ki, dünya miqyasında çox geniş sahələrə yayılmış halda yaşayan millətlərdən biri də türklərdir. Şərqi Sibir dənizindən Ağ dənizə, Himalaylardan İdil çayı bölgəsi də daxl olmaqla geniş bir coğrafiyada  türklər  yerli xalq olaraq yaşayırlar. Bu genişlikdə bir əhatə dairəsində yaşayan bir millətin millət olaraq birləşməməsi gunahdır. Bu birliyin əsasını qardaş türk  xalqlarının bir-birlərinə təmənnasız inamı təşkil etməlidir. Qardaş millət olaraq bütün türklər cəkici eyni zindana vurmalı, körpəsi dil acdiği gündən türkün böyüklüyünü ona aşılamalı, və millətinə sayğı göstərən millətlərə qarşı o da sayğı göstərməlidir. Belə olarsa, başqa millətlər də( təbii ki,türkü sevən və onun  uğuruna sevinə  bilən millətləri nəzərdə tuturam) bizim milli birliyimizə müəyyən mənada mane olmazlar.

-Xalidə xanım, bildiyimiz kimi AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışdığınız şöbə “Türk xalqları ədəbiyyatı “ şöbəsi adlanır. Nə vaxtdan bu şöbədə çalışırsınız?
-Bu şöbə 2009-cu ildə  Nizami adına Ədəbiyyat İnstitutunun  direktoru, mərhum akademikimiz Bəkir Nəbiyevin təşəbbüsü ilə yaradıldı. “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr”şöbəsinin bazasına əsasən. Mənim də namizədlik işimin mövzusu Türk xalqları ədəbiyyatı ilə bağlı olduğu üçün məni və digər 4 əməkdaşı bu şöbəyə keçidrdilər. Mərhum akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatında yadigar qoyduğu samballı əsərlər kimi, bu şöbə də millətimizə bir yadigardır. Şöbəyə filologiya üzrə fəlsəfə doktoru Arif  Əmrahoğlu rəhbərlik edir. Yarandığı gündən şöbədə məhsuldar iş aparılır. Belə ki, şöbənin “Türk xalqları ədəbiyyatı” məqalələr toplusu ildə 4 dəfə nəşr olunur. Təbii ki, maddi dəstək olarsa dərgini aylıq da nəşr etdirə bilərik. Şöbənin əməkdaşları tez-tez  Beynəlxalq elmi konfranslarda iştirak edir, Beynəlxalq elmi dərgilərdə məqalələrlə çıxış edirlər. Arif müəllimin elmi redaktorluğu ilə,  filologoya üzrə fəlsəfə doktoru Xuraman Hümmətovanın bizim türkcəyə uyqunlaşdırdığı Qabdulla Tukayın “ Samanbazarı  yaxud kəsikbaş”əsəri, fil.üzrə fəlsəfə doktoru  Mənzər Həsənovanın  “Qabdulla Tukay Azərbaycan ədəbiyyatşünaslığında”, filologiya elmleri doktoru Almaz Ülvünün “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” adlı monoqrafiyası, şöbənin doktorantlarından İsmixan Osmanlının azərbaycan türkcəsinə uyğunlaşdırdığı Əndəlibin “Oğuznamə” əsəri, Lalə Əliyevanın  da bizim türkcəyə uyqunlaşdırdığı Namik Kamalın “Vətən yoxsa Silistrə” əsəri çap olunmuşdur. Şöbənin adından məlumdur ki, burada bütün türk xalqları ədəbiyyatı araşdırıllır. Şöbənin yarandığı yaxın zaman kəsiyində Türkiyə, Qazax, Özbək,Qaqauz, Yunanistan türklərinin ədəbiyyatı və digər ölkələrin ədəbiyyatı araşdırılır. İnşallah, gələcək illərdə məncə ədəbiyyatını araşdırmadiğimiz bir Türk  xalqı qalmayacaq. Bütün bu işlərin ərsəyə gəlməsində institutun direktor vəzifəsini icra edən AMEA-nin müxbir üzvü Teymur Kərimli, instututun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı şöbə əməkdaşlarına diqqət və qayğılarını əsirgəmirlər. İnaniriq ki, yaxın zaman kəsiyində bizim şöbənin əməkdaşları   araşdırmaları ilə  dünya elmi miqyasında  tanınacaq araşdırmaları ilə millətimizi sevindirəcəklər.

– “Türk xalqları ədəbiyyatı” məqalələr toplusunda əsas hansı məsələlərə diqqət ayrılır?
-Bu toplunu yaratmaqda əsas məqsəd türk xalqları ədəbiyyatı sahəsində aparılan elmi araşdırmaların nəticəsi olan məqalələrin çap olunması və bu dərginin yaxın zaman kəsiyində inşallah bütün Türk dünyasına çıxarılmasıdır. Dərginin çap olunması şöbənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlunun (Məmmədov)təşəbbüsüdür. Artıq dərgimizin III sayı çapdan çıxmışdır. Bu sayda ədəbiyyatşünaslarımız A.Məmmədovun “Diri şeirlər müəllifi (M.Cumabayev haqqında”, N.Məmmədovun “Həzrət Urtenov və qaraçay ədəbiyyatınıln inkişaf mərhələləri, S.Hacının “Qaracaoğlanın şeirlərində eşq və aşıq”, X.Xalidin (İsmayılova) “Əminə İşinsunun “Cümhuriyyət türküsü” romanında xarakter” və digər məqalələrlə tanış olacaqlar. Gələcək saylarımızda artıq dərgimizdə təkcə şöbə əməkdaşlarının deyil, türk ədəbiyyatı ilə məşğul olan kənar müəlliflərin eləcə də, xaricdə yaşayan ailmlərin məqalələrini çap etməyi də nəzəzrdə tutmuşuq. Dərginin aylıq çap olunması üçün hələlik maddi gücümüz yetərli olmasa da, ümid edirik ki, Türk xalqları ədəbiyyatının dünyada daha yaxından tanınmasıvə bu sahədə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda da məhsuldar iş aparılmasına biganə qalınmayacaq və bu dərginin mütəmadi, yəni aylıq çap olunması üçün bizə maddı dəstək göztərəcək qurumlar  və ya imkanlı soydaşlarımız olacaq.

-Xalidə xanım, eşitdik bu yaxınlarda Ramil Səfərovun vətənə qayıdışı münasibətilə institutda qurban kəsmisiniz?
-Bəli, bu qurbanı Ramilin məhkəməsi günü ona cəza kəsilən gecəsi Uca Rəbbimdən onun saq-salamat vətənə dönməsini diləyib qurban demişdim. Şükürlər olsun Allahıma bu diləyimi də cavabsız qoymadı. Qurbanı onun ayaqları altında kəsəcəkdim, sadəcə o qayıdan günü mən Bakıda deyildim. Sonra İnstitutun həmkarlar təşkilatının sədri  filologiya elmləri doktoru Asif Rüstəmli ilə bərabər Ramilin atası Sahib müəllimlə danışdıq ki, bəs qurban gətirib kəsmək istəyirəm. Dedi ki, bacı, vallah o qədər qurban gətiriblər ki, Ramilin adına mən də bunları kimsəsizlərə, usaq evlərinə, məcburi köckün ailələrinə göndərirəm. Bəlkə elə institutda kəsib az təminatlı əməkdaşlara paylayasınız. Biz də razilaşdıq. Beləcə, qurbanı kəsdik. Kicik bir tədbirimiz də oldu şöbəmizdə Ramilin qayıdışı münasibətilə. Tədbirdən sonra isə qurban aztəminatlı əməıkdaşlara paylandı. Ramil millətimin, bayrağımın adına ucalıq gətirən övladımızdır. O, əsil türk övladına xas olan hərəkəti etdi. Millətini, bayrağını təhqir edənə aman vermədi. Möhtərəm Prezidentimiz isə əsil milli qəhrəmanlıq göstərdi, onun vətənə dönüşünü təmin etdi, haqqında əhv fərmanı imzaladı. İnşallah yaxın zaman kəsiyində necə ki, bu addımıyla millətimizi anidən sevindirdi, eləcə də torpaqlarımızın azadlığı xəbəri ilə də bu millətə, bu xalqa tükənməz sevinc bəxş edər. Cənab Prezident bir daha dünyaya Türkün gücünü və millətinə sevgisini bəyan etdi. Bu hadisəni hamı birmənalı qarşıalamadı, bu təbiidir. Amma, sapı özümüzdən olan baltaların bu hadisəyə düşmən mövqeyi-bax bunu mən anlamadım. Bir vaxtlar Ramilin Azərbaycana qayıdışı üçün guya hec bir iş görmür deyə  Prezidenti qınayan düşmən yalaqları indi isə, düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Amma, onlar bir şeyi unudurlar, nə qədər Azərbaycan var, nə qədər bu millət var, nə qədər bu ölkənin Prezidenti var nə bu məmləkət, nə bu millət hec bir düşmənin önündə əyilən deyil.

Ədil Ədilzadə//“OLAYLAR”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.