Ana səhifə YENİLİKLƏR “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir

“Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir

Müəllif: Bizim Yazı
657 baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir.

Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq.

Adıçəkilən kitabın Azərbaycanın Bakı şəhərində, Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunacaq.

Bundan əlavə layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər,

Bakı şəhərində müxtəlif tədbirlər və görüşlər təşkil olunacaq.

Həmçinin, Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələrinin Şuşa şəhərinə səfəri baş tutacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.