Ana səhifə İCTİMAİ “Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabının Bakı şəhərində təqdimatı keçirilib

“Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabının Bakı şəhərində təqdimatı keçirilib

Müəllif: Bizim Yazı
376 baxış

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakı şəhəri “Azərkitab” kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub. Tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri və s. iştirak edib.
Bundan əvvəl kitabın Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunub.
Bizimyazı.az xəbər verir ki, tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib. İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.
“Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Və kitabda yazıları yer alan türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri 26-29 yanvar 2023-cü il tarixlərində Azərbaycana səfər edib, Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak edib. Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının “Manas” teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas, yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası “Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi” başqanı Erkinbek Serikbay olub. Onlar çıxışları zamanı Azərbaycanın İrandakı səfirliyinə edilən hücum səbəbindən Azərbaycan xalqına və şəhidin ailəsinə başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.
Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hərkəsə və İntiqam Yaşara dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır.
Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim və s. layihə haqqında öz fikirlərini səsləndiriblər. Tədbirdə Kənan Hacı, Ümid Nəccari, Tural Turan , Qabil Ədalət, Emil Rəhimov , İradə Əlili və başqaları da iştirak edib.
Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunub. Eyni zamanda iştirakçılara “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabı hədiyyə edilib.

Ayşən Rəhim

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.