Ana səhifə İCTİMAİ “Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabı İstanbulda təqdim olundu

“Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabı İstanbulda təqdim olundu

Müəllif: Bizim Yazı
443 baxış

İstanbulda “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” kitabı təqdim olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir. Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

Bizimyazı.az xəbər verir ki, “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimat törəni təşkil olunub. Bu barədə məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat nümayəndələri, media nümandələri və oxucular iştirak edib. Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının önəmindən bəhs edib. Sonra layihə haqqında məlumat vermək üçün layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edib. Türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, irəliyə yönəlik bu kimi nəşrlərin artacağına ümid etdiyini ifadə edib. Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Səbinə Cabbarova, kitabda yazısı yer alan müəlliflərdən Türk Ədəbiyyatı dərgisinin yazı işləri müdiri Ənvər Aykol, Türk dünyasının tanınmış ozanı Əsat Kabaklı, kitabda yazısı yer alan müəlliflərdən, Dr. Dərya Akdemir, tanınmış Azərbaycan yazarı, Aygün Həsənoğlu, tanınmış yazar Oktay Hacımusalı, Türkiyənin tanınmış yazarı İnci Okumuş, Azərbaycanın istedadlı gənc yazarı Günel Şamilqızı, Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı Səadət Örməçi və s. Şuşa mövzusunda anlamlı çıxışlar ediblər, layihənin önəmindən bəhs ediblər. Şuşa şəhərində çəkilmiş foto şəkillər nümayiş olunub, tədbir iştirakçılarına geniş məlumatlar verilib. Sonda təltifetmə baş tutub, plaket və diplomlar təqdim olunaraq xatirə fotosu çəkilib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.