Ana səhifə YAZILAR Tural İRFAN. “Qara qutu”larda ahın pərişan…

Tural İRFAN. “Qara qutu”larda ahın pərişan…

Müəllif: Bizim Yazı
3. 147 baxış

Qarakənd səmasında həlak olmuş şəhid jurnalist, Milli Qəhrəman Alı Mustafayevin 60 illiyinə

I
Yurdu Əsli bildin, Vətəni sevdin,
Sevginə qul oldun sən Kərəm kimi.
Libaslar içində kəfəni sevdin,
Geyməmiş kül oldun sən Kərəm kimi.

“Qara Keşiş” qara çəkdi yoluna,
Qara tabutunda ruhun pərişan.
“Qara Kənd”lər gün ağlamaz halına,
“Qara qutu”larda ahın pərişan…

…Mənfur oyunların qurbanı oldun,
Dedin mən ölsəm də Vətən sağ olsun.
Qəhrəman, şəhidtək tarixdə qaldın,
Hər iki dünyada üzün ağ olsun!

“Qara Keşiş” əbəs göyə ox atmaz,
Qaranlıq məzarda ruhun nigaran…
“Qara Kəndlər” Qara bəxti ağartmaz –
Qara qutularda ahın nigaran…

II
Könlünə dəli bir ağlamaq salıb
Dünyaya hayqıran dilə dönmüşdü.
Əzilən millətlə qol-boyun olub
Məzarlar üstündə gülə dönmüşdü.

Dəhşətdən ovcunu üzünə sıxıb
Yurdu viran olan elə dönmüşdü.
Şəhid balaların gözündən axıb
Sərhədlər qoparan selə dönmüşdü.

Acı bir dünəni sabaha verdi-
Sirli şəhadətin səbri çatmadı.
Bəndənin dərdini Allaha verdi
Sevinci almağa ömrü çatmadı.

Vətənin dərdini öz dərdi sandı
Sevginin yurdunu ürək bilənlər…
Yerlərin halına göylərdə yandı
Kiçik doğuluban böyük ölənlər!..
           aprel 2012

You may also like

5 şərh

baba 2012-04-11 - 11:03

Yurdu Əsli bildin-bu nə ifadədir,qardaş? …Şeirində düzəliş elə. Mən indi Kərəmi Əslini sevdiyinə və bu mənasız sevginin yolunda xan atasından ona qalan xanlığı məhv etdiyinə görə qınayıram… Yazanda bir fikirləşin də…

Cavab
Tural 2012-04-12 - 20:20

…Senin kimilər Əsli kimi türk qızını erməniləşdirdi. Səni kimilərinə sevgi yox, xanlıq lazımdır. …Sən kimsən ki, mənə rəy bildirirsən və göstəriş verirsən

Cavab
Elvin 2012-04-12 - 20:29

Salam. Siz kimsiniz, kimliyiniz məlum belə deyil, ey Milli Qəhrəmanımızın xatirəsinə yazılmış, əslində böyük, amma senin kimilərin gözündə kiçik görünən bu şeirə etiraz bildirirsən. Unutma vətəni satanlar türk olmayib. Sen ne biləsən Əsli kim, Kərəm kim?

Cavab
Baba 2012-04-16 - 15:40

Tural, bilmirdim Əslinin türk olduğunu. Mən həmişə onun qara keşişin qızı olduğunu bilmişəm, yəni dastanlardan, nağıllardan o cür oxumuşam. Yəni, bir şeyi dəqiq bilmişəm ki, Əsli erməni qızıdır,ermənidir. Sənin yazdığın şeirə qarşı mənfi fikrim yoxdur, sadəcə “Yurdu Əsli bildin” ifadəsi mənə toxundu və arıma gəldi ki, bir azərbaycanlı şair oğlan mənfur erməni qızını öz yurdu adlandırır. Şəstimə dəydi. Milli Qəhrəmanımıza gəldikdə isə,onun bu fikrə aidiyyəti yoxdur,ay Elvin. Gör bir nə yazmışam da… Yazırsan ki, sən kimsən? Mən adamam, rəy bildirməyə də haqqım var, xanlıqda isə gözüm yoxdur. Onsuz da bəy nəslindənəm və özümə görə az-çox savadım var. …Sizə də yaradıcılığınızda uğurlar arzulayıram.

Cavab
tural 2012-04-30 - 18:04

eslinin turk qizi olmaqina shubhe edenler xeqani edeboqlunun unudulmush turanin col cicekleri kitabina baxa bilerler.biz ne dediyimizi yaxshi bilirik ne olar ki shair olanda…

Cavab

Baba üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.