Ana səhifə BAŞ YAZI Tumas Tranströmer – Ədəbiyyat üzrə Nobel ödülünün yeni laureatı!

Tumas Tranströmer – Ədəbiyyat üzrə Nobel ödülünün yeni laureatı!

Müəllif: Bizim Yazı
411 baxış

 2011-ci ildə Ədəbiyyat üzrə Nobel ödülünə İsveçli şair və tərcüməçi Tumas Tranströmer layiq görülüb. Laureatın adını Nobel Komitəsinin katibi Peter Enqlund açıqlayıb. Ödülün məbləği 10 milyon İsveç kronudur (ortalama –  1.4 milyon dollar).
Ödül bu il dekabrın 10-da Stokholmda keçirilən təntənəli törəndə təqdim olunacaq.
Xatırladaq ki, ötən il “Nobel”ə Peru yazıçısı Varqas Lyosa layiq görülmüşdü.

***
T.Tranströmer 1931-ci ildə Stokholmda doğulub. İxtisaca həkim-psixoloqdur. Əvvəllər həddi-buluğa çatmayanların islah düşərgəsində öz ixtisası üzrə çalışıb. Daha sonra iş yerlərində ağır xəsarətlər alan xəstələrlə fərdi qaydada işləməyə başlayıb.
O,  həm də peşəkar pianoçudur.
1990-cı ildə ağır insult keçirmiş ədibin bədəninin sağ bölümü iflic olub. Danışıq və sol əllə yazmaq qabiliyyətini itirib. Bundan sonra sağ əllə yazmağı öyrənib.
T.Tranströmer əsasən Vesteros şəhərində yaşayıb. Hazırda həyat yoldaşı Monika ilə Stokholmda yaşayır. Onun bugünədək 12 şeir, proza kitabı işıq üzü görüb.
Tranströmer “Nobel”ə qədər də bir sıra nüfuzlu ədəbi ödüllərə layıq görülüb. Bunlara örnək olaraq, “Petrark Ödülü”nü (1981), “Boniyer Poeziya Ödülü”nü (1983) göstərə bilərik.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.