Ana səhifə BAŞ YAZI Təbrizdə “Azərbaycan türkcəsində və farscada zərbi-məsəllər” kitabı nəşr olunub

Təbrizdə “Azərbaycan türkcəsində və farscada zərbi-məsəllər” kitabı nəşr olunub

Müəllif: Bizim Yazı
204 baxış

Təbrizdə “Azərbaycan türkcəsində və farscada zərbi-məsəllər” kitabı nəşr olunmuşdur.
Nəfis dizaynla çap olunmuş kitabın müəllifi tanınmış folklorçu Əsgər Səbuhidir.
Azərbaycan və fars dillərində yanaşı olaraq 1200 zərbi-məsəlin və atalar sözlərinin yerləşdirildiyi kitab 317 səhifədən ibarətdir. Müəllif “Ön söz” yerinə latın qrafikalı Azərbaycan əlifbası ilə fars əlifbasının, o cümlədən hər iki dildə bir sıra sözlərin yazılış və oxunuşundan ibarət cədvəl tərtib etmişdir.
Kitabda toplanmış zərbi-məsəllər və atalar sözləri folklorçular və şərqşünaslılar, o cümlədən ədəbi yaradıcılıqla məşğul olanlar üçün ciddi qaynağıdır.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Tehran

http://azertag.gov.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.