Ana səhifə YENİLİKLƏR “Sözlərin arasında hey səni axtarıram”…

“Sözlərin arasında hey səni axtarıram”…

Müəllif: Bizim Yazı
973 baxış

TRANDAFİR  SİMPETRUÇağdaş rumın şeirinin tanınmış nümayəndəsidir. Əsərləri dünya oxucusuna yaxşı tanış olan şairin yaradıcılığı uluslararası aləmdə ədəbi şöhrət qazanıb. O, 19 aprel 1962-ci ildə Rumıniyanın Jirlau kommunasında Braila şəhərində doğulub. Dünya Şairləri Birliyinin Rumıniya üzrə prezidentidir. Rumıniyada “LIRYC” qrafik nəşrlər evinin direktorudur. Rumıniya Ədəbiyyat Arxiv-Kataloqunun Ədəbiyyat, incəsənət və poeziya, rumın dili platformasının direktorudur. O, 2018-ci ildə Belqradda “MERSOPOTAMİYA” festivalının qalibi olub. T.Simpetru Dünya Şairlər Birliyinin fəxri üzvü, ilk məsləhətçisi, ilk direktor müavini olmuş, həmin uluslararası ədəbi qurumun qızılla əhatələnmiş sülh simvollu üç gümüş ulduzu ilə təltif edilib. V Moskva Uluslararası Sənət Festivalının qalibi, Türkiyədə KİBATEK-in Ulus­lar­arası Ədəbiyyat Festivalının iştirakçısı, İtaliyada “Şairlərin səsi” Uluslararası ödülünün laureatı və Uluslararası Stellin ödülçüsüdür. Həmçinin Rumıniya və Serbiyada mötəbər ədəbi ödüllərlə təltif edilib

NƏ VAXT…

Sevgilim,

Nə vaxt titrəyərək mənə yaxınlaşsan,

Dodaqlarında bülbül təbəssümü,

şimşəkqabağı səmadan qorxu ilə

ensən,

Nə vaxt yuxularımda diz üstə sürünsən,

Üzr diləsən, yalvarsan.

Mənim laqeydliyim divara dəyib qırılacaq,

Nə vaxt ki, xəyalın uzağa getsə,

Nə vaxt ki, sevincin səni tərk etsə,

Sənə yük olmayacaq

birinin ömrü verilsə,

sonra… sən başqa yolla getsən

Yalnız… onda başqa biri qalacaq burda.

İŞARƏTLƏR

Sənin üçün, sevgilim,

Qalıb bircə ağ vərəq.

Tropik küləklərin öz izini qoyduğu

Sonsuz bir səhra kimi.

Anlayacaq halda deyilik,

Hansı əzabdan qaçırıq.

Necə impuls axtarırıq

Hüdudsuz, şəkilsiz,

Bu vaxt dünyadan uzaqda

Onun addım səslərini eşitmirəm.

Bu gələ bilməyən qadındırmı?

Bəlkə də məni gözləyən gecədir?

Tək bircə boş vərəq qalıb mənimçün,

Okean sahili kimi ucsuz-bucaqsız…

Ordan həyəcanlı, ani işıltı elə indicə keçdi.

SƏNƏ DEYİRƏM…

Balım, sənə deyirəm,

Mənim günüm yolda keçir,

Sözlərin arasında hey səni axtarıram.

Gün batır, qar səpələnir

Sevgilərin arasına.

Və sən… məni hələ də gözləyirsən…

Amma mən geri dönmürəm.

Gecə də soyuq və sükut gətirir

Sahildəki külək gör necə əsir,

Mənim qaldığım sahildə…

Daha yaxın, lap yaxında

Tesanın boğuq zəngi çalınır…

Və sən məni öz elinin sözləriylə çağırırsan

Gəlməyimi xahiş elədiyin yerə.

Və mənim sənə əlim çatacağı an

Mavi gözlərinin içində təkrar diz çökəcəyəm.

Ah… külək soyuq sahillərdə necə əsir?

Çevirən: Təranə Turan Rəhimli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.