Ana səhifə YAZILAR “Son”la deyil “sən” lə bitən hekayələr yaz mənə…

“Son”la deyil “sən” lə bitən hekayələr yaz mənə…

Müəllif: Bizim Yazı
192 baxış

Qabil ƏDALƏT

“Sevgilin deyil, sevdiyin olmaq istərdim…”

“Son”la deyil “sən”lə bitən hekayələr yaz mənə…
Səsini belə xatırlamıram. Amma söylədiklərin nöqtəsinə qədər yadımdadır…
“Son”la deyil “sən”lə bitən hekayələr yaz mənə…
Birini sevib, ondan deyil, başqalarından sevgi etirafi eşitməkdən bezdim…
“Son”la deyil “sən”lə bitən hekayələr yaz mənə…
İndi mənim “son” dediyimə, kim bilir kimlər “ilk” olaraq başlayacaq…
“Son”la deyil “sən”lə bitən hekayələr yaz mənə…
Mənim üçün dəyərlisən, amma dəyərmisən?.. – bax bunu bilmirəm…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Bir insanın sənə nələr verəcəyi deyil, nələrdən imtina edəcəyi vacibdir…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
“Özünə yaxşı bax” dediyi andan addım atmağa qorxuram. “Başıma iş gələr” sözündən çıxaram deyə…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Deyirlər: “Bir qadın bir kişidən gözəl bir gələcək istər. Bir kişi isə bir qadından gözəl keçmiş…”
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Səni xoşbəxt etmək üçün hər şey edərəm… amma səni xoşbəxt olasan deyə başqasına verə bilmərəm…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Deyirlər: “Ağıllı qadın kişini sərbəst buraxar. Daha ağıllı qadın bir kişini onu sərbəst buraxdığına inandırar…”
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Deyirlər: “Bir qadının ən gözəl baxımı bəzəyi gün ərzində 5 dəfə aldığı dəstəmazdır…”
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Birinin imza atdığı qəlbə, mən dastan yazsam nə fayda?..
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Qəzaya uğrayan sürücülər kimi: hər şey bir anda baş verdi, qəftətən qarşıma çıxdı, nə edəcəyimi bilmədim…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Varlığım barmağına “üzük” olmadı, yoxluğum qulağına “sırğa” olsun…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Onun sevinməsi üçün əlbəttə sən “uduzmalısan”…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Bəzən o qədər sevərsən ki, uzaqda kimin üçünsə nəfəs aldığına görə şükür edərsən…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
“Küsülülər barışsın! Bunun üçün birinci addım atan elə birinci Cənnətə girər…” [Hz. Məhəmməd (s).]
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Kaş ki, ayrılıqdan sonra aramızda olan tək şey “məsafələr” olaydı, “kimlərsə” yox…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Kimi sevdin belə unutmayacaq qədər?
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
Darıxmaq gözəldir, darıxılan sən olunca…
“Son”la deyil, “sən”lə bitən hekayələr yaz mənə…
“Səni hər kəs sevə bilər… amma mən uğruna ölə bilərəm…”

You may also like

1 şərh

NİCAT Cefer 2013-11-08 - 18:17

Salam mənim istedadlı gənc şair dostum və qardaşım Qabil bəy əvvəla şəkili deyim çox gözəl düşmüsən mənə ilk baxşıdan Titanicdəki gəminin içini xatırladıb qaldı bu gözəl əsərinə Əziz QArdaşım sənin uğurların mənim uğurlarımdır .çox sevinirəm bu cur gözəl istedada bu cür gözəl şeir əsərlər yazmaq yaraşar bu yazdığın əsərdə möhtəşəmdir özünə məxsus ahəngliyi və normativləri ilə seçilir Sənə bu sənətdə bol-bol nailiyyətlər və uğurlar arzulayıram qardaşım Busayt admistrasiyasına dərin təşəkkürlər bu cür gözəl sənətkarlarımızın istedadlı şairlərimizin əsərlərini canlandırırlar !!!!!!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.