Ana səhifə BAŞ YAZI Nigar DUYĞUdan bir duyğulu şeir…

Nigar DUYĞUdan bir duyğulu şeir…

Müəllif: Bizim Yazı
936 baxış

Sulanmayan çiçəklər

Bittimi hər şeyin ən gözəli?
Nağılımız… sevdamız və o uzun dediyin yolumuz….
Ayrıldıqmı?
bəlkə də bu ayrılıq sulanmayan çiçəklərdən başladı…
o çiçəklər ki, əsla sevilmədi əzizlənmədi, sulanmadı…
və hər gün gətməyimlə ilgili verdiyin o qərarınla…
istəyin gerçəkləşir xəbərsiz gedirəm…
ayrılıq acı yara, o baxışlar bir məna dəyilmiş o zaman…
duyğularım kövrək uşaq kimi ovudurmuş ozunu ümidsiz boşluqda…
Səma saralıb, buludlar kirlənib… Istanbul da get gədə sənə bənzəyir…
Uzun bir sessizlik var içində…
nə qədər də az danışar olduq son zamanlar
yadlaşdıq… uzaqlaşdıq… başqalaşdıq…
Mənim yazdığım qarşılıqsız bir məktub.
tökülür qələmimdən ayrılıq qoxan misralarıyla.
yazdığım şeirimlə canım sıxılar…
yaxında ayrılıq başlıyar…
hər hansı sozün toxunmadı məni belə incidə incidə
Hansı seçimim məni bələ öldürdü?
Hansı ayrılıq var bele diş ağrısı kimi kutləşdirən?
Hansı axmaq bəhanə tapa bilərəm səndən üz döndərməyə?
Hansı oğru aldı səni… mənim cibimdən?
Hansı cımbız aldı səni içimdən?
Hansı uğursuz hambal daşıdı səni məndən?
Məni unut… içdiyimiz iki qurtum çayı da…
boynuna sarılıb səni lap coooox səvirəm kəliməsini də unut…
Ama çiçəkləri sulamağı unutma!

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.