Ana səhifə BAŞ YAZI Sizi “Açıq… məktublar”a çağırıram…

Sizi “Açıq… məktublar”a çağırıram…

Müəllif: Bizim Yazı
659 baxış

Nizami CeferovDos.dr. Dürdanə TAHİRLİ
DGTYB GƏNƏŞinin (Məsləhət Kurlunun) üzvü

Nizami CƏFƏROV – 55

Haqqında yazılan haqda yazmaq..! – bu özəl bir məqamdır, məncə. Bu yaxınlarda dəyərli aydınımız Nizami Cəfərovun “Acıq məktublar” adlı kitabı ilə tanış oldum. Burada onun SÖZ adamlarına ünvanladiğı məktublardakı SOZ məni bir filoloq kimi cox təsirləndirdi… cünki bu SÖZ anlamaq və anlatmaq əzmi ilə işıqlıdır… (necə deyərlər) süni pafosdan azaddır…
Əslində Nizami müəllimin məktubları yazıcıya deyil, oxucuya ünvanlanib. O oxucuya ki, onun ədəbi hadisəyə münasibəti cox zaman mental təfəkkür prizmasından hörülmüş çərcivə ilə ölcülür. Halbuki ədəbiyyat elə bir stixiyadir ki, onun daxilində doğulanları cözmək, dəyərləndirmək ücün ölçmək yox… anlayaraq duymaq, duyaraq anlamaq gərək… bu anlamda, demək olar ki, bizlərin ədəbiyyata münasibəti cox zaman nakam olub…
Ədəbi hadisə nə gədər sadə görünsə də, onun yaranma prosesi bir o qədər mürəkkəb və coxpilləlidir. Çox zaman isə insanlar sadə baxışla yalnız adilikləri görə bilir. Ədəbiyyat isə özəl spektr tələb edən sahədir.
Bu anlamda Nizami müəllimin Məktubları dərin baxışla çalarları sezmək ücün bir yardımçı rolunu oynayır. Nizami Cəfərov burada bir gid missiyasını yerinə yetirir, ədəbi hadisələr aləminə səyahətdə bizlərə fakellə sadəcə yol göstərmir… o bizləri qaranlıq qalan, daha səlist, işıqlı baxış tələb edən məqamlara yönləndirir. Cünki ədədbiyyat tək Yolla cözülməz… izin sezilməsi də çox önəmlidir.
Bu işıq Nizami Cəfərovun təfəkküründən doğan alovun işığıdır. Onun tədqiqatcı səbri, axtarış ehtirasından doğan işıqdır…
Məktubların zaman və ünvanı (yazılan ünvan) fərqli olsa da, onların bir neçə ümumi məqamları var. İlk növbədə müəllif ədəbi hadisənin köklərini və qaynaqlarını araşdırmağa çalışır. Bundan basqa Nizami müəllim bizim ədədbiyyatşünaslıqda az danışılan lakin çox önəmli olan ədədbiyyatın missiyası söhbət acır, SÖZ adamının nitqini, dilini bir körpü, bir ünsiyyət vasitəsi kimi təhlil edir, onun xalqa, xalqın taleyinə təsiri haqda danışır. Bütün bu amillər əslində ədədbiyyatın qutsallığını təsdiqləyir. Bu məqamlar Nizami müəllimin məktublarını özəl və dəyərli bir tədqiqat əsəri kimi dəyərləndirməyə əsas verir.
Bu əsərin mən deyərdim kulminasiya nöqtəsini İsa Muğanna zirvəsi və Vaqif Səmədoğlu əhatəliliyi təşkil edir.

İlk olaraq İsa Muğanna dərinliyinə baş vuraq.
İsa Muğanna kimi bir dühanın məhz sovetlər ittifaqi kimi boğucu bir mühitdə inkişaf edib… alovlanıb… yanması… yanaraq ətrafına işıq saçması hər zaman mənim ücün maraqlı olub. Hardan gəlib bu İŞİQ, bu DÜHA..? Nizami müəllim bu qaynağı araşdırır. “Siz məchul olduğu qədər də qutsal bir qaynaqdan gəlirsiz… kimdən nə öyrəndiyinizi bilmədiyiniz kimi kimə nə öyrədəcəyinizi də bilmirsiniz”. Bəli, Muğanna öyrətmədi, onun missiyası oyatmaq idi və o oyatdi bizləri qəflət yuxusundan ki, Sovetlər bizi qərq etmişdilər.
Müəllif Dühamiz haqda yazarkən qurur hissi ilə dolu cümlələr işlədir. Lakin bu sadəcə hiss deyil… bu deyərkən doğan əminlikdir: “Həm heçmişə, həm də gələcəyə göstərdiniz ki, biz öz “Bibliya”mızı, “Tövratı”mızı, “Qurani”mızı özümüz yaza bilərik. Gecikərik, ancaq yazarıq!”. Nizami müəllim tam doğru qeyd edir: xalqımızın içində bir ruhi potensial var. İsa Muğanna ordan gəldi, ordan qaynaqlandı. Və müəllif Muğannanı Ali Məqamda görür: “Siz dünyaya qədim dövrdə gəlsəydiniz şaman, orta əsrlərdə gəlsəydiniz peyğəmbər, yeni dövrdə gəlsəydiniz maarifçi-mütəfəkkir ola bilərdiniz…” lakin Muğanna məhz lazım olanda gəldi dünyaya və ədəbiyyatımıza. Cünki onun Ali missiyası bu idi: kökü hər vəclə unutdurulan xalqa ən dərin qatlardan cümlə-cümlə obrazlı şəkildə SÖZ çatdırmaq idi.
Ümumiyyətlə Nizami müəllim İsa Muğannadan yazarkən (İsa Muğannaya yazarkən) ədəbiyyatın aliliyindən danışır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bizlər isə çox zaman ədəbiyyatı daha çox el-oba obrazı ilə bağlayırıq. Nizami müəllim bu anlamda çox doğru yazır: “Yüz dənə Maksim Qorki İnstitutu bir Qorki yetişdirə bilərsə, deməli ədəbiyyatın nə ilahi mənşəyindən, nə də qutsallığından söhbət gedə bilər…”.

…Və sonuc olaraq… “Sizə yalnız heyran olmaq olar… Sizi yalnız sevmək olar… Sizin miqyaslı idrak dunyanıza qovuşmaq olar…”
Əgər İsa Muğanna dərinliklərdən gəldisə Vaqif Səmədoğlu bəşər mədəniyyəti və mənəviyyatın ən geniş coğrafiyasında formalaşdı. Onun daxili aləmində bütün bəşəri anlayış və dəyərlər sintezi vardır, bu sintezi daha da zəngin edən isə bilgi və intellektdir təbii ki… Vaqif Səmədoğlu dövrünə və mühütinə aid heç bir çərçivə və qəlibə sığmadı… və bundan doğan labüd faciəni yaşamalı oldu…
Nizami müəllim bu coğrafiyanın göstəricilərini təhlil edir: “…dahi Səməd Vurğunun övladı olmaqla qalmadınız… keyfiyyətcə də, çox-çox irəli gedib mədəni-ictimai fikir tarixinə öz adınızı yazdınız… Siz Azərbaycan yazıçısının (məhz Azərbaycan yazıçısının – D.T.) deyə biləcəyi ən ciddi, ən ağrılı, ən cəsarətli sözləri dediniz”.
Ağrılı söz… bu özəl bir məqamdır… onun ağırlığını duyub, qəlbləri, könülləri szılatmadan söyləyərək, insanların düşüncəsinə təsir etmək istedadıdır bu… Vaqif müəllim bütün sədləri dəf edərək, bu istedadını ən doğru və faydalı səkildə yönləndirdi. Bu böyük bir Vətən, Xalq sevgisinin təzahuru idi, əslində… Çünki hər nə qədər geniş mənəvi coğrafiyanın yetirməsi olsa da, Vaqif Səmədoğlu öz varlığını məhz burda – öz Vətənində bütün dünyaya sübut etdi… Dünyaya “mən də varam” deməklə yox… məhz “mən burda varam” deməklə və Dünyanı bizlərə gətirməklə özünü təsdiq etdi. Özü də bunu cox səliqəli, incə, istedadla etdi… lakin Vaqif müəllim bu cəmiyyət tərəfindən coxda asanlıqla həzm edilən sənətkar deyil. O “mürəkkəblik” təcəssümüdür… Nizami müəllim onun mürəkkəb sənətkar obrazı və “anti-Səməd Vurğun yaradıcılığı” haqda danışır.
Və sonda müəllif Vaqif müəllimi “milli kosmopolitizm hadisəsi” adlandıraraq, Vaqif Səmədoğlu obrazının milli-ədəbi-ictimai fikir tarixində özəl yerini və rolunu təsdiqləmiş olur.

…Bəli, biz yalnız iki qısa məktuba toxunduq… bu məktubları oxuduqca, hər məktub üzrə ikivektorlu zənginliklə tanış oluruq: haqqında yazılan və yazan…
Deyirəm, yetər ki, bizlər zənginlik aləminə, özəl məqamlara varmaq istəyində bulunaq…
“Açıq məktublar”daydıq… Sizi də “Açıq… məktublar”a çağırıram…

FÜRSƏTDƏN YARARLANIB, SAYIN AYDINIMIZ NİZAMİ CƏFƏROVU QARŞIDAN GƏLƏN 55 İLLİK ƏLAMƏTDAR YUBİLEYİ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN QUTLAYIR, YENİ-YENİ UĞURLAR DİLƏYİRƏM!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.