Ana səhifə BAŞ YAZI “Sıfır nöqtəsi” – Yavru Vətənə həsr olunmuş roman

“Sıfır nöqtəsi” – Yavru Vətənə həsr olunmuş roman

Müəllif: Bizim Yazı
899 baxış

Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) Cümhurbaşqanı Dərviş Eroğlunun məsləhəti ilə qələmə alınan bu əsərdə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk coğrafiyası barədə ilginc faktlar açıqlanır və Türk Dünyasının gələcəyi ilə bağlı proqnozlar qeyd olunur.

Oktyabr ayının ilk günlərində gənc yazıçı Əhməd Şahidovun yeni əsəri çapdan çıxıb. Yazarın sayca 6-cı kitabı olan bu “Sıfır nöqtəsi” Türk Dünyasından, əsasən də QKTC-dən bəhs edir. Romanın əsas süjet xətti bir azərbaycanlı gəncin təhsil almaq məqsədilə Quzey Kıprısa yollanması, təhsilini başa vurduqdan sonra ictimai çalışmalarını bu ada türk dövlətində davam etdirməsi və Kıprısın siyasət dünyasına qədəm qoyması ilə bağlıdır.
Romanda olaylar 1992-ci ilin “Daşaltı” əməliyyatından başlayır və Dağlıq Qarabağda gedən savaşın unudulmaz yaralarını oxuculara çatdırır. Əsərin əsas məğzi ikiyə parçalanmış Kıprısın sonunda yenidən birləşməsi və bu birlikdə əsas üstünlüyün Kıprıs türklərinin tərəfində olmasından ibarətdir. Millətçi və vətənpərvər üslübda qələmə alınmış “Sıfır nöqtəsi” romanı Quzey və Güney Azərbaycanın gələcək taleyi ilə də bağlı ilginc məqamları özündə əks etdirir.
“Sıfır nöqtəsi” romanının Azərbaycanda, Türkiyədə və QKTC-də təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.