Ana səhifə BAŞ YAZI Sevgi dolu arzuların… ərşinə bülənd göyərir!

Sevgi dolu arzuların… ərşinə bülənd göyərir!

Müəllif: Bizim Yazı
928 baxış

Elman TOVUZ

Bu yaxınlarda şair-rəssam Məmməd Dəmirçioğlunun “feysbuk səhifəsi”ndə bir şəkil gördüm. – Balaca İlqar Məmmədlinin şəkli… İki sayğın şairin: Məmməd İlqarla Məmməd Dəmirçioğlunun ortaq nəvəsi İlqarın!.. Ürəyimdən bir-iki bənd yazmaq keçdi. – Bu balaca şeiri balaca İlqar Məmmədə ad etdim:

GÖYƏRİR

Eşitmişəm incə… İncə,
Şükür! – oba, kənd göyərir.
Asta-asta, incə-incə,
Yenə bərə-bənd göyərir.

Duaların yox hesabı, –
Göylərdən enib savabı!
Üstündə yaşıl Kitabı,
Mühəmməd-hümmət göyərir.

Gözü gülür ulduzların,
Sabahı yolda – qızların…
Sevgi dolu arzuların
Ərşinə bülənd göyərir.

Nidamı götür, Allahım,
Hər yana ötür, Allahım, –
Dosta əl bitir, Allahım,
Yağıya kəmənd göyərir!

Yurdun isti qucağından –
Şeir-sənət bucağından –
İki Məmməd ocağından
Bir İlqar Məmməd göyərir…
30.07.2013-cü il

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.