Ana səhifə YAZILAR “Unutduğun yerdəyim”

“Unutduğun yerdəyim”

Müəllif: Bizim Yazı
873 baxış

“Bəngü” nəşriyyatı (Türkiyə, Ankara) görkəmli şairimiz Məmməd İsmayılın seçilmiş əsərlərindən ibarət 408 səhfəlik “Unutduğun yerdəyim” adlı şeir kitabını çap edib. Şeirləri Anadolu türkcəsinə tanınmış yazar İmdat Afşar uyğunlaşdırıb. M.İsmayılın qələm dostu, dəyərli ədəbiyyat adamı Ali Akbaş kitaba geniş “önsöz” yazıb. Həmin “önsöz”ü oxuculara təqdim edirik:

Ali AKBAŞ
Şair, Avrasiya Yazarlar Birliyinin katibi, “Qardaş qələmlər” dərgisinin baş redaktoru

Şeirin peşində bir ömür: Məmməd İsmayıl

Şeirin zirvəsində bir şairin kitabına ön söz yazmaq nə böyük mutluluq; bir də o şair sizin ən yaxın dostunuz, qardaşınız, misralar paylaşdığınız biriysə…
Məmməd İsmayılın şeir dünyasına dalmaq, misralarının arxa planındakı dərinliyi və düşüncəni qavraya bilmək üçün, onun mücadilələrlə dolu həyatına qısaca göz atmaq gərəkdir. Məmməd İsmayıl, hələ dünyadan, dünyanın dərdlərindən, kədərlərindən xəbərsiz bir körpə ikən atasından ayrılmış; atası cəbhəyəgedərkən hələ bir yaşında olduğu üçün, nə yazıq ki, zehnində ölümə gedən bir atanın surəti belə qalmamışdır; ancaq Məmmədİsmayıl “Ata şəkli” adlı şeirində bu ayrılığı ən incə rənglərlə rəsm edir və sanki bir rəssam duyarlılığı və diqqəti ilə tablolaşdırır:

…Bu soyuq sətirlər bir şey deyirmi?
Səsi sonra çıxdı yağan qarın da…
Bir ana düşünün, yaşı iyirmi,
Bir oğul, çox olsa, yaşyarımında.

…Havada donurmuş sözə ehtiyac,
Ata kəlmələri qırıq-qırıqdı:
–Gözümün işığı, gözlərini aç
Bəlkə bu ayrılıq son ayrılıqdı.

Bu həzin ayrılıqla alnına yetimlik möhrü vurulan Məmməd İsmayıl, eyni zamanda, daha çiçəyi burnundabir gəlin ikən, hələ əlininxınası belə getməmiş, ərini İkinci Dünya müharibəsinin qan və barıt qoxuyan cəbhələrinə göndərən və bu savaşda həyat yoldaşınıitirən şahbaz bir ananın; Gülzar nənənin oğludur… O igid qadının oğlu olduğundan, ayağını yerə daha sağlam basabilmiş, bir yetimolaraq böyüsə də, həyata sımsıkı tutunmayı başara bilmiştir… Çiləkeş bir Türk anası olan Gülzar nənə, bir ana qurt kimi, adətaonun qundağını dişlərinə taxaraq təhlükələrdən uzaqlaşdırmış, kəm gözlərdən iraq dalğalarda böyütmüşdür…
Məmməd İsmayıl, bu qəribliyi, arxasızlığı, çarəsizliyi və yalnızlığı, Anası Gülzar nənənin xatirəsinə ithaf etdiyi “Müqəddəs kədər”adlı şeriylə ölümsüzləşdirir:

Biz dörd nəfər idik.
Təpəl qoyun idi,
Gəzəl alma idi,
Anamdı, məndim…
Gələcək həyatın xatirəsinə
Bizi atmışdılar yerkürəsinə.
Anam gözəlliyin gəlinliyiydi,
Alma meşələrin pöhrəliyiydi
Mən isə bəşərin körpəliyiydim.
Vaxtınız olanda sıxın bir məni,
Bir görün nəyəmə!
Ana çörəyiyəm,
Alma şirəsiyim, qoyun südüyəm…

Məmməd İsmayıl ilə eyni taleni paylaşan Qırgızıstanın dev yazarı Çingiz Aytmatov və Mar Bayciyev dəGülzar nənə kimi çiləkeşTürk anaların insanlığa bir armağanıdır. Bu analar ki, ərləri, Stalin tərəfindən səbəbsiz yerə ölümə göndərildiyi üçün, yavrularınıdünya çapında yazarlar və şairlər olaraq böyüdərək, Türk Dünyasını saran “Qızıl bəladan” öç almışlar. Türk tarixində belə analarheç də az deyildir… Anadoluda da səfərbərlikdən sonra dul qalan nənələrimiz, saçlarını süpürgə edərək yetimlərini böyütmüş və biroyanışa, dirilişə səbəb olmuşlar. Bu özəllik Türk analarına öncəki nəsillərdən qalan genetik bir mirasdır əslində. Məmməd İsmayılkimi zirvə bir şairi yetiştirən Gülzar nənə də o qadınlardan sadəcə biridir…O qadınlar ki, sadəcə yetimlərini deyil, iffət vənamuslarını da qoruyaraq başarmışlar bu işi… Dul qalan gəlinlər, yetim çocuklarını, iffətləriylə qadınlıq duyguları arasına sipəretmişlər. Məmməd İsmayıl bu əsil mücadiləni;

“…Ağlımız təzəcə kəsirdi onda
Bir həsrət gəzərdi dərəni, düzü
Bir ad dolaşırdı söz arasında
Ümidən asılan kılınç kimiydik
Analar kınından sıyırıb bizi
Qoymuştu nəfsiylə öz arasında…”

misralarıyla anladır.

Onun, anasının himayəsində keçirdiyi çocuqluq və ilk gənçlik illəri, əslində bir neçə romanı bəsləyəcək qədər dramatik olaylarladoludur. Buna baxmayaraq O, eyni yetim taleyi paylaştdığı Çingiz Aytmatov kimi ağlın səsinə qulaq verən nəsrə deyil, duyğularasəslənən “arı söz”ə yönəlmiştir ki, bu üzdən Məmməd İsmayılın şeirləri, ana sevgisi və ata özləmi ilə yoğrulmuştur… FəqətMəmməd İsmayılın şeirlərindəki ana sevgisi vətənlə; ata həsrəti isə Türklük şuuru ilə eyniləşir.

…Deyərsiz, bilmədik ömür sürəli
Vaxtın söz sovunda, çat ha çatında
Atadan, anadan, yardan irəli
Varmış sevgilisi vətən adında…

…Hələ istək, arzu şaxtır
Ömrün keçən yatırında
Könlüm bir yetim uşaqdır
Qədim bir Türk çadırında…

Məmməd İsmayılın dünyaya gəldiyi Tovuz bölgəsi zəngin folklorik həyatın yaşandığı, usta saz şairlərinin yetiştiyi qədim bir Oğuzyurdudur. O hələ uşaqlıq illərində, Qoca Qartal namıyla anılan və yaxın qohumu olan Mikayıl Azaflının, saz nəğmələri altındasöylədiyi bənzərsiz şeirlər və çevrəsində söylənən dastan və nağıllarla böyüyür. Ondaki bu folklorik birikim, Bakıda qazandığızəngin ədəbi miras və Moskvada Qorki adına İkiillik Ali ədəbiyyat kurslarında aldığı sənət təhsili ilə birləşərək ənənə və moderninqovuşmasıyla əvəzsiz bir lirizmə dönüşür…

…Qərib gəcələrin yuxusu sərvaxt,
Qurbət gündüzlərə zülüm dolanır.
Anam dolanardı başıma bir vaxt,
İndi ətrafıma ölüm dolanır…

Məmməd İsmayıl Azərbaycan ədəbiyat tarixində önəmli yer tutan, bir ədəbiyat və sanat dərgisi olan və iki dildə yayın yapan“Gənçlik” jurnalının da qurucusu olmuş, baş redaktorluğunu yapmışdır. Fikir çiləsiylə yoğrulan bir sənətkarın taleyi, əlbəttəölkəsinin taleyindən ayrılmazdır. Bu üzdən onun taleyi də Azərbaycanın çalxantılı dövrləri kimi enişlər və yoxuşlarla doludur.Məmməd İsmayıl “Gənçlik” jurnalında təmsil etdiyi milli oyanışın, 1990cı ildə başlayan azadlıq dirənişinə dönüşməsinə də öncülükedən şairlərdən biridir. Aşağıdaki mısralar azadlıq inancının təzahürü deyilmi:

…Güneylə, quzeyin Türk vadisində
Uzun bir cümlədir vətən torpağı!
Batıdan doğuya yolu upuzun,
Ortada vergüldür Xəzər dənizi
İtildir, Fıratdır qol budaqları
Önündə mübtəda Ege suları
Sonunda nidadır Tanrı dağları…
Oxunsa uçuqlar dili sonsuzun.
Heç kimsə oxuyub başa çıxamaz,
Uzun bir cümlədir vətən toprağı
Uzundur, dünyanın ömründən uzun…

…Məmməd İsmayıl kimi milli şuurla süslənmiş neçə şairin sözləriylə alovlanan və gur bir atəşə dönüşən azadlığın önü,Azərbaycanın bağımsızlık illərinin həmən başlarında Qarabağ savaşı ilə kəsilməyə çalışılmıştır ki, Qarabağ hadisələri Məmmədİsmayılın şeirlərində misra- misra kanayar… Bəlkə də kadər Məmməd İsmayıl kimi şairləri də Qarabağın, Xocalının, Laçının,Kərkükün və bəlki bütün insanlığın dərdinə yansınlar və millətin duygularına tərcüman olsunlar diyə təhrik etməktədir. O, buduygularını belə dilə gətirir:

…Laçınım, Laçınım kəsilən əlim,
Düşman pəncəsində yetim gözəlim.
Yolmu var, yanına ha yandan gəlimə!
Laçınım, Laçınım, yaralı quşum,
Kimin var, halını kimdən soruşumə!

***
…Şairləri susmayan
Bir vətən basılmayıb,
Qəlbimdə can yerinə
Buna ümid bəslədim.
Yolunda şəhit olmaq
Baxtıma yazılmayıb,
Bayrağına sarılıp
Dəfnedilmək həsrətim…

Məmməd İsmayıl, bəzən doğduğu kənddəki əsrik çayı gibi dəlicə axar, bəzən də dənizə qovuşan sular kimi durularaq Yunusiqlimindən səslənir. Onun şeirlərində epik, dəstani əda ilə romantik tövür iç-içə keçər. Təbiətlə ilgili pastoral şeirləri isə heyranlıqoyandıracaq qədər rəngli və təbiəti birəbir təmsil edən bir foto qədər canlıdır… Aşağıda dörtlükləri sizlərlə paylaşmaq üçün seçtim:

…Tutub ətəyindən “Allah kerim”in
Payız meşəsində qış həyəcanı.
Orda öldürülən ümidlərimin
Hər axşam sulara tökülür qanı.

***
…Gəldiyin kimi də getmək gözəldir
Bədəndən sıyrılıb ruh olmaq gözəl.
Dənizə qarışıb itmək gözəldir,
Tanrıya qovuşub yox olmaq gözəl.

***
…Neçə məhabbətə anadır gecə,
Gecə sirr yığını, soraq yığını.
Sevənlər könlünü açar gizlicə
Kim görüb qönçənin açıldığını!

***
…Hardasa, bir bayquş ölər acından
Qalar qaranlığın alt qatlarında.
Bir quş havalanar qoz ağacından
Oyadar gecəni, qanatlarında.

***
…Qarışıp bir-birinə
Can səsi, cahan səsi.
Sayısız səs içində
Tənha bir insan səsi.
Mənəm yərdən göyəcən
Yayılan əzan səsi,
Mənəm dua oxuyan.

***
Hər qönçə gələcək eşq ilahəsi,
Hər ovuc torpaq da ağaç yeridi.
Sənin fikirlərin maqnit sahəsi
İlahi vəhlərin saxlac yeridi.

***
Soruşma nə olar sonun əvvəli
Daşda su,dildə söz,odunda ocaq.
Sənin şeirlərin—hamilə gəlin,
Gedib oxuyana fikir doğacaq.

Məmməd İsmayıldaki bu lirizmi, bu coşğuyu yaxalayacaq neçə şair vardır? Bilmirəm. Mən, seçmə zövqünüzə müdaxilə etmək dəistəmirəm. Amacım, sizləri şairlə tanışdırmaq, onun şeir dünyasına ait ipuçları verməkdi, bu başarabilmişsəm nə mutlu… Görəlim bu böyük şair, Unuttuğumuz Yerdəmi Məmməd İsmayılın bu kitabda yer alan şeirlərini Türkiyə Türkçəsinə uygunlaştıran İmdatAvşara və bu kitabı şeir sevərlərlə buluşturan Avrasya Yazarlar Birliği Başkanı Yakup Öməroğluna sonsuz təşəkkürlərimlə…

Qaynaq: “525-ci qəzet”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.