Ana səhifə BAŞ YAZI “San Yarlığı”nın yeni laureatları bəlli oldu

“San Yarlığı”nın yeni laureatları bəlli oldu

Müəllif: Bizim Yazı
882 baxış

AzAtaM - San yarligiBugün Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşqari adına Beynəlxaq Fondun “San Yarlığı” ödülünün yeni laureatlarının elan olunması və təltif edilməsi törəni olub.

Fondun başqanı Elxan Zal bildirib ki, ödül komissiyasının (bilgələr gənəşi) qərarı ilə “San Yarlığı” ödülünün növbəti laureatları tanınmış araşdırmaçı alim Xalidə Xalid, əskər mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, tanınmış bilim adamı, Türkiyə Cumhuruyyəti Bakı Böyükelçiliyinin kültür və tanıtma müşaviri Seyit Ahmet Arslan, əski türk müalicə üsullarını dirçəltmiş tanınmış həkim Seyfəddin Əsəd və Azərbaycan-Tük Evinin başqan müavini Cahandar Bayoğludur. “Bu insanlar uzun illər boyu türk birliyi ideyası yolunda böyük əmək sərf etmiş, bu yolda heç zaman bilik və bacarıqlarını əsirgəməmişlər. Ödül komissiyasının seçimində laureatların ictimai fəallığı mühüm rol oynayıb” deyə vurğulayan Elxan Zal Qaraxanlı və digər natiqlər laureatların həyat və fəaliyyətləri haqqında danışıb, onları yeni uğurlar diləyiblər.

Fond başqanı bildirb ki, onlar “San Yarlığı” ödülü laureatı Sevgi Erenolun (Türkiyə) həbsdən buraxılmasından böyük məmnunluq ifadə edirlər.

Mahmud Kaşqari adına Beynəlxaq Fondun ödül komissiyası 2014-çü ildə türk-islam mədəniyyətinə xidmətə görə “Qara Xan” ordeni təsis etmişdir.

Qeyd edək ki, Mahmud Kaşqari adına Beynəlxaq Fondun “San Yarlığı” ödülü 2000-ci ildə təsis olunub. Ödül ümuntürk mədəniyyətinə və türk birliyi ideyasına böyük töhvələr vermiş şəxslərə, həmçinin təşkilatlara Fondun nəzdində fəaliyyət göstərən ödül komissiyası (bilgələr gənəşi) tərəfindən verilir. İndiyə qədər “San Yarlığı” ödülünə Türkiyə Cumhuriyyətinin 9-cu cümhurbaşqanı Suleyman Dəmirəl, Quzey Kıprıs Türk Cumhuriyyətinin qurucusu Rauf Denktaş, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu, görkəmli bilim və qələm adamları Kazim Mirşan (Türkiyə), Nemət Kelimbetov (Qazaxstan), Berik Şaxanov (Qazaxstan), Omar Sultanov (Qırğızıstan), Nizami Cəfərov (Azərbaycan), Çulpan Zaripova-Çetin (Tatarstan), Ramiz Əskər (Azərbaycan), Yunus Oğuz (Azərbaycan), Nəvai Metin (Azərbaycan), Əkbər Qoşalı (Azərbaycan)  və b.  layiq görülüb.

Ödül komissiyasının başqanı yazıçı-dramaturq Elçin Hüseynbəylidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.