Ana səhifə AŞIQ SƏNƏTİ EHTİRAM. Sənin Atan və Sən…

EHTİRAM. Sənin Atan və Sən…

Müəllif: Bizim Yazı
1. 133 baxış

Sənin Atan özündən sonra bir dünya yaradıb, qoyub getdi bizə… Hərənin bir dünyası var ey… deyirlər, kimin buna nə sözü ola bilər ki… sənin atanın yaratdığı dünya həm də bir sənət dünyasıydı. Və elə buna görə də elə bizim hamımızın dünyası oldu atanın dünyası… Allah o dünyasını vermiş atan, oradan-bura bu dünyamızı verməknən məşğuldur indi. Nə xoş, nə könülyaxan… Sənin Atan taleyin qəzavü-qədərindəndimi, nədəndi – bir hava belə yaratmadı. Amma yenə də taleyin naxış?ndandımı ki, hər bir havanı təzədən yaratdı sanki. Nə gözəl güllər, nə şirin xallar…


Sənin Atan özünə az qala bir məmləkətin sayı qədər dost və pərəstişkar qazandı – parlaq sənəti, böyük ürəyi, dostlarına, sənətinə və millətinə olan tükənməz sevgisiylə. Nə bəxtiyar belə dostluğa, nə mutluluq bu sevdaya…
Sənin Atan… daha nələri verdi bizə.
Sənin Atan … qaldırdı ayağa.
Sənin Atan … dünyaya göstərdi.
Və sənin Atan səni bəxş elədi! Dünyaya, ailəsinə, sənətə, millətə… və bizə. Xoş halımıza…
O gündən 30 il ötdü artıq.
Bu illərdə başına bəs deyincə bəla da gəldi, dərd də…, ugur da gəldi, şöhrət də… Bildiyindən bir neçə kəlmə döşəyəkmi gəlsin?!
Ərz elədiyimiz kimi, 1983-cü ilin ilıq – elə indiki kimi – yaz günündə – aprelin 27-də Tovuz rayonun Əlim?rdanlı kəndində dünyaya göz açdın. Əmirli şenliyin beş para kəndindən biri olan Əlimərdanlı camaatı saza, sözə bağlı insanlar olub həmişə. Burda böyük şairlər, aşıqlar yaşayıb. Ötən əsrin 70-80-ci illərində bu kənddə gələcəyin üç böyük sənətkarı saz sənətinin incəliyini öyrənirdi: Xanlar Məhərrəmov, Əli Quliyev və Aydın Çobanoğlu.
Üç keçmiş sinif yoldaşı, üç möhkəm dost talelərini ulu ozan sənətinə bağlayacaqlarını yəqinləşdirmişdilər. Məhz belə bir mühitdə, bu mühitin əsas ağırlıq mərkəzlərindən biri olan aşıq Xanların ocağında doğulmağın özü də böyük səadət deyilmi?
Ailənin 3-cü övladı – həm də 3 bacının tək qardaşı oldun.
Orta məktəbə də Əlimərdanlı kəndində Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayev adına məktəbdə getdin. Dördüncü sinfi isə Bakının Badamdar qəsəbəsindəki orta məktəbdə oxumağa başlad?n.
1992-ci il Aşıq Xanlar Bakıdan köçən bir rus hərbiçisinin Badamdardakı yerdən olan balaca bir evini olaraq, ailəsi ilə birlikdə bura köçdüyündən, sənin də bundan sonrakı həyatın paytaxtda keçib. Orta məktəbi isə 8-ci sinifdən başlayaraq oxuduğun 2 saylı litseydə başa vurubsan. Bütün bunlar öz yerində, bunlarla işimiz də yox.
Amma, axı sən saz çalmağı da məhz bu illərdə öyrənmisən. Özü də gizlin, xəlvəti. Ustad oğlundan sənəti haradan öyrəndiyini soruşmaq həmişə etikadan kənar sayılıb. Sən isə… Sən isə Atanın etirazlarına baxmayaraq ürəyinin səsinə qulaq asmalı olubsan.
Aşıq Xanlar heç istəmirmiş sənin də bu yolla getməyini… Çünki özü bu yolda xeyli məşəqqətlər çəkmişdi, əzablar görmüşdü, ağrılar yaşamışdı.
Hətta orta məktəbi əla oxuduğuna görə sənə hədiyyə olaraq… sintezator alıbmış. Saz ala bilməzdimi ki? İstəməyib. İstəməyib ki, yeganə oğlu da özü çəkənlərdən çəksin.
Sən isə ağlın kəsəndən Atanın sazını oğrun-oğrun sinənə başdığından xəbərsiz-ətərsiz böyümüsən. Hətta bir dəfə kökdən saldığına görə Aatan sənin üstünə möhkəm acıqlanıbmış da.
Yenə bir dəfə dayın Vəkil kişiyə deyib ki, gizlincə çaldığın hava onun çox xoşuna gəlir. Dayın da eləmə tənbəllik, görüşəndə yeznəsinə üz vurur ki, bir məsələ var, bunu eləməlisən. And-amandan sonra Aşıq Xanlar razılaşır. Və birdən gözləmədiyi halda 10 yaşında olan sən sazı – özü də Atanın sazını sinənə basıb bir hava çalırsan. Rəhmətlik Xanlar əsəbiləşsə də, and-amanı yadına salıb bircə kəlmə söz deyir ki – sazı qoy, çıx get burdan».
Sən isə hara gedirdin ki…
Gedəcək yerinmi vardı?
Evin qaranlıq guşələrində, hətta çarpayının altında gizli-gizli dınqıldatdığın sazı vur-tut bir həftəyə çalmağı öyrənmişdin.
Amma bir dəfə getdin. 1998-ci ilin müdhiş 14 dekabrında Atanı itirəndən az sonra – 1999-cu ilin əvvəllərində Odessaya əminin yanına üz tutdun. İşləyib başsız qalan ailənizə bacardığın köməyi elədin. Bir gecə yuxuna Atan girdi. Səndən soruşdu ki, haradasan? Səni tapammırıq – dedi. Atan yenə üzünə bozardı: – Bəs sən hara gedibsən? Evi və sazı hara qoyub çıxmısan? Və həmin günün səhəri Odessya gedəndən 1 il sonra bilet alıb qayıdıbsan Bakıya. Qayıdıb da biryolluq qara sazdan ayrı dura bilməyəcəyini anlayıb, sazına sarılmısan. Öz otağına çəkilib günlərlə sinəndən ayırmadın sazı. Barmaqların olsa da, çalmaqdan yorulmurdun, sanki vəyh gəlirmiş kimi ifa edirdin.
Bir gün isə əlin-qolun hər yerdən üzülür-şkafın üstünə qoyduğun sazı balaca bacıoğlunun yerə salıb, qırır. İmkansızlıq üzündən qara saz günlərlə beləcə qalır. Amma dünya yaxşı adamlardan xali deyil. Atanın dostu Murad əmin bundan xəbər tutub sazı düzəltdirir. Və sazı üzə çıxartmağın vaxtı olduğunu deyir.
O gün-bu gün saz əlindən düşmür.
O gün o gün idi…
Bu günsə ilk yubileyindi.
Sevgili Azərciyim! Əvəzsiz qardaş oğlu! Sən sənətinin elə məqamında və şöhrətinin elə məqamında və şöhrətinin elə nöqtəsindəsən ki, bu az (həm də çox) yaşında səni sevməmək olmur. Bu, nə yaxşı ki, belədir.
Qutlu olsun Ad günün!
Bu gündə – 20 il bundan öncə sənin Atana – ustad Aşıq Xanlara yazılmış bir şeirimi sənin yubilyar masanın üstünə bir gül çələngi kimi tədqim edib səni öpürəm.

Dünyamı doğrudur, mənəmmi yalan?
Bezimmi taledən, küsümmü baxtdan?
Toyu yasa dönən, yasda çalınan –
Toyum-düyünümdür, bir “Qaraçı” çal.

İndi səndən özgə kimdi pənahım?
Dünənin əlində yesir sabahım.
İçində boğulan fəryadın olum.
Səsindi, ünündü, bir “Qaraçı” çal.

Məni özüm boyda günahdan asın,
Sinəmin dağını sinəmə basın.
Bu “El havası”ndan el havalansın,
Qaraçı günümdü, bir “Qaraçı” çal.

Kəsə danışır, sözü uzatmaz,
Xoş gün ha əlləşir, ruhuna yatmır,
Daha “Baş Sarıtel” dadıma çatmır,
Qaytalğı canımdı, bir “Qaraçı” çal,
Əmi zamanındı bir “Qaraçı” çal.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.