Ana səhifə BAŞ YAZI “Sən Allah, qulaq ver zənguləsinə”…

“Sən Allah, qulaq ver zənguləsinə”…

Müəllif: Bizim Yazı
1. 016 baxış

Əlirza HƏSRƏTin 

“Saat səsi” qutlu olsun!

Dağın arxasında məst olub Günəş,
Süzür gözlərini qürub saatı.
Çarmıxa çəkilən yol ayrıcında,-
Ürəyim döyünən qərib saatı.

Bir eşq ünvanı tək saata baxdın.
Könlümdə çağladın,gözümdə çaxdın.
Əqrəblər nazıyla oynayır vaxtın,
Kim belə divanə görüb saatı?!

 

Gözlərim diksindi saat səsinə,
Uzaqda bəlkə bir nəğmə isinə.
Sən Allah, qulaq ver zənguləsinə,-
Gör, zalım nə gözəl qurub saatı!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.