Ana səhifə YENİLİKLƏR Sənətşünaslarımız Makedoniyaya yollanıb

Sənətşünaslarımız Makedoniyaya yollanıb

Müəllif: Bizim Yazı
915 baxış

MakedoniyaAkademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və prodüser şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov Makedoniyaya işgüzar səfərə yollanıb. Onlar Makedoniya Milli Teatrının yeni binasının açılış mərasiminə dəvət olunub.
1963-cü ildə Makedoniyada baş vermiş zəlzələ nəticəsində Milli Teatrın binası yerlə-yeksan olub və o zamandan etibarən teatr binasızlıq şəraitində fəaliyyət göstərib. Uzun müddətli fasilədən sonra paytaxt Skopye şəhərində teatr üçün yeni bina tikilib. Müasir tələblərə cavab verən teatr binasının tikintisi Makedoniya teatrının renessansı kimi qəbul edilir. Açılışdan sonra teatr Makedoniyanın məşhur modernist yazıçısı Cordan Pleneşin pyesi əsasında hazırlanmış “Əbədi ev” tamaşasını namyiş olunacaq. Makedoniyalı rejissor Deyan Praykovskinin quruluşunda hazırlanan tamaşanın premyerası 7, 8, 9 dekabr 2013-cü il tarixlərində keçiriləcək. Tamaşada Makedoniya teatrının ən yaxşı aktyorları iştirak edir. Təntənəli açılış mərasiminə Azərbaycan teatrınnı nümayəndələri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, teatrşünaslar, direktorlar, teatr prodüserləri, festival təşkilatçıları da dəvət olunub.
Səfərdə Makedoniya teatrı ilə, eləcə də dəvət olunmuş qonaqlarla bir sıra işgüzar görüşlərin keçirilməsi, Azərbaycan teatrının beynəlxalq əlaqələrinin gücləndirilməsinə yönəlmiş danışıqlar aparılması nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.