Ana səhifə BAŞ YAZI SƏSLƏŞMƏ:

SƏSLƏŞMƏ:

Müəllif: Bizim Yazı
1. 364 baxış

Gunay HHamlet KAZIMOĞLU (1970 – 2001)

YAMAN QƏRİBSƏMİŞƏM

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Buludları yerə töküm
Yağışlar tərsinə yağsın
Ağaclar kökündən bar versin
Dünyanı baş-ayaq eyləyim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir həsrət çəkim
Bir vüsal var ona yetim,
Bir az dəlilik edim
Cavanlıq keçirim
Lap gözümü yumub evlənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir siqaret yandırım
Fikrim dumanlansın,
Vaxtım keçsin
Bir az külqabıyla əylənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Şeir yazmaqdan bir şey çıxmadı,
Bu şeiri heç kim oxumadı,
Gedim Allahın yanına
Bir əməlli sənət öyrənim.
(1995)

***
Günay HƏSƏNLİ (1987)

TƏRS DÖNƏCƏK BU DÜNYA

Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq
çaylarının axarı,
Yoxuşa töküləcək.
İnsan qoca doğulub,
Körpələşib öləcək.
Məzlumu tapdalayan,

Şux olan qamətin də
ahımdan büküləcək.
lazımsız kağız kimi
səni ovub bükəcəm.
ovcumun içi boyda
olacaqsan, a dünya!
Oynadacam, a dünya
Səni oyuncaq kimi.
Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb- tutduğun kimi…
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
təpər gəlsin dizinə…
(15.07.2014)

You may also like

1 şərh

Günay Hesenli 2015-03-06 - 18:57

Teşekkürler.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.