Ana səhifə YAZILAR Sənsizlik əcəl tək kəsdi qarşımı…

Sənsizlik əcəl tək kəsdi qarşımı…

Müəllif: Bizim Yazı
950 baxış

Taleh MANSUR

SƏNİN YANAĞINA GÖZ YAŞIN DAMIR

Ovcumda əl izin qalmışdı bircə,
O izdən gül-çiçək bitirmişəm mən.
Birdə,ürək dolu sənə gizlicə,
Sevgi sovqatını gətirmişəm mən.

Nə olsun,bizimki alındı belə,
Nə olsun,dilini əydi diləyin,
Fəqət sinənədir bilirəm hələ,
Bir zaman mənimçün vuran ürəyin.

İllər başımıza döndü,dolandı
Körpə uşaq kimi kiritdi bizi.
Doğrular söylədi:”Hər şey yalandı”
Endirdi göylərdən,yeritdi bizi.

Sənə uzansada hər zaman qolum,
Boynuna başqası dolanır yenə
Qoy baxım mən sənə,günahkar olum,
Xəyanət sayılar sən baxsan mənə.

Gizlətmə,aşkarda dur qəmli,üzgün
Yalançı təbəssüm sənə yaraşmır.
Onsuz da qəlbimə damır ki,hər gün
Sənin yanağına göz yaşın damır.

PAYIZ SEVGİM

Durna qatarına qoşuldu sevgim
Bir axşam tərk edib gedib qəlbimi.
Sənə oxşayırdı ötən günlərim,
Onlar da gözəldi,lap sənin kimi.

Sənsizlik əcəl tək kəsdi qarşımı,
Qaldı gözlərimdə diləyim mənim.
Gizlədim içimdə ağrı,acımı,
Payız oxşadı ürəyim mənim.

Küləklər oğurluq edib deyəsən,
Dəydi saçlarının ətri burnuma.
“Oğurluq eyləmək günahdı”desən,
Alaram günahı mən öz boynuma.

Sevadlı damlalalar sürüşüb,düşür
Göydə buludların dodaqlarından.
Torpağa qovuşub ölməmiş öpür,
Ayaq izlərinin yanaqlarından.

Heyifdi qəlbindən sevgini ayır,
O,qəlbini saxta hisslər bürüyür.
Soyuqluğun məni oda qalayır,
Günahın ucundan payız üşüyür.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.