Ana səhifə YENİLİKLƏR SƏNİN KİMİ DƏRDİŞİ VAR DÜNYANIN!

SƏNİN KİMİ DƏRDİŞİ VAR DÜNYANIN!

Müəllif: Bizim Yazı
1. 074 baxış

Elman TOVUZ

Öncələr sosial şəbəkələrrdə paylaşdığı yazılara şərh yaarkən, səhvən hərdən İlham Ehtiram da yazırdım. Mənə ya yazır, ya da zəng edib deyirdilər ki, səhvimi düəldim. Sonradan bildim Ehtiram kimdir, İlham kim… Nə bilirdim, İllər sonra yazacaqdım:

Əziz dostum, əzəlindən bu yana,
Bir qəribə gərdisi var dünyanın
.

Səhv etmirəmsə, Anadolu türklərində belə bir məsəl var: “Bir gülə su verim deyə yüz tikanı suvardım”.

Qaranlığı işığıyla yan-yana –
Bu, əbədi vərdişi var dünyanın
.

Hələ bu harasıdır. Ehtiramın hərdən giley-güzarının da şahidi olmuşam. Amma düzünü deyim ki, bu nigaranlığın içində o, tək özünü düşünmür, ətrafında olanların saf duyğularla, işıqlı əqidəylə yaşamasını fikirləşir. Bu boyda dünyanın siçan-pişik oyununun müşahidəçisinə çevrilməsiylə barışmağa çətinlik çəkən dərddaşımın necə deyərlər, Yerlə Göy arasında qaldığının şahidi olmaqdan belə çəkinirəm:

Yeri göyün, göyü yerin möhtacı,
Şəri xeyrin, xeyri şərin möhtacı.
Nəyi varsa, bir-birinin möhtacı –
Namərd işi, mərd işi var dünyanın
.

Mən Ehtiramın daha çax İlhamsız yazılan şeirlərinə və anasına həsr etdiklərinə diksinmişəm… Bu dünyaya gülə-gülə lənət yağdırdığı aydınca hiss olunur vallah, billah… Adamin içi göynəyir ey. Hələ, özününn də dediyi kimi, bu şoğərib dünyanın qazanında nələr bişəcək… Baş altına yastıq qoyub, bizi dərin yuxuya verən nə nağıllar danışılacaq görəsən… Hətta, bir gün “insan öz taleytini özü yazır” deyə bir atçmacayla, bəlkə də hqiqətlə barıcatğq, bilmirəm… Bildiyim o ki:

Qazanında hələ nələr bişəsi…
Sehirlidir dev saxlayan şüşəsi.
Kiminə şeş, kiminə yek düşəsi,
Taleyində nərd işi var dünyanın
.

İlhamli Ehtiram haqqında söz demək adama o qədər asan gəlir ki… Ən azı ona görə ki, özü işıqlı adamdı. Elə bir məclis, toplantı, tədbir olmayıb ki, mən gələndə ilk qarşıma çıxan özü olmasın. Uzaqdan elə mimikayla baxır, elə bil ta əl verib goruşdü də, üzündən, gözündən öpdü də… Adama eniş-yoxuşlu pilləkanlarda belə elə diqqət edir ki, elə özün qalxıb yerimək istəyir, o şərəfli yolun yolçusuna çevrilmək istəyirsən… Görüşəndə əlini elə sıxır, elə bil haqq qapısınn cəftəsini çəkirsən. Və istər-istəməz içindən bir səs gəlir: Ayə nə yaxşı haqq adamları, nur adamları, nə yaxsı ki, belə yaxşı insanlar var. Haqq qapısının döyənlərin müşahidəçisi olmaq belə haqdandır, şərəfdir, deyiblər:

Yollarına gedər-gəlməz deyən var,
Cığırların milyon yerə əyən var…
Amma hələ qapısını döyən var, –
Nə yaxşı ki, dərvişi var dünyanın
.

Dostlar, yaxınlar, ərki çatanlar arasında Dərdiş kimi çaqrılan Ehtiram İlhamın yaşıdı olmayan da oninla bir zamanda, bir dövrdə yaşamasına sükr edə bilər və edir də. Heç bir mübaliğəsiz, mən o işıqlı insanla, söz adamıyla, sözün içini gprən qələm sahibiylə birlikdə olmaqdan həm estetik, həm də mənəvi zövq alıram. Heç bir kimsənin şübhə yeri qalmasın ki, mənim üçün bu ad, bu sima, bu şəxsiyyət nə sözlə bitəndi, nə sazla…Dünyanın belə Dərdişinin yanındayamsa elə dünyanın da bəxtəvəriyəm:

Alan kimi bu xəbəri, a dostum,
Duyuq salaq bixəbəri, a dostum:
Mənim kimi bəxtəvəri, a dostum,
Sənin kimi Dərdişi var dünyanın
!

Niyə yubileyindən heç nə yazmadım? Ona görə ki, haqqında düşündüklərim və ən azı gəldiyim qənimət bütün yaşlarıda, 60-da, 70-də, lap 100-də də dəyişməyəcək…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.