Ana səhifə YENİLİKLƏR Rafiq Tağının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıldı

Rafiq Tağının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıldı

Müəllif: Bizim Yazı
843 baxış

Hələlik saxlanılan yoxdur

Tanınmış yazıçı və jurnalist Rafiq Tağının bıçaqlanması faktı ilə əlaqədar cinayət işi başlanılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 19-da Xətai rayonu, Xətai prospektində yerləşən avtobus dayanacağının yaxınlığında 1950-ci ildə Masallı rayonunun Xançobanlı kəndində anadan olmuş, hazırda Bakı şəhərində yaşayan Tağıyev Rafiq Nazir oğlunun bıçaqlanması ilə əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, hadisəni törədən şəxs R.Tağıya arxadan yaxınlaşıb və ona bıçaqla 6 zərbə endirib. O, 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla əlaqədar saxlanılan və ya şübhəli şəxs qismində müəyyənləşdirilən yoxdur. Əməliyyat tədbirləri davam etdirilir.

Nizam RZA

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.