Ana səhifə YENİLİKLƏR QAZAXDA YARADICI GƏNCLƏR ARASINDA ƏLAQƏLƏR MÜZAKİRƏ EDİLİB

QAZAXDA YARADICI GƏNCLƏR ARASINDA ƏLAQƏLƏR MÜZAKİRƏ EDİLİB

Müəllif: Bizim Yazı
182 baxış

Bu gün (30.09.2012) Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında bölgədə yaşayan bir qrup gənc yazarın iştirakı ilə “Yaradıcı gənclər arasında mövcud əlaqələrin inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib. Zona filalının başçısı, əməkdar incəsnət xadimi, şair Barat Vüsalın təşəbbüsü ilə təşkil edilən tədbirə Qazaxla yanaşı Ağstafa və Tovuzdan olan gənc yazarlar da qatılıb.

Gənc yazar, DGTYB üzvü Taleh Mansur tədbiri acıq elan edərək, tədbir iştirakçılarını və qonaqları salamlayıb. O, qeyd edib ki, bu cür tədbirin təşkili əslində birinci deyil, lakin bu tədbir gələcəkdə bölgənin müxtəlif müəssisələrində (muzeylərdə, ədəbi birliklərdə, təhsil ocaqlarında) növbəli şəkildə düzənlənəcək davamlı tədbirlər üçün bir başlanğıc rolunu oynayacaq. Və bu haqda tədbir iştirakçılarının da təklif və rəylərinin eşidilməsi məqsədəuyğun olardı.
Daha sonra, söz Tovuzdan gəlmiş istedadlı gənc yazar Elnarə Nura verilib. O da öz növbəsində tədbirin təşkilində əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmindən danışıb. Elnarə öz şeirləsindən bir neçəsini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Bundan sonra növbə ilə Nəbi Hüseynov (Tovuz), Rüfət Axundlu (Ağstafa), Məhəmməd İbadov (Tovuz), Sevil Hacıyev (Qazax), Elnarə Qurbanova (Qazax), Şahinə Könül (Ağstafa), Dadaş Ağalar (Qazaxda təhsil alan Laçınlı tələbə) çıxış edib, təkliflərini, ürək sözlərini və yeni şeirlərindən örnəklər səsləndiriblər.
Çıxışlarda qeyd olunub ki, bu cür tədbirlər bədii yaradıcılığın stimullaşmasına, ədəbi ilişkilərə müsbət təsir edir, bu cür tədbirlərin bundan sonra da daha geniş formatda keçirilməsi yaxşı olardı. Ümumiyyətlə tədbirə çıxış etmiş hər bir gəncin təklif və şeirləri diqqətlə dinlənildi. Şeirlərin müzakirəsində gənclərlə yanaşı şair Bilal Qoca (AYB Qazax zona filialında ədəbi məsləhətçi), Məmməd Qocayev (şair, müəllim) və şair Barat Vüsal da işitrak etdi. Hər bir gəncin çıxışını diqqətlə izlədiyini bildirən Barat Vüsal gənc yazarlara məsləhətlərini çatdırdı. Çıxışında böyük şairlərimizdən ğrnəklər gətirən filial başçısı mütailənin önəmini özəlliklə vurğulyıb.
Sonda növbəti tədbirin vaxtının və mövzusunu müəyyənləşdirilməsi üçün iştirakçılar öz təkliflərini irəli sürüb. Müzakirələrdən sonra növbəti tədbirin oktyabrın 28-də daha geniş formatda Qazax rayon Mədəniyyət Evində keçirilməsi və unudulmaz şairimiz, gənclərin sevimlisi Nüsrət Kəsəmənli yaradıcılığna həsr olunması qərara alınıb.
Qeyd edək ki, bölgə gənclərinin bundan öncəki geniş tərkibli görüşü DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdə yaşayan gənc yazarlarla görüşlər” layihəsi çərçivəsində avqustun 17-də Qazax Mədəniyyət Evində keçirilmişdi.

BizimYAZI.com

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.