Ana səhifə YENİLİKLƏR Qənirə Paşayevanın növbəti imza günü

Qənirə Paşayevanın növbəti imza günü

Müəllif: Bizim Yazı
725 baxış

Dekabrın 11-də (bazar günü) saat 13-00-da millət vəkili Qənirə Paşayevanın növbəti imza günü keçiriləcək. Ötən ayın satış lideri olmuş «Onun sevgi məktubları» romanını almaq və müəllifə imzalatdırmaq istəyənlər bazar günü «Əli və Nino» kitab dükanları şəbəkəsinin Nizami küçəsi-91 (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) ünvanında yerləşən dükanına baş çəkə bilərlər.
Oxuculara qısaca xatırladaq ki, kitabın ilk təqdimat törəni noyabrın 19-da keçirilib.
«Onun sevgi məktubları» çağdaş Azərbaycanın ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Gerçək olaylar üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir.
Oxuyacağınız hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif, olayların yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.