Ana səhifə AŞIQ SƏNƏTİ “Ozan Dünyası” – ozan dünyası…

“Ozan Dünyası” – ozan dünyası…

Müəllif: Bizim Yazı
570 baxış

 Azərbaycan Aşıqlar Birliyinin orqanı olan “Ozan Dünyası” dərgisinin yeni (-2(9)) sayı işıq üzü görüb. Türkiyəli qocaman sənətçi – YUNESKO-nun “Canlı insan xəzinəsi” fəxri titulunu qazanmış Şərəf TAŞLIOVAnın rəsmini qapaq rəsmi olaraq alan dərginin bu sayında “Aşıq1ıq gələnəyi millətin əxlaqıdır”, “Azərbaycan folkloru antologiyası”, “Azaflı Mikayılın şeirlərində türklük şüuru və iki şeirinin hekayəsi”, “Ozan dünyası, sazbəndlik”, “Bu yol Kamandar yoludur”, “Günəşə gedən yolu sevməyən bizdən deyil”, “Saz mənəviyyat məktəbidir”, “Aşıq Nabatın həyat və yaradıcılığı”, “Tarixləşən sənətkar, dədələşən ozan”, “Aşıq Yanvar-70”, “Seyfəddin Qəniyev-60”, “Aşıq Pəri yaradıcılığına bir baxış”, “Ölüm sevinməsin qoy”, “Yarama duz basın”, “Sazbənd sözsüz ömür sürməz”, “Ozan dünyasından soraqlar”, “Gənc aşıqlarımız Dağıstanda beynəlxalq festivalda…”, “Saz dünyası, söz dünyası”, “Aşıq Şenliyin Borçalı səfəri” adlı müsahibə, məqalə, tanıtım yazıları, habelə şeirlər yer alıb.
Qeyd edək ki, 2010-cu ildən işıq üzü görən “Ozan Dünyası”nın məsləhətçiləri Xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlı, baş redaktoru Musa Nəbioğludur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.