Ana səhifə YAZILAR Bir kimsəyə deyilməmiş Sözümü deməyə çıxdım…

Bir kimsəyə deyilməmiş Sözümü deməyə çıxdım…

Müəllif: Bizim Yazı
884 baxış

Qalib ŞƏFAHƏT

ÇIXDIM

Alovlandım, alovlandım,
Tüstü olub göyə çıxdım.
Yerdə qoydum adamları,
Allahı görməyə çıxdım.

Keçdim buludun içindən,
Odun, alovun içindən.
Qohumun, yadın içindən
Hamıya köməyə çıxdım.

 

Külək əsib əyilməmiş,
Baş- gözünə döyulməmiş.
Bir kimsəyə deyilməmiş
Sözümü deməyə çıxdım.

KÜLƏK, ƏS,  QURTAR MƏNİ

Külək, əs,
qopar məni,
özümdən uzaqlara
apar məni, apar,
Məndən apar məni.
Külək, əs, qurtar məni.
Əs, qurtar,
yagış yağsın
məndən qopan
dərdlərin üstünə. –
Üstündə qan izi
qalmasın
Kimsə kimisə
günahkar bilib
həbsxanaya salmasın.
Özüm burda qalım
özümdən
qopub, ayrılan
xəyllarım
uzaqlarda…
Təki
qovuşsun
arzusuna…
                      27.10.10

SƏN KÖZƏRİB, SÖNÜB GETDİN

Qəfildən düşdün yadıma,
Gözlərimdə dolub getdin.
Dözəmmədim həsrətinə
Yanaqda sel olub getdin.

Sən söhbətə-sözə döndün,
Görünməz ulduza döndün,
Arzularda buza döndün,
Xəyallarda donub getdin.

Bu ömrün qıraq-qaşında,
Bağrı çatlar  tək daşında
Öz əlimlə, öz başımda,
Saçlarımı yolub getdin.

Sənsizəm yenə səninlə,
Qəbrini qazdım əlimlə,
Döyüşürdün sən ölümlə,
Niyə birdən ölüb getdin

Qoydun tanrı umuduna,
Bir şam yandırdım adına,
Alışmadin eşq oduna,
Sən közərib,sönub getdin.

ÜRƏYİNDƏ

Çöl yaman soyuqdur,gulum
Yatır məni ürəyində.
Sən ümman ol,mən bir qayıq
Batır məni ürəyində.

Dərdə yara düşən kimi,
Qəlbə qara düşən kimi,
Bir az dara düşən kimi,
Yatır məni ürəyində.

Ömrə, günü bəxti tən kəs.
Bir az uzun, bir az gen kəs.
Məni səndə axtaran kəs
Tapır məni ürəyində.

Ağıllı bil, ya divanə
Yolum qəlbində yubana.
Son mənzillə son ünvana
Çatdir məni ürəyinə.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.