Ana səhifə BAŞ YAZI Ölmədi… ölməsin (də) heç. – Gənc şairin yeni şeirləri

Ölmədi… ölməsin (də) heç. – Gənc şairin yeni şeirləri

Müəllif: Bizim Yazı
963 baxış

Vasif ZÖHRABOĞLU (Mustafayev) 1986-cı il aprel ayının 19-da Şəkidə doğulub. 1993-2004-cü illərdə Şəki şəhər Nur Paşa Hümmətov adına orta məktəbdə təhsil alıb. 2004-2005-ci ildə hərbi xidmətdə olub. Şeirləri “Zərif beytlərimiz” almanaxında, “Türk dünyası şairlər antologiysı”nda, “Söz odası” qəzetində, müxtəlif ədəbiyyat portallarında dərc olunub.

***
Adam ölməyə də darıxır hərdən,
Bir ucuz ölümün möhtacı olur.
Lap belə dünyaya gəldiyi yerdən,
Getdiyi yerəcən tapmaca olur.

Bu kasıb ömrümdən kimdir pay uman?
Bu uçuq daxmamın qonağı olsun.
Mən ölüm eşqiylə alışan, yanan,
O mənim eşqimin çirağı olsun.

Göylərin həsrəti başıma döyür,
Evimin damından yağış, qar keçir.
Hardasa bir ünvan mənə gəl deyir,
Hardasa könlümdən intihar keçir.

Anam, derd eləmə, daha qem yemə,
Bu ömür olmadı səbirdən sonra.
Dur məni yola sal oldüyüm günə,
Deyirlər həyat var qəbirdən sonra…

Bəxt

Göylərdən minlərlə daş baxar sənə
Öz günah daşını tanıya adam
Biraz da taleyin xoş baxar sənə
Biraz da bextindən yarıya adam

Üz tutub göylərə ulduza aya
Gecələr yuxundan köçə biləsən
Şükür edib Allahın verdiyi paya
İblisin üzündən keçə biləsən

Ömür bulaşıqdı dişin dibinə
Dünya da beş-on gün yaşamaq azdı
Salma əllərini ölü cibinə
Ölüm havayıdı ölüm ucuzdu

Baxıb köks ötürmə düm ağ saçına
Sevin ki xöşbəxtlik “quwudu” bəlkə
Sığışmaz bu ömür kiçik ovcuna
Bu ömür Allahın yaşıdi bəlkə

Göylərdən əcəlin müjdəsi enər
Ölümü gözünə təpər bu adam
Torpağa bir qəbir kölgəsi düşər
Ne vaxtsa murada yetər bu adam

Göylərdən minlərlə daş baxar sənə
Öz günah daşını tanıya adam
Biraz da taleyin xoş baxar sənə
Biraz da bextindən yarıya adam

***
Qədrimi bilmədi bu qız,
Bilmədi, bilməsin də heç.
Gözlədim, gəlmədi bu qız,
Gəlmədi, gəlməsin də heç.

Bu da təsəllim azacıq-
qışı ötür, gəl yaza çıx…
Hava təmiz, yollar açıq,
Gəlmədi, gəlməsin də heç.

Qatsın günü gündüzünə,
Yolları döysün dizinə.
O ki, bəxtimin üzünə
Gülmədi, gülməsin də heç.

Dedim ki, bəlkə dərdimə
tən ola, çəkə dərdimi,
mənlə bir tikə dərdimi
bölmədi, bölməsin də heç.

Ha gözlədim, gəlmədiki,
heç qədrimi bilmədiki,
mən öləndə ölmədi ki?-
ölmədi… ölməsin də heç.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.