Ana səhifə YENİLİKLƏR Müəllimlərin media ilə təmas zamanı üz tuta biləcəyi qanunlar…

Müəllimlərin media ilə təmas zamanı üz tuta biləcəyi qanunlar…

Müəllif: Bizim Yazı
945 baxış

CASCFEN Kürdəmirdə müəllimlər üçün seminar keçirdi – VideoCASCFEN - Kurdemir

CASCFEN, Bakı, 20.06.2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində daha birseminar keçirib. Kürdəmirdəki 3 saylı məktəbdə baş tutan seminara 25 müəllim qatılıb.
Tədbirin açılışında çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan dövləti belə layihələri dəstəkləməklə vətəndaş maariflənməsinə böyük töhfə verir.
CASCFEN sədri, layihənin eksperti Azər Həsrət də öz növbəsində verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
CASCFEN sədri layihə haqqında qısa bilgi verdikdən sonra layihənin eksperti Sevda Əsgərova təhsil işçilərinin media ilə əlaqələrinin qurulmasında əsas olan qanunlar haqqında fikirlərini paylaşıb.
Ekspert ayrı-ayrı örnəklərlə mediadan sui-istifadə halları haqqında danışıb, məktəb işçilərinin media ilə təmas zamanı müraciət edə biləcəyi konkret qanunların maddələrini izah edib. O, həmçinin jurnalist etikası, buna zidd əməl törədən media təmsilçilərilə münasibətlərin qurulması haqqında fikirlərini səsləndirib.
Sevda Əsgərova çıxışının sonunda Azərbaycan Mətbuat Şurasının saytından çap edilmiş “qara siyahı”nı məktəbin direktoruna təqdim edib.
Daha sonra çıxış edən ekspert Azər Həsrət ölkədə dövlətin media azadlığı üçün yaratdığı imkanlardan sui-istifadənin yolverilməz olduğunu deyib. O, qeyd edib ki, Azərbaycan dövləti vətəndaş özünüidarəsinə üstünlük verir. Bəzi şəxslər isə bundan öz şəxsi məqsədləri üçün istifadə etməklə jurnalist peşəsini gözdən salır.
Müəllimlərin fəallığıyla müşayiət edilən seminarda qarşılıqlı fikir mübadiləsi aparılıb. Müəllimlərdən Xəyalə Veyisova və Əsbət Musayeva çıxış edərək medianın davranışları, yazı üslubundakı qüsurlar haqqında fikirlərini bildiriblər. Digər çıxışçılar da müxtəlif tənqid və təkliflərini dilə gətiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, CASCFEN-in bu qəbildən növbəti seminarları Saatlı və Xaçmazda keçiriləcək.

CASCFEN Mətbuat Xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.