Ana səhifə YENİLİKLƏR Mirzə Cahanşah Həqiqinin “Divan”ı…

Mirzə Cahanşah Həqiqinin “Divan”ı…

Müəllif: Bizim Yazı
1. 098 baxış

…Tehranda ilk dəfə Azərbaycan və fars dillərində nəşr olunub

Mirzə Cahanşah Həqiqinin “Divan”ı Tehranda ilk dəfə Azərbaycan (latın və ərəb qrafikalı əlifbalarda) və fars dillərində nəşr olunub.
Tədqiqatçı və naşir Firuz Refahi Ələmdarinin bildirdiyinə görə, kitab Tehran Universitetinin mərkəzi kitabxanasından tapılmış orijinal nüsxə əsasında çap edilib. Tədqiqatçı qeyd eib ki, Qaraqoyunlular sülaləsinin ikinci hökmdarı olan Mirzə Cahanşah Həqiqi dövrünün ən istedadlı şairlərindən olmuşdur. Onun Azərbaycan və fars dillərində yazdığı “Divan”ının orijinal nüsxələrindən biri Ermənistan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda, digəri isə Londonun Mərkəzi Kitabxanasında saxlanılır. Tədqiqatçı tərəfindən Tehran Universitetində tapılmış nüsxə isə “Divan”ın şairin öz xətti ilə daha mükəmməl yazılmış variantıdır. Əlyazmanın mətni olduğu kimi köçürülmüş, əlavə olaraq latın qrafikalı Azərbaycan əlifbasında yığılmış və orijinal nüsxənin fotosurəti ilə birlikdə kitabda yerləşdirilmişdir.

//AzərTAc

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.