Ana səhifə YENİLİKLƏR “Kitabsevərlər” hərəkatının 17-ci kitabı

“Kitabsevərlər” hərəkatının 17-ci kitabı

Müəllif: Bizim Yazı
983 baxış

Yanvarın 14-də “BookZone” kitab evində “Facebook” sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər” hərəkatının 17-ci kitabı, Parafraz saytının informasiya dəstəkçisi olduğu çin əslli Amerika yazıçısı Ted Çanın “Sənin həyat tarixçən” təqdim ediləcək.
Hərəkatdan Parafraz-a verilən məlumata görə, “Elm və Təhsil” Nəşriyyatında çap olunan kitabın tərcüməçisi və önsözün müəllifi şair-tərcüməçi Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir.
S.Şahmursoyun sözlərinə görə, elmi-fantastik janrda yazılan “Sənin həyat tarixçən” povesti 1998-ci ildə işıq üzü görüb, 1999-2003-cü illərdə 5 müxtəlif ədəbiyyat ödülünə layiq görülüb:
“Əsər yadplanetli məxluqların dilini öyrənməyə çalışan və bu prosesdə düşüncə tərzinin dəyişdiyini müşahidə edən linqvist qadından bəhs edir. İnsanların istifadə etdiyi xətti yazı sistemi dairəvi yazı sistemi – loqoqramma ilə müqayisə edilərək bunun düşüncə tərzinə necə təsir etdiyi açıqlanır.
Kitabda “Sıfıra bölünmə” adlı novella da yer alıb. Burada isə riyaziyyatın ümumi prinsipləri elə bu elmin qanunları ilə şübhə altına alınır”.
Povest əsasında “Arrival” (“Gəliş”) filmi çəkilib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.