Ana səhifə YAZILAR İnsan ömrü bir yoldur bahardan qışa kimi…

İnsan ömrü bir yoldur bahardan qışa kimi…

Müəllif: Bizim Yazı
88 baxış

Şahin QƏDIRLİ (ÜLVİ)

BAHARDAN QIŞA KİMİ

İnsan yaşa dolduqca saçlar olar qar kimi,
Geniş dünya görünər gözlərinə dar kimi,
Fəqət, libas deyil ki, soyunub dəyişəsən,
Ət sümüyün üstündə köhnələr paltar kimi.

Deməyin ki, dünyaya gələn, gedən naşıdı,
Bu həyatla ölümün tükənməz savaşıdı,
Hansı təzə,tər çiçək solmağa məhkum deyil?
Dünənin  təzələri bu günün nimdaşıdı.

 

Bütün vücud laxlayar dırnaqdan dişə kimi,
Sümük ətin içində çatlayar şüşə kimi,
Həyat yolu aparar, amma qaytara bilməz,
İnsan ömrü  bir yoldur bahardan qışa kimi.

DÜNYANIN ƏN GÖZƏL QADINI SƏNSƏN

Zənəxdan gül acır baxıb güləndə,
Belə huri varmı Misirdə, Çində?
Baldırın dalğalı tülün içində,
Yandıran sinəmin odunu sənsən.
Dünyanın ən gözəl qadını sənsən!

Qaymaqçiçəyidir yanağın, aldı,
Bala bələnibdir dodağın,baldı,
Poladdan tökülüb ayağın, boldu,
Gəl dağıt üstümdən cadunu,sənsən,
Dünyanın ən gözəl qadını sənsən!

Yazda güllərinin xarın dərmədim,
Yayda dağlarının qarın görmədim,
Payızın barından gilə vermədin,
Bilməyən ağzının dadını sənsən,
Dünyanın ən gözəl qadını sənsən!

Sən bir cavahirsən, yoxsa zərmisən?
……………………………………………..,
Məni ağ yumusan, qara sərmisən,
Almısan gözümün odunu, sənsən.
Dünyanın ən gözəl qadını sənsən!

İstəsən zülm elə, qan uddur mənə,
Eşqi göz yaşımla yudurtdur mənə,
Sənli günlərimi unutdur mənə,
Gəl sil ürəyimdən adını sənsən.
Dünyanın ən gözəl qadını sənsən!

Sən də divanəsən, bir al boynuna,
Mənim tək düşmüsən sevda oynuna,
Zaman qocaltmamış girim qoynuna,
Cıxaraq dünyanın dadını, sənsən.
Dünyanın ən gözəl qadını sənsən!

MƏDƏSİ SƏNİNDİ KƏLLƏSİ MƏNİM

Anlaya bilmirəm axı nədəndi?
Dünya həqiqəti tərs örgədəndi,
Vətən müəllimdi, dərs örgədəndi,
Sığalı sənindi,silləsi mənim.

Didərgin yaşayan oba var,el var,
Atəşkəs sönsə də,yerində kül var,
Vətənə atılan güllə var, gül var,
Gülləri sənindi, gülləsi mənim.

Səni ikiəlli yuxarı dartır,
Elə bu səbəbdn qayğısı artır,
Məni yarğanından aşağı atır,
Yarğanı mənimdi, pilləsi sənin.

Sübh cağı göylərdə sökülən danıq,
Damarda sərgərdan dolaşan qanıq,
Bu Ana Vətənd bütöv bir canıq,
Mədəsi sənindi, kəlləsi mənim.

HƏDİYYƏ ET

Səngərdə zabit oyaq, əsgər oyaq,
Çün zalım üstümüzə almış ayaq.
Həşarat sürüləri olsa uzaq,
O zaman xalqımız xöşbəxt olacaq.
Qarabağın qara baxtı açılar,
Vətənin göylərinə nur saçılar,
Zülməti göydə yarar Ay, igidim.
Sözü bir yerə qoyaq ay igidim!
Düşmənin dil-dodağın duzla ovaq,
Dağlayıb əl-ayağın tozla qovaq.
Bir qayıt Cıdırdakı ağ qara bax,
Savaşaq, qoy azad olsun Qarabağ.
Bəylər,indi gül-cicək vaxtı deyil,
Bu bizim qadınların baxtı deyil!
Əsir qadınlara yan, cbhəyə get,
Vətəni “8 Mart”da hədiyyə et.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.