Ana səhifə BAŞ YAZI HÜSEYN CAVİD. ƏNƏNƏ. İRFAN VƏ MİLLİ MƏQAMLAR.

HÜSEYN CAVİD. ƏNƏNƏ. İRFAN VƏ MİLLİ MƏQAMLAR.

Müəllif: Bizim Yazı
249 baxış

«Əgər sizlər bir an belə mənim kimi eşq dərdinə düş­müş olsaydınız hər qəmimdə dərd ortağım olur­du­nuz… Siz eşqdən bir şey anlamazsınız. Çünki mənim dü­çar olduğum bəlaya düçar olmadınız».Fəridəddin Əttarın Şeyx Sənanı onu tərk edib gedən müridlərinə belə deyir.

«Yaqlaşma dur… çəkil asi!
Çünki Beytülharam demək burası,
Daxil olmaq yasaqdır əğyarə.
Sən ki, məhrəm deyilsin əsrarə!»Hüseyn Cavidin Şeyx Sənanı ona yaxınlaşmaq istəyən müridinə belə söyləyir.

Cavidin «Şeyx Sənan»ı dünyada Şeyx Sənan mövzusunda ya­zıl­mış ilk səhnə əsəridir…

Dünya ədəbiyyatında təsəvvüf anlamlarının bir küll halında dra­maturgiyaya tətbiq edildiyi ilk əsərdir.

Şeyx Sənanı türkləşdirən ilk «Şeyx Sənan»dır.

«Nəzmini və yazıldığı zamanı bilmədiyimiz bir Şeyx Sənan qis­səsi»ni xatırladan Fuad Köprülü həmin qissənin Gülşəhrinin «Das­tani-Abdurrəzzaq» (Gülşəhrinin Şeyx Sənanı Abdurrəzzaqdır – A.T.) əsərinin əvvəlində uzun-uzun anladıldığını, nəha­yət, bu əsərin XII, yaxud XIII əsrlərdə bir şair tərəfindən nəz­mən yazıldığını, lakin dilinin qaba, ibtidai, vəzninin çox qüsurlu ol­ma­sı səbəbilə Gülşəhrinin həmin qissəni yenidən yazmaq lüzumunu hiss etməsindən bəhs edirdi.
Amma əfsanənin ən möhtəşəm nümunəsi, şübhəsiz ki,  Fəri­dəddin Əttara (XII yüzil) məxsusdur. XV yüzildə Əlişir Nə­vainin yazdığı «Qisseyi-Şeyx Sənan» isə Bertelsin də bildirdiyi ki­mi, Əttara məxsus olan mətnin sətirbəsətir tərCüməsindən ibarət idi. Nəvainin  əsərində iqtibas olmayan yalnız deyrdəki – məbəd­də­ki zahiri təsvirlərdir. Bertels haqlı olaraq onu da əlavə edir ki, Nə­vai xristianlığın və atəşpərəstliyin mahiyyətini Fəridəddin Əttardan da­ha yaxşı bilirdi.
Hüseyn Cavidin «Şeyx Sənan» faCiəsi öz klassik mahiyyə­tiy­lə Fəridəddin Əttarın «Mantıku t-tayr» əsərindəki Şeyx Sənan he­kayəti ilə, demək olar ki, eyni təsəvvüf ortamında Cərəyan edir­di. Hər iki əsərin paralel mütaliəsi zamanı aydın olur ki, Əttarda və Ca­viddə, az qala, sucet, mətn və rəmzlər belə eynidir, amma buna rəğ­mən fərqlər Cüzi olduğu qədər də çox Ciddidir.
12-сi əsrin Şeyx Sənanı Anadoluya səfər edir.
20-сi əsrin Şeyx Sənanı Qafqaza gəlir.
12-сi əsrin Şeyx Sənanına xristian qiyafəsinə girməyi, donuz otarmağı, şərab içməyi  aşiq olduğu xristian gözəli təklif edir.
20-сi əsrin Şeyx Sənanı üzərində bütün bu sınaqları xristian sev­gilinin atası tətbiq edir.
12-сi əsrin Şeyx Sənanı yenidən Məkkəyə qayıtmaq qə­ra­rı­na gəlir.
20-сi əsrin Şeyx Sənanı Nuri-Yəzdana Qafqazda qovuşur.
12-сi əsrin Şeyx Sənanı yaşı altmış çivarında olan ixtiyar bir aşiq­dir.
20-сi əsrin Şeyx Sənanı otuz yaşlarında gənс bir mürşidi-k­a­mil­dir və s…
Hənəfi Zeynallı Fəridəddin Əttarın Şeyx Sənanını «fars psi­xo­logiyalı, dimağı kiflənmiş, içi çürümüş, puçlaşmış bir şəxsiyyət» ki­mi səCiyyələndirir və üstünlüyü Cavidin Şeyx Sənanına verir.
Amma Fəridəddin Əttarın Şeyx Sənanından xəbərdar olsa da, Hənəfi Zeynallı təsəvvüf rəmzlərindən xəbərsiz idi. Çünki Ətta­rın Şeyx Sənanında «fars psixolocisindən, kiflənmiş dimağdan, mə­nə­vi çürüntüdən» əsər-əlamət belə yoxdur və o, irfan rəmzlə­riy­lə yük­lənmiş tamam fərqli və çox möhtəşəm bir Şeyx Sənandır.

***
«Şeyx Sənan» faCiəsində irfan amilini müstəqim, Cavidin bü­tün digər problemlərindən əlahiddə araşdırmaq mümkün deyil. Çün­ki irfan işığı Cavid irsini bütövlükdə qapsamaqdadır.
Şeyx Sənan sırf irfani bir obrazdır, irfan sirlərinin daşıyıCısıdır və onun yazarı da ədəbiyyatın təsəvvüf qatına ilk dəfə bu möhtəşəm obrazın araçılığı ilə baş vururdu və «Şeyx Sənan»da təsəvvüfün çağdaş bir yorumunu»(B.Kırzıoğlu) gerçəkləşdirirdi.

***
«Şeyx Sənan» rəmzlər külliyyatıdır.
Şeyx Sənanın hələ Məkkədəykən gördüyü və Şeyx Kəbirə anlatdığı röya sırf təsəvvüfi bir məqamın bəlirtisiydi.
(Fəridəddin Əttarın Şeyx Sənanı da «kəndisini müridlərinin mürşidi bilməsinə rəğmən hər geCə üst-üstə şöylə bir röya gördü: «Hərəmdən (Kəbədən) çıxmış, Rum diyarına getmişdi və orada bir bütə səCdə edirdi»).
Bir halda ki, röya İlahi hikmətlərin yolu və ifadəsiydi, «möminin röyası nübüvvətin qırx altı Cüzündən biridir» (hədis), o zaman, Şeyxin Məkkədə Qafqaz səfəri ərəfəsində gördüyü röya «Şeyx Sənan»ın ötəri, dramatik məqamlarından biri deyil, vaCib və əhəmiyyətli amillərindən biri olaraq araşdırılmalıdır:

Ey böyük Şeyx!Gördüm ətrafi
Sarıyor inCə, xoş bir aydınlıq.
Geсənin sanki xəndeyi-safi
Saçıyor kainatə bayğınlıq.
Ruhu təsxir edən gözəl mehtab,
Dəmbədəm nəşr edərdi mövсeyi-nur,
Gəldi bir şeyx o dəm yüzündə niqab…

Röyaların təsəvvüf aspektində yorumuna müvafiq olaraq bu, İla­hi eşq məqamını ifadə edən ənfusi röyadır. Yəni «Haqqın könül­də və ruhdakı» təCəllasıdır.
Nurlardan bayğın kainat, ruhu oxşayan mehtab – Ay, Şeyx… ro­mantik ənənənin təsəvvüflə uzlaşdırılması kimi dərk olunmalıdır və Cavidin röya amilini unutmaması onun türk dramaturgiyasına ir­fan rəmzlərini toplu halında gətirməsinin düşündürüCü göstə­ri­Ci­si­dir.

***
Sənan (Qafqaz), Cənnət və dərgah ərəfəsindəydi.

***
Şeyx Sənana ünvanlanmış bədii bənzətmələr çoxdur və bütün bu təyinat və bənzətmələrin, demək olar ki, bütövlükdə hər biri təsəvvüf anlayışına uyğun rəmzlərdən ibarətdir.
Cavidə görə, Şeyx Sənan xaliqi-fəzilətdir, bəhri-hikmətdir, əfən­di babadır, çoban şeyxdir, sanki övliyadır, mürşidi-binəzirdir, şəm­si aləmtabdır, Kəbeyi-imandır, nuri-irfandır, rəhnumayi-irfandır, mən­beyi-nurdur, rəhbəri-viCdandır, qibleyi imandır, şöleyi-hikmətdir, əsiri mə­həbbətdir, şeyxi-sahib kəramətdir və…
Arifdir.

Arif xaç da asar, çünki o, «iştə bir parçaCıq gümüşdür bu, bu­nu asmaqla bir yüzük taxmağ»ın eyni olduğunu bilir.
Arif zünnar da bağlayar, çünki xaçpərəst zünnarını bağlamaq tə­səv­vüfdə imanın sabitliyinə, dəyişməzliyinə və ardıCıllığına işarətdir.
Arif donuz da otarar, çünki, eşqiylə dərbədər olduğu Tanrıya qo­vuş­maq üçün bütün təsəvvüf məqamlarına dözər, dözməsə, Arif ol­maz.
Arif – Sənan ürəfa məşrəbinCə («Ürəfa məşrəbinCə var miqyas») şərab da içir, donuz da otarır, amma «Quran»ı yandırmır, çünki Şeyx Sənan sözün ilahi mənşəyini bilir. Çünki SÖZSÜZ, yəni «QURAN»sız irfan olmur, İlahi mətnlər irfanı hasilə gətirən başlıCa qaynaqdır. «Quran» olmasa, Şeyx Sənan olmur. Şeyx Sənan:

Hökmi-Quranı tutmayan məğrur,
Onu atəşdə yaqmış ədd olunur,

yaxud:

Hökmi-Quran ilələbəd uCalır,
Yaqılan həp kağız, mürəkkəbdir, –

dediyi təqdirdə belə, hətta kağız və mürəkkəbi yandırmır.

***
«Şeyx Sənan» haqqında yazan əksər müəlliflər, bir qayda ola­raq, yuxarıdakı mətnin zahiri görüntüsündən  mənimsədikləri mənalara isti­nad edərək mürəkkəb və kağız maddiyyatının üzərində dayanıblar. An­Caq fərqinə varılmayıb ki, Cavid, hətta «Quran»ın yazıldığı mü­rək­kəbin və kağızın da  yandırılmasını müsaidə etməyib. O sırada havanı bu­lud qaplayıb, şiddətli göy gurultusu başlayıb, bu gurultu pərdənin so­nuna qədər ara-sıra müdhiş bir halda davam edib və «Quran» yan­dırıl­mayıb.
Bu mənada Cavid əfəndi Fəridəddin Əttarla oxşar yazı əx­la­qın­dan, ədəbi davranış tərzindən istifadə edirdi. Caviddə yuxarıda xatırlatdığımız kimi, pərdənin sonunaCan havanı qaplayan bulud, şid­dətli göy gurultusu «Quran»ın yandırılmamasına mistik bir işarət idisə, Fə­ridəddin Əttarda da Muğlar MəClisində xristian qızı ilə Sənanın ara­sın­dakı dialoq bir qədər fərqli, amma yenə də mistik işarətlərlə davam edir­di. Piri-Muğanın (təsəvvüfdə aşiqə eşq şərabını içirən həqiqi və kamil mürşid – A.T) verdiyi köhnə şərabı içib məst olan Şeyx «Həm aşiq olmuş, həm də sərxoş olmuşdu. Bu üzdən tamamən özündən keçmişdi… Özünə gələ bilmədi, rüsva oldu və könlündə heç bir qorxu olmadan xristian oldu… O ixtiyar tamamən xarab və sərxoş oldu… Şeyx qıza dedi ki: Ey ayüzlü! Artıq səbrim qalmadı. Mənim bu könlümdən nə istəyirsən? Söylə. Özümdə olduğum zaman bütə tapınmasam da, indi məst ikən bütün önündə Mushafı yandırım». Qız dedi ki: «Artıq mənə layiq bir ər oldun, bundan sonra rahat uyu ki, sən tam mənə görə birisən. Bundan önCə sevdanda kamilləşməmişdin. Artıq kamilləşdin. Xoş ol, vəssalam» (F.Əttar)

***
İbnül-Arabinin dediyi kimi, arif olan bir adam həqiqətən arif isə bir əqidəyə bağlanıb da qalmaz, Cümləsindən Haqqın iqrarını gö­rür. Şeyx Sənan kimi…Çünki «təsəvvüf gündə yüz min surətə girmək, gö­rünməkdir».

***
Fəridəddin Əttarda Şeyx Sənana olan iradəti üzündən hər şeyin­dən əl çəkmiş dirayətli (elmli, bilikli) müridin obrazını Hüseyn Ca­vid «Şeyx Sənan» faCiəsində Şeyx Hadinin timsalında yenidən ya­rat­mışdı…
Fəridəddin Əttarda həmin alim müridlə başqa müridlər ara­sın­da­kı mükalimə Hüseyn Caviddə Şeyx Hadi ilə di\gər müridlər arasında ey­nilə keçir:

«Müridlər dedilər ki:

Xristian qızı onu saçının bir teliylə bağladı… Şeyx indi o qızın zül­fü ilə… eşq oyunu oynamaqda. Xirqəsini yandırdı… Allaha ibadət etməkdən tamamən əl çəkdi. İndi donuz çobanlığı edir… Belinə dörd parça zünnar bağlamış… Əski bir xristiandan fərqi yox».
F.Əttar.

Şeyx Mərvan
Şeyximiz satdı dini, imanı.
Şeyximiz atdı hökmi-Quranı.
Hökmi-Quranı atdı bir qız için,
Həm şərab içdi, həm xaç asdı, bilin!
O qadından qaçan böyük Sənan,
Domuz otlatmaq üzrə oldu çoban.
H.Cavid

Şeyxə iradət bağlamış mürid Sənanı tərk edən digər mürid­lə­rə «dedi ki: «Madəm sizlər gerçəkdən Şeyxinizin dostuydunuz, nə­­dən ona yardım etmədiniz?
Utanın, dostluq bumudur? Vəfakarlıq bumudur?
Şeyx belinə bağlamaq üçün zünnarı əlinə aldığı zaman sizlər də zünnarı əlinizə alsaydınız…Birlikdə xristian olsaydınız.
Bu yapdığınız nə dostluğa, nə də vəfaya sığar. Bu, mü­na­fiq­lik­­dən başqa bir şey deyildir».
F. Əttar.

Şeyx Hadi

Sizdə insaf yoq, həmiyyət yoq!
Mürşidi-binəzirə hörmət yoq.
Çünki yoq ruhunuzda ülviyyət…
…Şeyx Sənan, o şəmsi-aləmtab
Oldu kafir, xaç asdı, içdi şərab;
Hər nə yapdisə, şübhəsiz, siz də,
Siz də həp yapmalıydınız, siz də.
Siz də həp olmalıydınız tərsa…
…Halbuki küfrü Şeyx Sənanın,
O fəzilətli piri-irfanın
Sizin imanınızdan uladır.
Haq bilir, həm də bin qat əladır.
H. Cavid.

Fəridəddin Əttarın Şeyx Sənan hekayətində «Qırx gündən sonra o təmiz mürid xəlvətdə ikən kəndindən keçib Cəzbəyə gəldi.
Səhər vaxtı mişklər saçan bir yel əsdi. Aləmin həqiqəti könül gözünə aşikar oldu.
Mustafanı gördü. Ay kibi gəliyordu… Günəşə bənzəyən üzü Haq­qın kölgəsiydi…
Sallana-sallana yürüməkdə və təbəssüm edib durmaqdaydı.
O mürid Rəsulullahı görünCə yerindən qalxdı və Pey­ğəm­bə­rə dedi ki: «Ey Allahın rəsulu! Əlimdən tut. Allah yolunda xalqa yol göstərənsən. Şeyximiz yoldan çıxdı. Ona yol göstər.
Hz. Mustafa dedi: «Ey uCa himmətli dərviş! Get Şeyxinin ya­nına. Onu o bağlardan qurtardım… Əskidən bəri Haqq-Təala ilə Şey­xin arasında qara bir toz buludu vardı. Şeyxinin önündəki o toz bu­ludunu çəkib aldım və kəndisini zülmət içində buraxmadım… Şə­faət üçün bir qətrə çığ danəsi saçdım, bu onun bütün ömrünə ya­yıl­dı…»
Cavidin «Şeyx Sənan» faCiəsində isə günəş yeni doğmağa baş­larkən «Şeyx Hadi əbasını yüzünə çəkərək uzanır» və (Cavid bu­nun bir röya, yoxsa Cəzbə olduğunu yazmır) gözlərinə «atəşlər, alov­­lar içində… yarı məhzun, yarı məmnun» Şeyx Sənan və «göy­dən enər kibi gələn bir Mələk» görünür:

Şeyx Sənan

Yandım Allah!.. Nədir bu işgənCə?
Həm nə dəhşətli dadlı əylənCə!..
\Bəndə yoq iştika, fəqət, yarəbb!
Yoqmudur səndə mərhəmət?! Ya Rəbb!..

Bir Mələk

Heç məraq etmə, möhtərəm Sənan!
Səni əsla unutmamış Yaratan.
\Sana xaliq olub yeganə pənah,
Həm şəfaətçidir Rəsullullah…

***
Təsəvvüfdə Allaha qovuşmağın yeddi mərhələsi Fəridəddin Ət­tarın Şeyx Sənan hekayətində olduğu kimi, Hüseyn Cavidin «Şeyx Sənan» faCiəsində də başdan-başa, əvvəldən sona qədər mü­şa­hidə olunur. Üstəlik bu, ayrı-ayrı bitkin səhnələrdə, hətta fraq­men­tal səhnələrdə müşahidə olunur.
…Yusif və Züleyxa vaqeəsinə istinad edən Əttarın həmvətəni Nişapurlu Kuşeyri yazırdı:
«Təlvin hal sahibinin, təmkin isə həqiqət əhlinin sifətidir. Bəndə haqq yolunda olduqCa təlvin içindədir. Çünki o bir halda qalmayıb, bir haldan digərinə adlayır. Və bir sifətdən digərinə keçir. Bir evdən çıxıb bir bağçaya qonur…
…Təlvin sahibi sürəkli bir gedişlə vüsala Can atır. Təmkin sahibi isə vüsala çatır və sonra qovuşur… Şeyx Əbu Əli əl Dəkkak deyirdi ki, həzrəti Musa təlvin sahibi idi. Bu səbəblə Allahın kəlamını dinləməkdən döndü və halı özünə təsir etdiyi üçün üzünü örtməyin vaCibliyini duydu. Peyğəmbərimiz isə təmkin sahibi idi. Bu səbəbdən meraCa getdiyi kimi döndü. Çünki meraC geCəsində gördüyü ona təsir etmədi…
Yusifin gözəlliyini görən qadınlar əllərini kəsdilər. Buna sə­bəb isə Yusifi qəfil görməkdən keçirdikləri haldır, düşdükləri və­ziy­yətdir. Halbuki, Misir əzizinin qadını Züleyxa Yusifə vur­ğun­luq­da hamısından tam olduğu halda, o görüşdə teli belə tərpənmədi. Çün­ki Yusiflə bağlı mövqeyində o, təmkin sahibi idi… Təmkinin şid­dətli olması da mümkün deyildir. Doğrusu budur ki, bəndə yük­səl­dikCə təlvin sahibidir… Bəndə bəşəri sifətlərini arxada buraxarsa, mü­nəzzeh olan Tanrı, həmin bəndəsini təmkin sahibi edər».
…Osmanlı ariflərin­dən Şeyx İbrahim əfəndinin (17-Ci əsr) təsəvvüflə bağlı bir şeri var. Həmin mən­zu­mə­ni ilk dəfə Cavidin müəl­li­mi Rza Tofiq «Muhibban» dər­gisində dərC etdirmişdi. Bir halda ki, Rza To­fiq «Tə­səv­vüf haq­qın­da»kı yazı­sın­da «Təsəvvüf nə­yə de­yər­lər?» sualına hə­min şeri şərh etməklə Cavab verib, bu zaman, təbii ki, irfan el­mi­nin hikmətlərini öyrə­dər­kən İbrahim əfəndinin şerini tə­lə­bələrinə də bildirməmiş ol­mazdı.
Heç şübhəsiz, Cavidi ir­fan biliCisinə çevirən amil­lə­rin sırasında vəCdi, ilhamı və vergili hissiyyatı ilə bahəm, İstanbulda öyrəndiklərinin, o Cüm­lə­dən, İstanbulda Rza Tofiqdən eşitdiyi həmin şerin də müəyyən bir ye­ri var. Şeyx İbrahim əfəndi mənzuməsində təsəvvüfü belə şərh edir:

Bidayətdə təsəvvüf, sufi bi-Can olmağa derlər;
Nəhayətdə könül taxtında sultan olmağa derlər.

Təriqətdə ibarətdir təsəvvüf məhvi surətdən,
Həqiqətdə sərayi-sirdə mehman olmağa derlər…

…Təsəvvüf Canı Cananə verib azadə olmaqdır,
Təsəvvüf Can-ı Canan, Can Canan olmağa derlər.

Təsəvvüf səndə olmaqdır, həqiqət Haq, ey İbrahim!..
Təsəvvüf şər-i Əhməd dildə bürhan olmağa derlər.

BƏNZƏR ŞEYXLƏR

«Feyzi Cihanda hər kəs için bir olan» islamiyyəti yaymaq na­minə Turana əzm edən Şeyx Sənanın ruhani fəlsəfəsi, az qala, Əh­məd Yəsəvinin, Mövlana Cəlaləddin Ruminin irfani hik­mət­lə­riy­lə eynidir.
Osman Turan yazır: «SəlCuq Türkiyəsində yetişən mü­tə­səv­vüf­lər arasında Mövlana Cəlaləddin Rumi dürlü din və məzhəb mən­sublarını Allah, xeyir və insanlıq fikirləri uğrunda birləşdirən yük­sək şəxsiyyəti ilə islamiyyətin yayılmasına hizmət edirdi… Xris­tian rahibləri ilə dostanə münasibətlərdə bulunur, kilsə və mo­nastr­la­rını ziyarət edirdi. O, yüksək fikirlərini hər yerdə yayır; hətta xris­tianların meyxanələrinə qədər gedərək dinlərin və insanlığın qa­yə­sini, islamiyyətin ruhunu anladır, İlahi vəCdini səma ilə ifadə edə­rək onları Cəzb edirdi. Dürlü din və məzhəb mənsubları dinlərin və pey­ğəm­bər­lə­rin həqiqətini onun sayəsində öyrəndiklərini söyləyir. Mövlananın Cə­nazə törəninə öz müqəddəs kitabları ilə qatılırdılar… O, bu yük­sək şəxsiyyəti, geniş din və insanlıq anlayışı ilə islamiyyətin ya­yıl­ı­şı­na hizmət edirdi. Bir səma ayini əsnasında yüzə qədər rumun, bir er­məni kilsəsində yapdığı səmadan sonra bir çox xristianın mü­səl­man olduğu rəvayət edilir… Mövlananın təsiri ilə islamiyyəti qəbul edən Rum, erməni və yəhudilərin 18.000 nəfərə çatdığı qeyd olun­muş­dur…»
Türk təsəvvüf düşünCəsinin yaradıCılarından biri Əhməd Yə­sə­vinin də belə davrandığını Fuad Köprülü qeyd edirdi: «Qəlbi bü­tün məxluqat üçün dərin bir məhəbbətlə dolu idi: xristianların, atəş­pə­rəstlərin evlərinə gedərək onlara islamiyyətin böyüklüyünü an­la­dır­dı».
Haqqı bildirmək, insanları Tanrıya irşad etmək üçün xristian və atəşpərəstlərin evlərinə gedən Yəsəvi, yaxud, xristian meyxa­nə­si­nə gedən Mövlana ilə Sənan eyni düşünCəni paylaşmaqdadır:

Yalınız şeyxlər deyil, hətta
Şimdi baq, izliyor papaslar da.
Bana olmuş Cihan pərəstişkar,
Şimdi pək başqa Cəlalım var.
Sanma islamə rəhbərim tənha,
Peyrəvimdir xristiyanlar da.

«Şeyx Sənan»ın son hədəfini Xumar ifadə edib:

Pək müqəddəsdir iştə bənCə sənin
Hər şeyin, həp təriqətin, dinin.

Fəridəddin Əttarın da tərsa qızı eynilə Cavidin Xumarı kimi dü­şü­nürdü:
«O xristiyan qız röyasında kəndisinin yanına günəşin düşdüyünü gördü.
Sonra günəş dilə gəldi və kəndisinə: «Şimdi sən də Şeyxin…dinini qəbul edib yolunda torpaq ol. Ey onu kirlətən! Onun təmizliyi ol! O səmimi bir şəkildə getdiyin yola girmişdi, sən də haqqıyla onun yoluna gir. Sən onu yoldan çıxarmışdın. Şimdi sən onun yoluna gir. O yoluna girdi, sən də o yola gir…»
Xristiyan qız uyqudan oyanınCa könlü günəş kibi nurlanmışdı… Sərxoş Canına bir atəşdir düşdü, əlini könlünün üstünə qoydu. Könlü əlindən düşdü… Göz yaşları yağmur kibi yağıyordu… Fəryad etdi… İnləyib deyirdi ki:
«Ey işləri yoluna qoyan Allahım! Qəhr dənizini Coşdurma, yatışdır, bilmiyordum, xəta et­dim. Sən xətamı ört. Yapdıqlarımdan dolayı bana əzab etmə. Dinini qəbul etdim, sən əlimdən tut…»

TÜRK ŞEYX SƏNAN

Orta əsrlər ərəb mühitində, az qala, neCə deyərlər, mənəvi bir Türküstan mövCud olmuşdu, mənbələrdə adlarıyla rastlaşdığımız Afşin, Aşnas, İnak, Vasif, Boğa əl-Kəbir, Salih.b. Vasif, Musa b. Boğa, Fəzl  Qərini oğlu, FərəC ət-türki, BilkəCur, Xaləf, Toğanoğlu Əhməd, Əbu Sabit ət-türki, Yazman, Buğa, Kaynoğlu Əhməd, Ömər Fərqanəli, Burduoğlu Rüstəm, Munis… həmin mənəvi Türküstanın təmsilçiləriydi…
Ziya Gökalp «Malta konferansları» kitabında yazırdı ki, ərəb xilafəti tarixində türklük amilinin möhtəşəm həyəCanlarını Xəlifə Mötəsim doğurmuşdur… «GənCliyini Türküstandakı dayılarının yanında keçirərək türklərin üstün məziyyətlərini yaxından tanıyan Mötəsim xəlifə olunCa (833-842) ərəb əsgərini bütünlüklə yanından (Bağdaddan) çıxardı. ƏCəmlərə də etimad etmədi. Dayıları soyundan olan türklərə üstünlük verdi. İran və İraqda nə qədər əsir türk varsa, hamısını topladı. Fərqanə vadisindən bir çox türk əsir və əsirələri Cəlb etdi. Bunları məskunlaşdırmaq üçün Bağdadın şimalında Samara şəhərini (Türküstandakı biçimdə) təsis etdi. Məhəllələrin hər birinə … Samaradakı türklərin ölkələrinin və boylarının adını verərək, Türküstanın modeli olaraq qurdu. Bunları bir-biriylə evləndirdi… Övladları da yalnız türk alaCaq, başqa millətdən evlənməyəCəkdilər.
…Burada beləCə, bir Türk Ordusu təşəkkül edir. Xəlifə Mötəsim, gənCliyini Türküstanda dayıları yanında keçirirkən türklərin misilsiz miniCilik, silahşorluq və hərb oyunlarını mükəmməl öyrənmişdi. Bu təhsildən sonra xəlifəliyində də vaxtının daha çox qismini türklüyə həsr etmişdi. Bu əsasla da sırf türklərdən ibarət bir ordu qurur və İslam ümmətinin bir ordusu vüCuda gəlir. BeləCə, xəlifəsi ərəbdən olan islam dövlətində siyasi qüvvət bu gündən etibarən türklərin əlinə keçir. Ona görə də ərəblər, ərəb qövmiyyətçiliyinə dəyər vermədiyinə görə Mötəsimi sevməzlər. SəlCuqlulardakı və Misirdəki köləmən oCağı və osmanlıdakı yeniçəriliyin mənşəyi Abbasi xəlifəsi Mötəsimin 834-835-Ci illərdə Samara şəhərində türklərdən ibarət qurduğu bu ordudur».
Cavidin Şeyx Sənanına bu məsələnin, mənCə, xüsusilə dəxli var. Qədim və digər yəmənli Şeyxsəna(n)lardan fərqli olaraq Cavidin Şeyx Sənanı türkdür.
Ərəbistanda, Mədinədə islamiyyətin ilk çağlarında bir türkün hansı mənəvi, iCtimai və siyasi hüdudlar müstəvisində şeyxləşməsi, irfan yolağasına çevrilməsi yuxarıda xatırlatdığımız tarixi məqamlarla heç də az bağlı deyil.

***
Şeyx Sənan turanlıdır.

Səni annən doğurdu Turanda,
Yaşadın bir zaman da İranda.
Kəsbi-irfan için, fəzilət için
Sonra İranı tərk edib gəldin,
Ərəbistanı ixtiyar etdin.
Gənс ikən kəsbi-iştihar etdin.
Lakin ən son yerin, zəki Sənan!
Olaсaq son nəfəsdə GürCüstan…
Qapılıb hissə olmasan gümrah,
Olaсaq məqbərin ziyarətgah.

Bunu Şeyx Kəbir deyirdi. Turanda doğulub, sonra bir müd­dət İranda yaşayan Şeyx Sənan gəlib Ərəbistanda irfan və fəzilət sa­hibi olmuş, indi də yenidən Turana əzm edir və sonra yenə İrana ge­dəCək və irşad yayaCaqdır.
Şeyx Sənan kainatın xaliqinin, «Quran» və Kəbənin birliyini «nəş­rü isbat üçün» Turana yola düşür. Sənanın əzm eylədiyi Turan isə:

İştə Qafqas!.. Səfalı bir məva!
…Nə qədər şairanə bir xilqət!
Yerə enmişdir adətən Cənnət.

Qafqazda, indiki Tiflis Civarında Şeyx Sənanın ilk rastına çıxan Oğuz və Özdəmir özlərini «soyumuz türk, dinimiz islam…» – deyə təqdim edir.

Şeyx Sənan
Bu Civarda çoqmu, azmısınız?

Özdəmir
Doquz-on köy kadar varız yalınız.

Tiflis Civarında Qafqazın yerli sakini kimi Oğuzu təqdim et­mək­lə Cavid bir çox mənalarda müasir AzərbayCan tarixşünaslığını da qabaqlayır.
«Şeyx Sənan» Cəmiyyətə, insan mənəviyyatına təsəvvüf müstəvisindən yanaşan və irfan sirləri ilə zəngin olan bir əsərdir, amma həm də təkCə bu deyil, «Şeyx Sənan» faCiəsində də Hüseyn Cavid Turanın, türk insanın və türk Cəmiyyətinin problemləri ilə məşğuldur.

***
Şeyx Sənanın milli mənsubiyyəti Cavidşünaslıqda ən əvvəl, Hənəfi Zeynallının diqqətini Cəlb etmişdi.  1926-Cı ildə yazdığı «Şeyx Sənan» haqqında mülahizələrim» məqaləsində Şeyx Sənan obrazıyla Cavidin bioqrafiyası arasında paralellər apararaq Zeynallı belə oricinal nətiCələrə gəlirdi: «Gərək Naxçıvanda, gərək isə İstanbulda bulunurkən Hüseyn Cavid mənzum şeir yazmaqdan vaz keçməyir və bir il İstambul Darülfünunun kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx Kəbirin dili ilə Şeyx Sənanın tərCümeyi-halını anlatmaq istəyən Cavidin səbki bir az şekspirCəsinə olur. O da guya özünün gəzmiş olduğu yerləri bəzi təğyir ilə Sənana istinad edir».
Hənəfi Zeynallı həmin məqaləsində «Cavidin millətçiliyn­dən «Şeyx Sənan»da açıq surətdə yalnız Sənanı əslən turanlı etməkdir. Yəni Sənanı farslıqdan çıxarıb türk qılıqlı, türk qafalı etmək, onu türkləşdirməkdir…» – deyə yazır…

QAFQAZ MƏSƏLƏSİ.
ŞEYX ŞAMİLDƏN ŞEYX SƏNANA>

Əсəba!.. Həzrəti-Rəsulüllah,
Cümlə əshab – Əli, Ömər həmrah,
Daima hərbgahə qoşmuşlar,
Həqqi təbliğ için vuruşmuşlar.
H. Cavid

Şeyx Sənan Cavid  yaradıCılığında-dramaturgiyasında əvvə­lin­­Ci şeyx deyil, «Şeyx Sənan»dan bir az əvvəl yazdığı «Maral» fa­Ciə­sində Çingiz bəy: «… (Şeyx Şamilin divarda asılmış rəsminə yax­­laşaraq kəskin bir ahənglə). İştə həm fazil, həm Cəngavər bir da­­ğıstanlı! İştə Şeyx Şamil!.. Baqınız, yalnız bu heykəli-Cəladət, bu qo­­Ca qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah nə­dənsə bilməm, daima bu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss ediyorum. Bu parlaq nasiyədə, bu düşünCəli gözlərdə öylə mənalı əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar»,- demişdi.
Hüseyn Cavid 1912-Ci ildə «Maral» qəhrəmanı Çingiz bəyin dilindən Şeyx Şamil barədə düşündüklərini, yəni öz fərdi qənaətlərini etiraf etmişdi. Amma bütün bunlar sadəCə etiraf deyildi.
…Qafqazın milli azadlıq müCadiləsinə həsr etdiyi «Kuhi-Qaf və Simurğ» məqaləsində Əli bəy Hüseynzadə yazırdı: «Qafqazya Asiya ilə Avropa arasında əzim bir bərzəx, Cəsim bir körpüdür. Qədimdən bütün Cahanın qapısı bu körpü üzərində idi, o qapının adı ərəblərCə babül-əbvab, yəni «qapılar qapısı» idi ki, bugünkü Dərbənddən ibarətdir… Şan, namus və tar, heysiyyət, istiqamət, şüCaət, həmiyyət, qeyrət, rüfət, nəCabət kimi sifətlərin Cümləsi hürriyyətdən, azadlıqdan törər… BənCə, Qafqaz türkləri ətrakın ən hürriyyət-pərəstidir. Köçəbəliyi ona qəbahət bulunyordular. Ah!
– O köçəbəlik!.. O köçəbəlik mədəniyyətə kiçik bir maneəsə də, lakin hürriyyət şövqinin… böyük bir əlamətidir.
Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqünü məhv edə bilməz! Heç bir Cəbr və təzyiq hürriyyət odunu söndürməz».
Çingiz bəyin dilindən Hüseyn Cavid də belə düşündüyünü ifadə etmişdi.
Əli bəy Hüseynzadənin çəkdiyi «Şeyx Şamilin portreti»ndə, qələmə aldığı «Kuhi-Qaf və Simurq» məqaləsində hürriyyət eşqi, ruh gözəlliyi baxımından örnək göstərdiyi Qafqaz, «Maral»da Hüseyn Cavidin Çingizə Şeyx Şamilin portreti önündə söylətdikləri və bir azdan Şeyx Sənanın deyəсəkləri arasında bir ruh, düşünCə məhrəmliyi və oxşarlığı aramağa haqq verir:

İstə Qafqaz!.. Səfalı bir  məva!
Allah-Allah, nədir bu abü-həva?!
…Hələ Kür nəhri başqa bir aləm!
Geсə mehtabə qarşı pək həmdəm,
Gah olur bir dərin sükuta varır,
Gah çağlar da bir fəğan qoparır.

Bura «ətrakın ən hürriyyətpərəsti» olan türklərin, mehtabə – ayın aydınlığına! – qarşı pək həmdəm, gah dərin bir sükuta varan, gah da çağlar bir fəğan qoparan Kür nəhrinin – Kür taleli türklərin Vətənidir.
Bura 25 illik azadlıq mübarizəsi ilə dünyanın ən nəhəng imperatorluğunu haldan salan Şeyx Şamilin vətənidir.
Amma irfan sistemi Kamil insan doğurursa və irfan sisteminin, təsəvvüfə aşinalığın başqa bir məramı da yoxdursa, Qafqazdakı kamil insanın maddi süqutundan sonra, yəni Şeyx Şamildən sonra maraqlıdır ki, Hüseyn Cavid bura digər bir Şeyxi – Sənanı gətirirdi. Başqa sözlə, Qafqazdan Ərəbistana gedən Şeyxi Ərəbistandan Qafqaza qayıdan Şeyx əvəz edirdi.
Şeyx Sənan Qafqazda süquta uğramış azadlıq duyğusunun, yəni başqa bir  irfan eşqinin Cavid zəkasında görsənişi, yenidən təzahürü kimi də izah oluna bilər – «Tükəndi taqətü-səbrim, ədalət, ah, ədalət», –   deyə fəryad qoparan mətn 1914-Cü ildə, məhz AzərbayCanda, bir az geniş anlamda isə Qafqazda yazılmışdır:

Nəyi görmək dilərsiniz, bilməm,
Yanıyor zülm içində həp aləm.
Görməməkçin bu çirkin işləri siz,
Yalvarıb haqqa həmdü şükr ediniz.

Cəmiyyət «Şeyx Sənan»ın yazıldığı illərdə çar müstəm­lə­kə­çi­liyinə qarşı həm də Qafqaz birliyi ideyası ilə yüklü idi. Qafqazın mil­­liyyətpərvər siyasi xadimləri «Şeyx Sənan»ın qələmə alındığı illər­də Qafqaz birliyi ideyasını meydana qoymuşdular. Xüsusən, tarixdə Akçura-Hüseynzadə komitəsi kimi tanınan Turan Heyəti və marşal Fuad Paşanın rəhbərlik etdiyi Qafqaz Komitəsi bu isti­qa­mət­də böyük ideoloci fədakarlıqlar göstərirdi; Çar müs­təm­lə­kə­çi­li­yi­nə qarşı Qafqaz konfederasiyası və Qafqazın azadlığı ideyasını dün­yanın siyasi gündəminə çıxarırdı.

***

…«Şeyx Sənan» Hüseyn Cavidin universal irfan bilgilərinin toplusudur və bu faCiə ortaya həm də belə bir sual çıxarır: Cavid nə üçün «Şeyx Sənan»ı yazmışdı? Dünya Cahan hərbinin dəhşətləri içərisində vurnuxduğu, mədəniyyətdə müasirləşmənin təzə-təzə vüsət aldığı bir ərəfədə – XX yüzilin əvvəllərində H.Cavid təsəvvüf sisteminin dramaturgiyaya tətbiqini nə üçün zəruri hesab etmişdi? Cavab birdir: Dünya nizamının dağınıq olduğu bir əyyamda, türk milli varlığının ölüm ya qalım dilemması qarşısında imtahana çəkildiyi bir tarixi şəraitdə H.Cavid dövlət qurmağı, güClü insan yetişdirməyi baCaran təsəvvüf zehniyyətini təkkədən teatra gə­tirməyi lazım bilmişdi, H.Cavid Bəktaşi Vəlinin, Əhməd Yəsə­vi­nin orta əsrlərdə etdiklərini XX yüzilin başlanğıCında AzərbayCan mü­hitində edirdi.

DİN BİR OLSAYDI…

Din bir olsaydı yer yüzündə əgər,
Daha məsud olurdu сinsi-bəşər.

Cavidin gəldiyi bu qənaət təsəvvüfdəki vəhdəti-ədyandır. «Bü­tün dinlərin eyni qaynaqdan gəldiyi və eyni məqsədə yönəldiyi, fər­qin yalnız  şəkildə və zahirdə olması barədə təsəvvüf inanCıdır» (S.Uludağ).
Muhibbinin – Osmanlı Sultanı Süleyman Qanuninin dediyi kimi:

Cümlənin məqsudi bir, amma rəvayət müxtəlif…

Azər Turan
Filologiya üzrə fəlsəfə doktoru

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.