Ana səhifə BAŞ YAZI Heç kəsin sevinci dərddən olmasın…

Heç kəsin sevinci dərddən olmasın…

Müəllif: Bizim Yazı
869 baxış

Habil YAŞAR

Xəbər al…

Sorursan ömrümdən nələrim gedib,
Nələrim olub ki, nələrim gedə.?!
Mənim bu taleyim qara yazılmış,
Çətin ki, zülmətim işığa dönə…

Mən kədər şairi, qəm şairiyəm,
Dərdləri özümə həmdərd bilmişəm.
Nə zaman sevinib, gülümsəsəm də,
Mən dərd yaşamışam, dərd düşünmüşəm…

Soruşma dərdimi, soruşma, dostum,
Sən bu dərdlərimi bilən deyilsən.
Mənim dərdlərim də səadətimdir,
Sən bu səadətdən gülən deyilsən.

Heç kəsə, heç zaman arzulamaram –
heç kəsin sevinci dərddən olmasın.
Bu dərdin sevinci ağırdır ancaq,
olan mənə olsun, sizdən olmasın.


Mən bu yer üzündə bir divanəyəm,
Nələr çəkdiyimi qəmdən xəbər al.

05.01.2013 22:05:44

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.