Ana səhifə BAŞ YAZI Güney Azərbaycan ədəbiyyatının inkişafının qarşısında duran problemlər

Güney Azərbaycan ədəbiyyatının inkişafının qarşısında duran problemlər

Müəllif: Bizim Yazı
347 baxış

Sayman Aruz 

/AYB-nin

Güney Azərbaycan şöbəsi/

Təhlil bir növ yaratmaqdır”  Nitşe

Hər bir hakimiyyət, özünün gətirdiyi fikir və ideologiyanın vasitəsi ilə öz xalıqının müqəddəratını təyin edər. Yəni hər bir xalqın xoşbəxtliyi və bədbəxtliyinin əsası hakimiyyətin növü və idelogiyasından asılıdır. Buna görə də, müstəmləkə şəraitində olan Güney Azərbaycan kimi mühitlərin təhlilində, orada olan hakimiyyəti, siyası-ictimai və ədəbi baxımından mütləq araşdırmalıyıq. İran adlanan ölkə, etnik baxımından çox xalqlı bir ölkə hesab olunur. Təbiidir ki, bu çox saylı xalqları bir araya gətirmək və onları bir ölkə və bir bayraq  adı altında yığmaqın bir neçə yolları var. Hakimiyyət ya demokratiya yolunu seçib, etniklərin milli haqlarını tanıyıb onlara  hörmət bəsləyib  qanuni forma bağışlamalıdır, ya da diktatora və imperiya sistimini seçib, onları özünün məsləhət bildiyi məcburiyyətin qarşısında qoymalıdır.  İranda olan hakimiyyət isə teokratik bir rejimdir. Yəni dinin hakimiyyətdir. Bu növ hakimiyyətlərin bətnində olan dini dəyişməzlik və keçmişə qayıdış, onlara gündəmi düşünüb qeyri dini dəyərlərin tanımağa imkan vermir.  Ona görə də, ümumiyyətlə teokratiya bir növ diktatoraya çevrilir. İran hakimiyyəti isə həm qeyd etdiyim nədənlərə görə, həm də özündə daşıdığı çirkin kapitalizmin ucbatından qeyri milli bir hakimiyyətdir. Belə olan təqdirdə təbiidir ki, kütlənin milli və mədəni dəyərlərinə biganə yanaşıb, onları din adı ilə öz məsləhətinin altında  yaşamağa məcbur  edəcək. Eyni zamanda həmin bu mənfi və mənfur teokratiyaya, “pan farsizm” ideologiyasını qatmaqla, özünə məxsus və misli görünməyən bir sistim yaradıb . Bu sistimin əsas hədəfi isə, vətənsiz və hüviyyətsiz kütlənin yaratmasıdır. Hər bir siyası-ictimai alim bunun nə olduğunu asanlıqlla başa düşür. Vətənsiz insanların kontorol etmək və onları asımlasiya siyasətinə məruz qoymaq olduqca asandır. Ancaq həmin bu sistimlərin zəifi də  siyasətin ikinci üzü, yəni “cüzvdən külliyə” getmək siyasətini unudmaqdır. Bildimiz kimi, siyasəti iki yol ilə bir topluma tədbiq etmək olar. Birinci yol, hakimiyyətin yürütdüyü və reklam etdiyi idologiyadır ki, ona “küllüdən cüzvə” deyilir. Yəni televiziya , qazetlər,radiyolar və informasiya vasitələrinin yardımı ilə kütləni formalaşdırmaq yolu. İkinci yol isə, millətin öz adət-ənənə və qanından qaynaqlanan milli haqların tələb etməsidir. Bu növ siyasətə “cüzvdən küllə” deyirlər. Bu növ siyasət  bir çox zamanlar  xalq inqilabı ilə nəticələnir və tarixdə bu növ hərəkətlərə çox rast gəlinir. “Cüzvdən küllə” siyasətin ən əsas yolu isə xalqın özü, öyrəncilər, gənclər, ziyalılar və kafelərdən başlanan hərəkatlardır. Bu gün Güney Azərbaycanda həmin bu növ  hərəkat başlayıb və davamlı şəkildə irəliləyir.

Güney Azərbaycan cəmiyyətinin ictimai və ədəbi durumu təhlil etsək onu bu missal ilə başlamaq yerinə düşərdi. Con Styuvart deyir: “böyümək istəyirsizsə özünüzü sensor etməyin.” Bu sözü İranda olan yüz ilə yaxın sensoranın yanına qoyub, dünya ictimaiyyətinin demokratiya yolu ilə inkişafını müqayisə edəndə, Güneyin Azərbaycanın  indiki durumunun hansı vəziyyətdə olması  hər kəsə tam aydın şəkildə görünmüş olur. Bir tərəfdən sensoranın yaratdığı “stop” stansiyası, başqa tərəfdən  isə   cəmiyyətlərin  sürətli inkişafı, bizim millətlə onların arasında böyük və dərin bir uçurum yaradıb. Xalqımızın yüz il boyu başladığı milli hərəkatlar isə məhs bu uçurumun  aradan qalxmasına  xidmət edib. Şəhriyarlar, Biriyalar, Əlirza Oxtaylar (Nabdil), Balaş Azəroğlular, Söhrab Tahirlər, Həbib Saihirlər, Bulud Qaraçorlular, Zöhtabılər, Cavad Heyətlər, Səbri Təbrizilər, Sabir Nəbioğlular, Səid Muğanlılar və indiki çağdaş mühitimizin gənc ədəbi-mədəni fəaları elə bu yolun yolçuları kimi ictimaiyyətimizin bətnində olan boşluğun doldurulmasına çalışıb və çalışırlar. Güney Azərbaycanda olan dəhşətlı sensora hətta millətin ən dəyərli və həyati varlıqlarının adına belə rəhm etmir. Belə ki, Vətən, Tanrı, sevgi, azadlıq, dustaq və zindan, Ana dil, anayasa, sərhəd, Azərbaycan və bir çox millətimizin qanına bağlı olan kəlmələr sensoraya məruz qalır və nəşr üçün İran mədəniyyət nazirliyinə verilmiş kitabların içindən çıxarılır. Bu, həmin “hüviyyətsiz vətəndaş” yaratmaq siyasətinin bir hissəsi olaraq indi də daha şiddətli şəkildə dəvam etdirilir.
Qapalı mühit, qapalı insanların yaranmasına gətirib çıxarıb və bununla bərabər, ictimai, mədəni- ədəbi təşkilatların olmaması və yarana bilməməsi həmin bu mühitin qapanması və qaralmasını daha da artırır. Tək partiyalılıq və teokratiyanın “mən fikirləşirəm, sən fikirləşmə”  siyasəti insanlardan  düşünmək imkanını alır. Iranın keçmiş dini lideri Xomeyninin əsasını qoyduğu ümmətləşmək prosesi, 33 ildir ki, millətləşməyin qarşısını alır. Onun “məşhur” “millətçilik müsəlmanların əsas bədbəxtçiliyidir” sözü indi də şəhərlərin divarlarına gözə dəyir. Məqsədyönlü  bu dini təbliğat və ideologiya səbəb olur ki, cəmiyyətin mədəni və ədəbi mühüti qapli və qaranlıq şəkildə inkişafdan qalsin və onun idarə olunmasi asan olsun.  Cəmiyyətin bəşəri təlabatından irəli gələn və evlərdə gizli formada  yaranan  kiçik ədəbi-mədəni məclislər isə, İranın təhlükəsizlik orqanlarının diqqət mərkəzindən yayına bilmir. Nəticədə, bu məclislərdə iştirak edən soydaşlar və şairlərimizi həbs edərək işkəncə və uzunmüddətli zindanlara məruz qoymuşdur və qoyur. Beləliklə, cəmiyyətin nəinki ədədbi-mədəni və ictimai inkişafının qarşısı alınır, eyni zamanda insani hüquqi pozularaq bəşəri təlabati boğulur. Onuda demək lazımdır ki, yuxarıda qeyd olunan həqiqətlərlə yanaşı, bütün çətinlikləri canı-qani bahasına yaşayan  ziyalılarımız vardır ki, xalqın bu faciəsini nəsrə , poeziyaya çəkir və bununla xalqın varlığın müəyyən qədər yaşada bilir. Kiyan Xiyav deyir:
Salam cəllad! salam cəllad!
Ey gözü qan, ürəyi pas!
Dar üstündə darıxmışam,
Yendir məni, yenidən as!
Bu durum içərisində olan maneələrdən biri də orada olan və işlənən fars-ərəb əlifbasıdır ki, Azərbaycan türkcəsində yazan soydaşlarımızı bir çox problemlərlə üz-üzə qoyur. “Ə”, “Ö”, “Ü”, “I” və bir çox hərf və səslərimiz ərəb əlifbasında yazıla və anlaşıla bilmir. Unutmamalıyıq ki, Azərbaycanın quzeyində işlənilən latin qrafikası olduqca səmərəli olduğunu sübut etmişdir. Bununla bərabər, əlifbanın fərqli olması, Azərbaycanın güneyı  və quzeyinin ortasında olan mədəni uçurumu  daha da dərinləşdirir. Millət biri-birini oxuyub başa düşə bilmir. Şair və yazarlarımız ədəbi bağlantı qurmaq və çap olmaqda çətinlik çəkirlər. Ona görə də bütöv Azərbaycan ədəbiyyatının yaranması yolunda  əngəllər törənir.
İran adlanan ölkə ərazisində və xusüsi olaraq Güney Azərbaycan mühitində olan ana dilində təhsil, dil, internet, nəşriyyat, kitab çapı, ədəbi əncümənlərin yaranması, uşaqlara türk mənasını daşıyan adların qoyulması, fikir azadlığı və bir çox bu cür qadağaları,  Quzey Azərbaycanda olan azadlıqlarla  müqayisə etsək,  bir sözlə bu qənaətə gəlmək olar ki, Güneydə yaşayan soydaşlarımızın  çox dəhşətli günlər keçirdiklər. Üstəlik yeni yaradılan Urmu gölü kimi geniş miqyasli, gələcəkdə mənfi və qorxunc təsirlərini qoya biləcək  böyük milli problemlər bu vəziyyəti daha da çətinləşdirir. Bu kimi problemlərin zaman-zaman süni formada yaradaraq məqsədyönlü şəkildə xalqın üzərinə qoymaqla, cəmiyyətin ziyalılarının gözünü qarşıda duran problemlərdən yayındırma  çalışırlar.
Bütün bu problemlərə baxmayaraq ötən əsrdən bu günümüzə qədər xalqımızın agrılı-acılı keçdiyi günlərin ədəbi-mədəni  tarixini qələmə alan ziyalılarımız bu ruhu milli hərəkatdan alaraq günümüzə çatdırmış və beləlikə, çağdaş ədəbi mühütün dalğasının yaranmasına səbəb olmuşlar. Hər gün dövrü mətbuatdan izlədiyimiz xəbərlərdən də aydin görünür ki, milli fəal adı ilə tutulub zindanlarda işgəncələrə məruz qalan soydaşlarımızın əksəriyyəti ya yazar-şair, ya da jurnalistdir və bir sözlə, qələm əhlidir. Xalqın ziyalısı, kütlənin görən gözü, düşünən beyni və yol göstərənidir. Xalq bu gün istemarın zülmünə tab gətirməyib öz haqqını tələb etmək məqsədi ilə küçələrə çıxırsa onun dilində xalqın ziyalı insanlarının sözü və şeri, şüar kimi səslənir. Nəticədə milli hərəkat öz ziyalısindan onun hərakatına yeni can, yeni nəfəs verməsini bir növ tələb edir. Bu isə öz növbəsində yeni ədəbi dalganın  yaranmasına, güclənməsinə səbəb olur. Bu baxımdan Güney Azərbaycanın çağdaş ədəbi mühütinin nümunələri orada və müəyyən qədər burada da artıq  görünməkdədir. Bu nümunələr  haqqında  həm AYB-nin mətbu orqanlarında həm də, digər dövrü mətbuatda  oxuclara məlumat verilmişdir. Təkcə Güney Azərbaycan şöbəsinin tərəfindən son bir il ərzində burada kiçik həcmdə də olsa  Cüneyli yazarların  12-dan çox kitablarının çap etməsi, bu ədəbi dalganın əhatə dairəsinin genişlənməsini və milli hərakatın güclənməsinin göstəricisidir. Eyni zamanda  Cüney Azərbaycan çağdaş ədəbi mühütinin burada elmi-tədiqatçı  və tənqidçilərimiz tərəfindən araşdırılması təqdirə layiq və vacibdir. Bu orada olan problemlər  və çətinliklər qarşısında qalan ziyalılarımıza olan diqqət və qayğının eləcədə onlarla həmdərd, həmfikir olmağı deməkdir. Yuxarıda deyilənləri həyata keçirtmək məqsədi ilə təbi ki, var olan ədəbi-mədəni körpünün daha da güclü olmasına ehtiyac vardır.
Ədəbi Körpünün yaramasında qarşiya çıxan problemlər və onlrın aradan qaldırilması yollarının tapilması olduqca əhəmiyyətlidir. Bu problemin həlli, hər bir milləti və vətəni düşünən ziyalının milli borcudur. Nə qədər ki, ədəbiyyat və ümumiyyətlə bütün problemlər və proseslərimizə milli gözlə baxmamışıq, o qədər də bütöv millət olmaqğımıza nail ola bilməyəcəyik. Bu əsas məsələni nəzərdə alaraq, ilk öncə “Güney Azərbaycan ədəbiyyatı və ictimaiyyətinə nə edə bilərəm” sualı hər bir fərdin və ziyalının beyninə gəlməli və qarşısına bir məqsəd kimi qoyulmalıdır. Necəki, hər bir Güneylinin ruhunda Qarabağ problemi yaşayır və onun həll olunması üçün saniyələri sayır. Imkanları topluyub və bütöv şəkildə ictimaiyyətimizin problemlərini həll edə bilərik. Unudmayaq ki, hər bir ölkədə, xalqın istəyində asılı olaraq, həmin ölkənin hakimiyyəti də proqramlar hazırlaya bilər. Biz Azərbaycan xalqı isə ilk növbədə, öz daxılımızdə bu qərara gəlib, sonra dərdlərimiz dərmanın üçün ayağa qalxmalıyıq. Mən, bir Güney Azərbaycan ziyalısı olaraq, oranın mühitini tanıyaraq, nə edə bilərik sözünü bir neçə sözlə cəvablandıracam. Ümid edirəmm ki, həmin bu cəvablar sizin hər birinizin diqqəti cəlb edəcək.
1-Cəmiyyətimizdə Güney Azərbaycan durumunu açıqlanması və bu sahədə KVİ-nin müntəzəm olaraq təbliğatı.
2-Gənclərimizin bu sahəyə cəlb olunması üçün məktəblərdə və institutlarda Güney Azərbaycan mühitinin öyrədilməsi.
3-Güneyli soydaşlarımızı burada təhsilinin təmin olunması.
4-Ədəbi körpünün möhkəm və davamlı yola çevrilməsi üçün Güney Azərbaycan ədəbi-mədəni əlaqələr fondunun yaradılması.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.