Ana səhifə YENİLİKLƏR “Gəldik, gördük, yazdıq”…

“Gəldik, gördük, yazdıq”…

Müəllif: Bizim Yazı
734 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi, bu ilin sentyabr ayından başlayıb gələn ilin fevralınadək davam edəcək “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində sabah, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və KİV təmsilçilərinin iştirakı ilə “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu konfrans düzənlənəcək. Konfransın açılış mərasimi saat 14.00 Azərbaycanda Atatürk Mərkəzində baş tutacaq. 

İdeyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində 12 türk dövlət və topluluğundan 18 gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısı Bakıya gəlir.
11 noyabr 2012-ci il tarixdək Azərbaycanda olacaq qonaqlar, 6 noyabrda Fəxri Xiyabanda ümum¬milli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini, “Güllələnmiş heykəllər”i, “Ana harayı” abidəsini ziyarətdə bulunacaq, “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu konfransda iştirak edəcək, sonrakı günlərdə uyğunprofilli dövlət qurumları və QHT-lərdə görüşlər keçirəcək, Bakının tarixi yerlərini (o cümlədən İçəri şəhər, Atəşgah, Tarix Muzeyi, Ədəbiyyat Muzeyi və s.) gəzəcəklər.
Qonaqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın böl-gələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) ziyarətə qatılacaq (8-10 noyabr), yerli ictimaiyyət nüma¬yəndələri ilə görüşlər keçirəcəklər.
Qeyd edək ki, konfrans materialları və iştirakçıların səfərsonrası yazacaqları məqalələr kitab şəklində Azərbaycan və rus dillərində çap olunacaq.
Kütləvi İnformasiya Vasitələri dəvətlidir.

(Bağlantı:
050 623 26 88
050 339 37 55;
[email protected],
[email protected]),

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.