Ana səhifə YAZILAR Gecikmiş qisas (uzun öykü) – DEBÜT

Gecikmiş qisas (uzun öykü) – DEBÜT

Müəllif: Bizim Yazı
149 baxış

Firuzə Çiçək (Firuzə Soltanmurad qızı Şıxməmmədova) 11 noyabr 1991-ci ildə İsmayıllıda doğulub. Tələbədir. Kiçik yaşlarından şeir və öykülər yazır. 2006-2009-cu illərdə “Ümid” ədəbi məclisinin üzvü olub. Yerli mətbuatda yazıları dərc olunub. “Xəyanət qoxusu” kitabı gənc yazarın oxucularla ilk görüşüdür.

 ***

Sən oğrusan! Sən köləsən! Sən ermənisən! (Puşkin)

– Ay qız, Səidə, o uşaq niyə ağlayır?
Yun şalını başına bağlayaraq otaqdan çıxan qadın yenə gəlinini səslədi:
– Bu uşağa niyə baxmırsan, hə? Can, ağlama nənə qur­ban, nolub mənim balama? Səidə!…
Gəlinin səsi mətbəxdən gəldi:
– Hə, ana. Xəmirlidir əlim. Bilmirəm niyə ağlayır. Ye­mə­yini indi vermişəm ki…
Qadın iki yaş yarımlıq nəvəsini astaca havada oyna­da­raq oxşamağa başladı:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Səni Allah saxlasın,
Sayəndə mən dolanım…
Uşaq isə elə bil onu havada atıb-tutan, oynadan nənəsinin ina­dına gedir, daha da bərk ağlayırdı.
Qolları yorulan cavan nənə uşağı yerə qoyub şirin bir mə­zəm­mətlə dedi:
– Zalım balası, maşallah, qollarım yoruldu ki. Ay qız, xəmiri ver mənə gəl uşağı yatızdır.
Saçlarını yığaraq ləçək vurmuş, ala gözlü gəlininə yaxın­laşdı:
– Ver mənə…
– Ana, bu dəqiqə qurtarıram, sən əlini bulama.
Balacanın beşiyi yavaş-yavaş yırğalanır, arzularını dünyalar­ca sevdiyi körpəsinə bəxş etmiş, beşiyinin başında keşikçi əs­gər kimi dayanmış gənc və gözəl ana nəvazişlə layla deyirdi:
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində,
Şirin yuxu tapasan.
Qəfil çöldən gələn anlaşılmaz səs onu dayandırdı.
Gəlin, qayınana ikisi də pəncərəyə doğru qaçdılar. Haradan­sa, uzaqdan göy gurultusuna bənzər şaqqıltılar gəlirdi. Deyəsən ha­radasa atırdılar. Son vaxtlar qonşu ermənilərlə münasibətlər so­yuqlaşmışdı. Və hətta bəzi yerlərdə qarşıdurmalar da baş ve­r­i­r­­di.
Gəlin təşvişlə dilləndi:
– Güllə səsinə oxşayır. Allah axırını xeyir eləsin…
Ağlamağa ara verməyən və indi daha çox çığırmağa başla­yan körpənin səsi gəlini otağa qayıtmağa məcbur etdi:
-Ay Allah, bu niyə dayanmır? – beşiyi yırğalamağa başladı.
Qadın isə hələ də çölə – batmağa hazırlaşan günəşə tərəf ba­­xır­dı. Amma görünmürdü günəş. Hava boz və boğuq rəng al­mış­dı. Sanki insanların az sonra törədəcəyi fəlakətinə, vəhşili­yinə qarşı göyün də üzü tutulmuşdu. Elə bil bir-birinə kiplən­miş buludlar öz qızıl taxtına enməyə hazırlaşan həyat eşqli gü­nə­şin insanlığa sığmayan bu soyqırımı görməyinə mane olmaq üçün çalışırdılar.
Qayınana üşüdüyünü hiss edib içəri keçdi. Otağın kandarında dayandı. Qəribə təş­viş dolu bir baxışla gəlinini və hələ də sakitləşməyən istəkli nəvə­sini süzdü.
Səidənin gözləri qayınanasının gözləri ilə toqquşanda bütün bədəni titrədi, sanki paltarında buz vardı. Heç özü də anlamadı nədir bu gözlərdəki. Təşvişmi? Qorxumu? Nigarançılıqmı?
Yox, bunlardan daha fərqli, daha qorxunc idi bu baxışlar…
Səidə narahatlıqla beşiyi digər əlinə ötürə­rək yırğalamağa davam etdi. Yenə qapıya tərəf baxdıqda hələ də həmişə cəsur tanıdığı bu qadının daş heykəl kimi daya­nıb bu dəfə hansısa məchul bir nöqtəyə baxdığını gördü.
– Noolub, ay ana?!
Qadın bir neçə saniyə susub, geriyə döndü:
-Uşaqlardan nigaranam… – və qapıdan çıxdı.
Səidə fikrə getdi. O da ana idi. Ana ilə övladın ürəyi, his­lə­ri, duyğuları isə həmişə ilahi tellərlə bir-birinə bağlı olur…
Gəlin fikrini dağıtmağa çalışaraq, beşiyi yırğalaya-yırğalaya sevimlisinə, ürəkparasına layla deməyə başladı:
Qızılı butam, laylay,
Ətrinə batam, laylay.
Balam ərsəyə çata,
Toyunu tutam, laylay.
On beş dəqiqə keçməmişdi ki, aşağıdan eşitdiyi nalə gəlinin ru­hunu bədənindən oynatdı. Özünü eyvana necə atdığını heç bil­mədi, pəncərədən aşağı baxanda elə bil ayağının altından yer qaç­dı.
Üç erməni dığası qayınanasını təpikləyirdilər. Yerdə qıv­rı­lan qadın ağrıdan huşunu itirmək dərəcəsinə çatır, nalə edir­di.  Özünü müdafiə etmək üçün tərpənə belə bilmirdi.
Ermənilərdən biri digər ikisini dayandırdı:
-Bəsdir, bəsdir. Daha aparın, hələ qocalmayıb, lazım olac­a­q­…
Hava toranlaşmağa başlasa da, Səidə ata evində olarkən qon­­şuluqda yaşayan Hakopu yaxşı tanıdı. Alçaq erməni hələ əvvəl bir azər­bay­canlını hansısa səbəbdən qətlə yetirib, Ermənistana qaç­mış­dı. Ondan sonra onu tapan olmamışdı.
İndi onun eybəcər və bir tə­rəfi çapıq olan üzünü görəndə Səidə qeyri-ixtiyari qışqırdı. Bu an ermənilər pəncərədə dəhşət içində donub qalan Səidəni gör­dülər.
Hakopun gözlərində murdar bir qığılcım parladı:
-Ooo, kimi görürəm?!
Səidə cəld geri çəkilib giriş qapısını bağladı. Körpəsinin yanına qaçdı. Amma heç bir çıxış yolu yox idi. Hakopu yaxşı tanıyırdı. Hələ qız vax­tı evlərində olarkən, Hakopun iyrənc baxışlarını üzərində hiss edirdi həmişə. Bunu xatırlayıb göz yaşı içində körpəsinin al­nından öpdü. Kim bilir ananın bu lal baxışları beşikdəki ağla­maq­dan qəşəng gözləri qızarmış, yanaqları allanmış bu körpəyə nə deyirdi? Bir təkcə Allah bildi, bir də körpə… Beşiyində vurnuxan körpə anasının yanında olduğunu görüb azacıq kiriyən kimi oldu. Qoşa əllərini havada oynadıb, qucağına getmək  üçün  istəyini qığıltısıyla anlatmaq istədi. Amma anasının onu qucağına almaq, ovundurmaq fikri yox idi deyəsən bu dəfə. Körpə burnunu qırışdıraraq dodaqlarını büzdü…
Ana göz yaşı içində balasını bir də öpdü. Ayrıla bilmirdi beşiyindən:
-Səni Allaha tapşırıram!!!
Qapını sındırmaq üçün vurulan zərbə ilə Səidənin mət­bəxə atılması bir oldu. Mətbəx bıçağını əlinə alaraq, düz ürəyinin tuşunda hazır saxladı. O azərbaycanlı, azəri türkü idi. Onun damarından axan qan təmiz türk qanı idi. Heç bir qarışığı olmadan… Tarix boyu qeyrətinə, cəsarətinə bütün millətlərin həsəd apardığı türk qadını. O ölümə də hazır idi. Amma  düşmənin, yad bir əlin ona toxunmasına dünyasında razı olmazdı.
Hakop saxta yalvarışlarla ona yaxınlaşmağa çalışdı:
-Yaxşı, zayka, axı biz qonşu olmuşuq. Sənin atanla dost ol­mu­şam. Mən sənə heç nə eləmərəm. Uşağa da dəymərəm. Ağıl­lı qız ol, bıçağı qoy yerə…
Səidə geri çəkildi:
-Alçaqlar, murdarlar! Nə istəyirsiniz axı bizdən? Nə, nə? Bi­zim­lə yaşayıb, süfrəmizdən yeyib, axırda arxa­dan vurursunuz. Yox, arxayın olun, heç vaxt çata bilməzsiniz o murdar arzunuza. Ruhumuza qəsd edə bilməzsiniz heç vaxt. Sizə elə ölü vü­cud qalar. Heç vaxt!
Hakop irəli atılsa da, artıq gec idi… Hirslə mətbəxdən çıxar­kən qan içində yerə sərilmiş Səidənin başına təpiklə vurdu, si­fə­tini tapdalayıb körpə yatan otağa keçdi.
Xəncər havada parladı…
-Sizin hamınızın kökünü kəsəcəyik, türk balası, bax belə beşik­dəcə.
Lakin Hakopun əli havada qaldı bir anlıq. Bayaqdan ağlayan kör­pə­nin gözündən zərrəcə yaş gəlmirdi. Sakit-sakit qarşısındakı “əcə­lə” baxırdı. Çox qəribə baxırdı…
Dığalardan biri otağa girdi:
-Gör sandıqdan nələr tapmışam. – acgözlüklə güldü.
Hakop qeyri-iradi, keyləşmiş halda ayağa qalxdı:
-Bu uşağı aparacam!
Tapdıqlarını ciblərinə doluşduran erməni silahın qundağı ilə Hakopun qucağındakı körpənin sinəsindən vurdu:
-Öldür, rədd olsun, türkdür, neyləyəcəksən?
Hakop başını bulayıb güldü:
-Bu gündən daha türk deyil. Baxaq görək o böyüyəndə mə­nə deyəcəksən? Abovyan, türkü yalnız türk məhv edə bi­lər. Mən sənə borclu…

* * *
Aeroportdan çıxıb dərindən nəfəs aldı. Hər şey qaydasında idi. Pulu da Azərbaycan manatına dəyişmişdi. Yoxlanışda da heç bir narahatlıq olmamışdı. Sənədləri qaydasında olan bir rus və­təndaşı idi… Sergey İvanov. İşləri ilə əlaqədar müvəqqəti Ba­kı­ya xalasıgilə gəlmişdi. Bir müddət sonra – iki aya qayıdacaqdı.
Sergey İvanov taksilərdən birinə yaxınlaşıb maşının qapısını açdı. Rus ləh­cəsi ilə Azərbaycanca soruşdu:
-Şəhərə apararsan?
Saçının qarşı tərəfi bir az keçəlləşmiş, arxa tərəfi isə çallaş­mış, üzündə dərin qırışlar şırım atmış taksi sürücüsü gənc oğla­nı süzdü:
-Hansı ünvana?
Sergey sol əlindəki çamadanını buraxıb, gödəkçəsinin yaxa­sı­nı açdı. İçəri cibdən səliqə ilə qatlanmış vərəqi çıxarıb açaraq sürücüyə uzatdı:
-Bura.
Sürücü başı ilə işarə edib soruşdu:
-Yükün çoxdu, yoxsa elə bunlardır?
Sergey arxa qapını açdı:
-Bunlardır. – Çamadanları elə arxaya – öz yanına qoyub qa­pı­nı bağladı.
Yol uzunu maşının pəncərəsindən ətrafı seyr edirdi. Necə bö­­yük, necə gözəl şəhər idi. Bakı… Deməli, Bakı bu imiş. Də­yər­­miş təriflərə. Sergey Ermənistanda olarkən ekranlarda, şəkillərdə gör­müşdü Bakını. Rusiyaya gedəndə isə, orada bəzi əra­ziləri ilə xəritədə də, başqa üsullarla da qiyabi də olsa tanıt­mış­dılar bu şəhəri ona.
Amma indi bu şəhərin özünə düşməsi onu bir az heyrətlən-dir­mişdi. Gör onun düşmənləri necə gözəllikdə yaşayır. O artıq düş­mən torpağındadır. Amma Sergeyi təəccübləndirən tamam baş­qa bir şey idi. Axı niyə o düşmənlərinin məskunlaşdığı bu şə­hərə nifrətlə baxa bilmir? Niyə qaynaşan bu insanlar onun qə­zə­bini aşıb-coşdurmur? O, İrəvanda – Yerevanda böyümüşdü. Amma çox qəribədir ki, Bakı nəyinki onda nifrət doğurmur, hətta az qala doğma gəlirdi…
-Qardaşoğlu, deyəsən buralarda olan adam deyilsən ha, qə­rib­sən? – ön güzgüdə ona diqqətlə baxan sürücü soruşdu.
Çölə baxmaqdan əl çəkib, başını arxaya söykədi:
-Rusam, buralı deyiləm.
Bu dəfə sürücü birbaşa arxaya çönüb, tez də çevrildi:
-Doğrudan? Heç oxşatmadım rusa. Atan, ya anan buralıdır? Ki­min var Azərbaycanda?
Suallardan karıxmış Sergey başını yenidən pəncərəyə tərəf çevirdi:
-Atam da, anam da rusdur! Bura xalamgilə gəlmişəm.
Sürücü başını yellədi:
-Elə bildim buralısan, bizlərə oxşadın. – gülümsündü – qaş qara, göz qara, bir az da qarabuğdayı. Amma ləhcəndən rus ol­du­ğunu tutdum o dəqiqə. Bizim dili harda öyrənmisən? Pis bil­mir­sən ha amma.
Sergey lap təngə gəldi:
-Xalam öyrədib… – tez də söhbəti dəyişdi – hələ çatmırıq?
Sürücü əli ilə qarşı tərəfdə bir-birinə dirənmiş maşın selini göstərdi:
-Tıxaclar qoysa çatarıq. Hələ indi yaxşıdır. Elə olur saat­lar­la tıxacda qalırıq. Neyləmək olar, qardaşoğlu, şəhər böyük, ma­şın da adamdan çox. Bir yanda körpü tikirlər, yolu genişlən­di­rir­lər, işıqfor qoyurlar, heç bir xeyri yoxdu.  – yenə güzgüdə arxa­ya ötəri nəzər saldı. – Sən de görüm şəhərimiz necədir, xoşuna gəl­di?
Sergey çölə baxa-baxa bir az dayandı, sonra fikirli halda yenə başını arxaya söykəyib, gözlərini yumdu:
-Gözəldir!..
Sergeyin 22 yaşı keçməsinə baxmayaraq, yaşından bö­yük görünürdü. Ona baxan əminliklə 25-26 yaş verərdi. Hün­dür boylu, cüssəli idi. Yoğun boynu vardı. Sifəti tunc rənginə ça­lırdı. Qara, qurd baxışlı gözləri isə mənalı və diqqətli baxırdı. Cod və azacıq qıvrımtəhər saçlarını sol tərəfdən yana ayırmış­dı. Əynindəki qara dəri gödəkçənin yaxasını maşına əyləşəndə aç­mışdı.Geyindiyi bədəninə yaxşı oturuşmuş tünd göy vodalaskası sinəsinin əzələ­lə­rini qabarıq bildirirdi. Qara cins şalvar geyinmişdi.
Aya­ğını bir-birinin üzərinə aşırıb, gözlərini açdı. Getdikcə ba­şı­nın ağramağa başladığını hiss etdi. Əlini cibindən çıxarıb boy­­nunu bərk-bərk bir neçə dəfə sıxıb buraxdı, gicgahlarını ov­uş­durdu. Heç keçənə oxşamır deyəsən, gərək dərman alım, – de­yə düşündü.
Bayaqdan susduğu üçün səsi özünə birtəhər gəldi:
– Buralarda yaxında aptek var?
Sürücü söhbətə bəhanə tapıbmış kimi dirçəldi:
– Hə, bir az qabaqda işıqforun yanından dönsək var. Nolub, qardaşoğlu?
Dilxor halda saatına baxdı, ağzıdolusu nəfəs alıb, ordlarını şişirtdi və astaca nəfəsini verdi:
– Başım ağradı.
Sürücü razılıqla başını buladı:
– Bilirdim ki, halında fərq olacaq. Adam heç vaxt olmadığı yerə düşəndə, havasını dəyişəndə həmişə əvvəl nəsə narahatlıq olur. Dedin heç vaxt olmamısan da burda?!
Sergey barmaqlarını çırtlatdı:
– Aptekdə saxla!
Yox, ağrı keçmək bilmirdi. Elə maşındaca həblərdən ikisini quru-quru uddu. Yenə pəncərədən gözünü çəkə bilmədiyi gözəl şə­­hərə baxdı. Amma xəyalında uşaqlığını keçirdiyi Yerevana qayıtdı…
O Ye­revanı sevirdi. Hələ uşaq ikən atası Hakop Xocalını, Şuşa­nı, Zəngilanı, Ağdamı alarkən etdikləri qəhrəmanlıqdan, itir­dik­­ləri əsgərlərdən danışanda həmişə fəxr edirdi. Yadındadı, bir dəfə Ha­kop zirzəmilərində siçan yuvası tapmışdı. Hər iki oğ­­lunu ya­nı­na çağırıb əllərinə biz vermişdi ki, qutuya saldığım si­çan ba­la­la­­rı Azəridir, türkdür. Qanımıza susamış düşməndir. On­ları han­sı­­nız daha ağıllı, daha dəhşətli əzabla öldürsəniz o əsl erməni ba­la­sıdır. Alın görək xalqımızın qisasını…
Qardaşı Akop siçan balasının dərisini diri-diri soyub öldür­dü, başqasının qolunu-qıçını dartıb qopardı… Onda hələ Sergeyin 8 yaşı var­dı, Akopun isə 14 yaşı. Sergeyin əsl adı Teryan idi. Bu adı atası vermişdi ona. Hansısa həlak olmuş əsgər dostunun şərəfinə.
Onda ata­sı Hakop Sergeyə acıqlanmışdı:
– Bax, Teryan, Akop türklərə neyləyir, nə durub baxırsan?
O hələ uşaq ağlı ilə başa düşürdü ki, bunlar sadəcə aciz siçan balalarıdır. Onlara əzab verib öldürmək düzgün sayılmaz. Onsuz da bununla türklərə heç nə olası deyil. Nədənsə heç cür qıymamışdı siçan balalarını qəddarlıqla öldürməyə. Balaca Sergey siçanların başından bir dəfə vurmaqla öl­dür­müşdü onları. Hakop isə yaman hirslənmişdi, ona sillə vurmuşdu:
– Qorxaq! Siçandan qorxursan? Qorxdun dişləyər səni?
Sergey ağlayıb atasının qıçını qucaqlamışdı:
– Ata, axı o türk deyil, siçandır.
Hakop onu itələyib, tüpürmüşdü:
– Tfu, sən erməni deyilsən! Erməninin düşmənə yazığı gəl­məz, heç kimə yazığı gəlməz!
8 yaşlı Sergey yenə atasını qucaqlayıb, ağlayıb and içmişdi:
– Ata, mən daha Akop kimi olacam, əsl erməni olacam. Mən düşmənləri də, siçanları da, hamısını əzabla öldürəcəm. Mənə hirs­lənmə!
Atası Hakop ürəkdən gülərək onun saçlarını qarışdırmışdı:
– Yaxşı, sən əsl erməni olacaqsan, əsl erməni!…
Bunları xatırladıqca üzündə təbəssüm yarandı. İndi sözsüz ata­sı da artıq müəyyən olunmuş ünvana yollanıb. Çünki, bir neçə erməni – hamısı rus soyadı ilə eyni təyyarədə gəlmişdilər. Amma bir-biriləri ilə nə təyyarədə, nə də aeroportda qətiyyən əlaqə saxlamamışdılar.
Sürücü əyləci basdı:
– Bu da sənin ünvanın. Çatdıq.
Maşından düşərək çamadanları da düşürtdü. Arxa qapını bağ­layıb sürücünün alıcı gözlərinə baxdı:
– Nə verəcəm?
Sürücü bir gözünü azacıq qıyıb, o biri qaşını da aşağı saldı:
– Cəmi səkkizcə manat.
Bunu öz ənənələrinə uyğun olaraq, elə tərzdə deyirdi ki, san­­ki yol pulunun yarısından vaz keçib. “Taksi qanunları”-dan xəbəri olmasa da, Sergey bunu duydu və pulu verərkən yal­nız kinayəli təbəssümlə qarşılıq bildirdi.
Səki ilə bir neçə addım gedib, axtardığı zoğalı boyalı darvazanın qar­şısında dayandı. Qapının zəngini iki qısa və bir uzun zəng ol­maq­la üç dəfə çaldı. Bu onların işarəsi idi. Az sonra darvazanın göz­lüyündən kiminsə baxdığını duyub özünü düzəltdi və boğa­zı­nı arıtladı.
Qapını gödək boylu, dolu bədənli və əsasən nəzərəçarpan dərəcədə iri burnu olan bir qadın açdı. Qapını açan kimi də Sergeyin göz­lərinə baxaraq cəld təmiz erməni ləhcəsi ilə ermənicə soruş­du:
– Bulud gəldi?
Sergey özünü itirmədən eyni tonda ermənicə cavab verdi:
– 26-sı yağacaq…
Bu parol haqqında artıq Rusiyada məlumatlandırılmışdı. Ardınca qadın qol­larını açaraq öz tər qoxulu bədənini Sergeyin üstünə yıxdı və rus­ca bərkdən:
– Ahh, oğlum, salamat gəlib çıxdın. – deyib, onun boynuna sarıldı. Bu da əslində içəridəkilərə hər şeyin qaydasında olması haqqında xəbərdarlıq idi. Həm də hər ehtimala qarşı qonşular üçün eşitdirilmiş ifadə… Qadın Sergeyin qolundan tutub içəri çəkərək, qapını içəridən möhkəm bağladı. Sergey qadını süzərək ermənicə soruşdu:
– Deməli, rus xalam sizsiniz?
Qadın işvəkarlıqla dodaqlarını büzüb, onun qolundan bir az da bərk sıxdı və bərkdən güldü:
– Nə xala?.. Xanım!..
Sergey qeyri-iradi birdən-birə bu qadından elə iyrəndi ki…
İçəri girəndə Hakop güldü:
– Afərin, gəldin çıxdın.
Sergey otağa göz gəzdirdi. Çöldən gəldiyi üçün gözləri ota­ğın yarıqaranlığına tam alışmamışdı. Getdikcə ətraf aydınlaşdı. Yol yoldaşları hamısı burada idilər.
“Xalası” olan Zoya adlı ev sahibəsi əvvəldən Bakıda məskunlaşmış ermənilərdən idi. Qa­rı­şıqlıq olan dövrdə yığdıqlarını qoyub gedə bilməmişdi. Həm də Ermənistandan gələn əmrə görə soyadını dəyişib qalmalı idi. Gə­ləcək planlar üçün… İki qızı və azərbaycanlı əri ilə qalmışdı Azərbaycanda. Amma Ermənistanla əlaqəsi hələ lap öncədən var idi.
Zoyanın böyük qızı Nataşa anasına və kiçik bacısına nisbətən fərqlənirdi. Azərbaycanlı ata­sı­na bənzəyirdi bir az. Amma kiçik qız eyniylə anasının cavan­lığı idi.
Nataşa təəccüblə Hakopa tərəf  döndü:
– Hakop, əcəb yaraşıqlı oğlun var, heç sənə oxşamır.
Hakop mənalı tərzdə bığlarının altından qımışdı:
– Xoşuna gəlir? Götür özünə.
Hamı gülüşdü. Hakop stuldan qalxdı:
– Zoyacan, hələ çox gözləyəcəyik? Gedək anbara.
Zoya deyəsən təəccübləndi. Qabarıq gözləri qəribə tərzdə oynatdı:
– Bəs Akop gəlməyəcək?
Sergey atasının qəzəbli baxışını görüb Zoyanı qarşıya ötürdü və fikirli halda onların ardınca getdi…

* * *
Akop Hakopun doğma oğlu idi. Arvadının bundan başqa övladı ol­murdu. Akop 6 yaşa keçəndə, ermənilər Xocalını işğal etdilər. Xoca­lı­dan əsirlərlə qayıdan Hakop Sergeyi də özü ilə gətirmiş və hər kəsə tap­şırmışdı ki, Sergey bunu heç vaxt bilməsin. Ümumiyyətlə, Ser­geyin doğma oğul olmadığını cəmi dörd-beş nəfər ən yaxın adamları bi­lirdi. Hətta Akop da onu doğma qardaşı bilirdi əvvəllər. Hakop həmişə uşaq­ları arasında ayrıseçkilik salsa da, Sergey atasını çox istəyirdi. Ya­dına gəlir ki, bir dəfə özündən beş-altı yaş böyük olan qardaşı Akop­la nə üstündəsə didişmişdi. Hirslənib Akopu bərk əziş­dir­miş­di. Atası xəbər tutanda onu aşağı – həyətə endirib, çılpaq bə­də­ninə qayışla qırmızı zolaqlar çəkmişdi: “Mən evimdə düş­mən saxlayıram, düşmən!” Sergey bu sözdən yanıb-yaxılsa da, hətta on­da belə atasının üzünə qayıtmamışdı. Amma bir il öncə Ha­ko­­­pun və anasının ərköyün böyütdükləri, “əsl kişi” adlandır­dıq­la­rı doğma oğul Akop bir rus qızına qoşulub, atasının yalvarışına baxmadan Rusiyanın Yaroslavl şəhərinə çıxıb getmişdi. Onda Hakopun de­diyi sözləri hələ də unuda bilmirdi Sergey. Gözləri ağlamaqdan qı­zarıb, şişmiş Hakop aciz görkəm alaraq yalvarırdı:
– Akop, Akop, məni düşmən ümidinə qoyub gedirsən? Akop…
Qüruruna toxunmuşdu, amma susmuşdu. Qardaşı ailəni atıb ge­dəndən sonra Sergey ata-anasına daha da yaxşı qulluq edir, söz­lərindən çıxmırdı. Hərdən həyətə düşüb odun yaranda, baş­qa işlər edəndə, xüsusən də Hakopu əlini ağdan-qaraya vur­mağa qoymayanda atasının kənardan xeyli müddət ona ba­xa­raq fikrə getdiyini dəfələrlə görmüşdü. Amma bunu qar­da­şı­nın gedişi ilə əlaqələndirib, atasının halına çox acımışdı. Bu baxışlarda kin­qa­rışıq təəssüf, qəzəb, çətin yol ayrıcı var idi sanki…

* * *
Sergey anbarın qapısını yaxşıca bağlayıb, onların ardınca öz ye­rini aldı. Hakop üzünü oturanlara tutdu:
– Hərə öz tapşırığını bilir. – o təmiz ermənicə danışırdı. – Fev­ralın 26-sı Xocalı faciəsinə ucaltdıqları abidənin qarşısında anım mərasimi keçiriləcək. Gələnlər həmişəki kimi çox olacaq. Belə qarışıqlıqdan istifadə etmək daha təhlükə­sizdir. Movses, Zoya, sizə abidəyə gedən metro qatarları tap­şırılıb. Bir daha diqqətli olun, onlar qazdan ayıqdırlar, – kinli baxışlarını əyləşənlərin üzərində gəzdirdi – çox ayıqdırlar! İran və­ziy­yəti öyrənməyə çox kömək edib bizə. Bu farslarda elə din pərdə­si var ki, təxribata da, kəşfiyyata da din adı altında gedirlər. – ra­zılıqla güldü – Qoy müsəlmanlar qırsınlar biri-birilərini. Yer­də qalanlar da bizim payımız…
Siqaret alışdırıb qalın dodaqlarına yaxınlaşdırdı. Dodaq­ları arasından görünən saralmış və seyrək dişləri, qalın bığla­rın­dan sarmaşıb çıxan bulanıq tüstü ona iyrənc görünüş verirdi.
Siqareti sümürüb, külünü dırnağı ilə çırtmaladı:
– İran kəşfiyyatının məlumatına görə, Azərbaycan MTN­-ni çox güclü işləyir. Bütün orqanlarda təcrübəli, ayıq-sa­yıq adam­lar xidmət edirlər. Bu planı bir ildir hazırlamışıq. Adam­ların hazır­laşdırılması, sənədləşdirmə, hamısı 5 ilə yaxındır. Ge­­riyə boş qa­yıt­maq yoxdur! Sərkisyan bizi heç vaxt bağışla­maz. Bunu dəqiq bilirəm. Odur ki, hərə öz işinə başı ilə cavab­deh­dir.
Zoya yerində qurcuxdu:
– Hər şey əla olacaq, bilirəm. Onsuz da kütlənin içində axta­rış aparmaq olmur. Bu yara heç sağalmayacaq. Eybi yox, buna da bir abidə tikərlər… – istehzayla güldü.
Zoyanın böyük qızı Nataşa Akopla yaşıd idi. 26 yaşı vardı. Özü də rayondan gələn evli bir oğlanı “qırasına” keçirmişdi. Hələ bu azmış kimi, 3 il yanında saxlayıb malını, pulunu göyə so­vur­muşdu. Hətta şəhərdəki evini də satdırıb, özünü də quru-boş göndərmişdi rayona. Üç il bir kişini öz qadınından, körpə­sin­dən məhrum edib, bir ailəni bədbəxt etmişdi.
Heç indi də dinc dayanmırdı. Yaraşığından istifadə edib, xü­su­sən də bölgələrdən gələnlərə “hücuma” keçirdi. Ağıllılara bata bil­məsə də, sadəlövhləri tez yoldan çıxarırdı.
Amma Sergey bu evə gəldiyi andan gözlərini ondan çək­mir, başına fır-fır fırlanırdı. Elə indi də stulunu çəkib düz yanında əyləşdi. Özündən hündür olan oğlanın üzünə baxıb qaşlarını oynatdı. Sağ qolunu guya zarafatyana onun boynuna keçirdi:
– Yaman yaraşıqlısan ha… Olar səni ayın 26-sına kimi oğurlayım? – bərk­dən güldü. Güldükcə uzun ağ dişlərinin lap dibi göründü.
Sergeyin qadınların ona girişməsindən əsla xoşu gəlmirdi. Heç bilmirdi niyə. Axı Ermənistanda olarkən, hətta anasının yanında belə atası Hakop qadınlarla açıq-saçıq davranırdı. Elə­cə də qardaşı Akop. Bir dəfə əmisi qızı ilə evdən axşam çıxıb, səhər qa­yıtmışdılar… Bu onun vətənində normal bir şey idi. Atası Ha­kop da vaxtilə anasıyla belə evlənmişdi – üç il birlikdə yaşa­dıq­dan sonra. Amma, Sergey eşitmişdi ki, müsəlmanlarda, türklər­də bakirlik, bakirəlik böyük məna daşıyır. Doğrusu, hərdən bu ona maraqlı gəlirdi. Onlarda görəsən niyə belədir? Amma bir onu bilirdi ki, bu onun xalqının ənənələrindən qat-qat yax­şı­dır. Belə fikirlərdən sonra isə özünü günahkar kimi hiss edirdi. Sanki, bu fikirləri ilə vətəninə xəyanət etmişdi…
Elə indi də Nataşanın özünü ona “yapışdırması” onda ikrah hissi yaradırdı.
Hakop Nataşaya irişdi:
– Nataşıçka, Sergeylə sən ora sevgili cütlük kimi gedəcəksiniz. Belə olsa diqqət çəkməyəcəksiniz. – üzünü yanında əyləşmiş, saçları tamam tökülmüş erməniyə tutdu –  Movses, metro əməliyya­tı­na görə sən cavabdehsən. Abovyanla Yeramyan biri-birilə da­la­şıb səs-küy, qarışıqlıq salacaqlar. Mütləq girişdəki bütün polislərin diq­qətini cəlb etməlisiniz. Bu vaxt Zoya axsayaraq qoca qadın qi­yafəsində çantasındakı partlayıcını keçirməlidir. Zoya, çalış ən çox sıxlıq olan vaqona daxil ol… Movses, çıxışda Zoyanı gö­rən kimi bultun düyməsini işə sal. Eyni vaxtda Nataşa da sıx­lıqda bir bəhanə ilə partlayıcı bərkidilmiş qalın kürkünü han­sısa bir oğlandan saxlamağı xahiş edəcək. Sergey də Nataşanın uzaq­laşmağına şərait yaratmaq üçün həmin oğlanla problem yaradacaq və tez də oradan uzaqlaşacaq. Nataşa Sergeyi gö­rən kimi partlayıcını işə salacaq…
Yadınızda saxlayın, yalnız cəld və diqqət çəkmədən hərə­kət! Səhv edən özü öləcək, geriyə şansımız yoxdur!
Movses başı ilə Hakopun sözlərini təsdiqlədi. Nataşa da gü­lüm­səyib Sergeyə göz vurdu. Zoya isə yenidən coşdu:
– Yox, hələ Zoyanı yaxşı tanımırsınız, mən öz işimi təmiz gö­rəcəm. Hamı bu “qoca qarının” şücaətinə mat qalacaq!
Hakop əlini onun kürəyinə vurdu:
– Heç qocaya oxşamadın… – bərkdən güldü.

* * *
Ermənilərin Azərbaycanda törətdikləri – təkcə türklərə qarşı de­­­yil, bütün insanlığa qarşı olan bu dəhşətin 19-cu ildönümünə cə­mi 2 gün qalmışdı…
Siyasi mübarizələrdə Ermənistan Azər­bay­­­­­­canı üstələyə bilmirdi. Heç bir sahədə! Azərbaycanlılar hətta şahmatda er­mə­­­niləri mat edir, futbolda məğlub edir, güləşdə həmişəki kimi kü­rək­­­­­lərini yerə vururdular. Əlbəttə, məlum məsələ idi. Ermənilər yal­­­nız silah gücü ilə, siyasi və hərbi dayaq almaqla dinc əhalini qır­­­mağı bacarırdılar. Təkbətək döyüşdə isə həmişə rəzilcəsinə mə­ğ­­­­lub olurdular. Buna görə də həmişə arxadan zərbə vurmağa çalışırdılar. Azərbaycanda və ümumən türk dünyasında “er­­­­­məni” sözü “oğru” sözünün əsl sinoniminə çevrilmişdi. Doğ­­­­­­­­­­­­ru­dan da gülünc oğrular idi…
Azərbaycana bata bilmədiklərini görüb mu­­­­­­­­­­­­­si­­­­­qisini, adlarını, hətta yazıçılarını belə öz adlarına yaz­maq­­­­­­­la guya qisas alırdılar… Lakin indi vaxtilə törətdiklərindən hətta 19 il keçsə  belə rəzilliklərinə yenə davam edirdilər.
Həmişə Sergeyin atası Hakop fəxrlə Xocalı faciəsinin əsas təş­­­­kilatçılarından olan Serj Sərkisyandan, Robert Köçəryandan, Zo­­­lıy Balayandan, Seyran Ohanyandan, onların əməliyyat­la­rın­dan danışırdı. İndi də düz 19 il sonra qan içməyi qarşısına məqsəd qoyan Serj Sərkisyan yeni əməliyyat planı qurmuşdu. Düz beş il idi ki, bu plana cid­­­di hazırlıq gedirdi. Rus vətəndaşlığına keçmiş ermə­nilərin sə­­­­­nədləşdirmə işlərini tam qüsursuz hazırlamış­dılar. Ar­tıq Xo­ca­­­­­lı faciəsində, işğallarda böyük rol oynayan ermə­nilər – Ha­kop, Movses, Yeramyan, Abovyan və Hakopun er­mə­­ni­ləş­dir­di­yi Sergey çətin təlimlərdən sonra qırğın – terror üçün Ba­kı­ya göndərilmişdi. Ermənistan mərkəzi vaxtilə adlarını dəyişib Azər­bay­can­­­­­da qalan bəzi ermənilərlə hələ də əlaqə saxlayırdı. Bu dəfə Zo­­ya adlı erməni qadın bu əməliyyatın Azərbaycandakı işti­rak­çı­­­­­sı idi. Əməliyyatda iştirakı şəxsən özü istəmişdi.
Hakop Zoyanın evində təlimatları versə də, özünün, Yeram­yan, Abovyan və Zoyanın kiçik qızının iştirak edəcəyi ikinci əməliy­ya­tın planını açıqlamadı. Hamının bildiyi yalnız o idi ki, bu Novruz bayra­mın­da olmalıdır.
Sergey və Movses çıxıb əməliyyat aparacaqları ərazini şübhə y­aratmadan tamamilə nəzərdən keçirməli idilər.
Sergey yerindən qalxdı:
– Daha sözün yoxdursa mən gedim.
Hakop hökmlü səslə əmr etdi:
– Problem yaratmadan!
Sergey razılıqla başını tərpədib, qapıdan çıxdı.
Hakop Sergeyin arxasınca sivişib çölə çıxmaq istəyən Nataşanı səslədi:
– Sən getmə hələ, sözüm var.
Əlindəki siqareti yerə atıb tapdaladı, otaqdakıları ötəri süzdü:
– Movseslə Abovyan bilir, qalanınız da bilin! Sergey mə­nim oğlum yox, Azəri türküdür, türk balasıdır…
Zoya heyrətdən qabarıq gözlərini bir az da qabartdı:
– Nəəə?
Hamısı çox heyrətlənmişdilər. Nataşa lap çaşıb qaldı:
– Hakop, nə danışırsan? Bu necə olur?
Hakopun gözləri bir vaxt Xocalıda olarkən parladığı kimi par­ladı:
– O vaxt Xocalıda öldürdü anası özünü. Çox gözəl qadın idi. Onu saxlayacaqdım. Əzab verə-verə, zülm verə-verə. Gözəl­li­yin­dən həzz alacaqdım. Amma süründürəcəkdim. Çünki, çox gö­zəl idi. Onun günahı o idi ki, erməni olaraq doğulmamışdı. Düş­mənimə vurulmuşdum. Ancaq öldürdü özünü. Mən də gö­zəl sifətini tapdaladım, dağıtdım, təpiklədim. Sergeyin nənəsini də əsir götürdük. Cavan idi, canısulu idi… Amma hələ də məni gö­rən­də “İsmayılımı sən öldürdün!” deyib, qar­ğış edir. Baxıb gülürük. Xəbəri də yoxdu ki, həmişə yanımda gör­dü­yü oğlan elə öz nəvəsidir. – qəhqəhə çəkdi – Hə, Xocalını alanda  Sergeyi be­şik­də tapmışdım. Ağlayırdı. Amma öldürmək üçün xəncəri çə­kən­də ağlamadı. Əsəbdən dəli olurdum. İstəyirdim ağlada-ağ­la­da öldürüm, ağlasınlar, yalvarsınlar, bu mənə həzz verirdi. Am­ma ağlamadı. Gözlərinə baxdım, heç nədən narahat olmadan, ağ­layıb anasını çağırmadan düz gözlərimə baxırdı, – hirslə yum­ruğunu stola çırpdı – lənətə gəlsin bütün türkləri. Hamısı qırılmalıdır! Hələ də onu görəndə elə bil içimi kəsib-doğ­ra­yır­lar. Mən onda qorxdum o uşaqdan, hə, görüm lənətə gəlsin! Qorx­dum! Elə bildim xəncər mənim yox, onun əlindədir, ona görə belə gözünü qırpmadan baxır. Onda bir şeyi başa düşdüm. Türkün sonuna türk çıxa bilər, yalnız türk!
Yenə bir siqaret yandırdı. Sükuta dalıb ona baxan həmyerlilərinə ötəri nəzər saldı:
– İsraillilər çox hiyləgərdilər. Bilirsiniz niyə istədiklərinə tez çatırlar? Türkü türkə, müsəlmanı müsəlmana qırdırırlar çünki. Axırda da yolları təmiz olur. Keçən toplantıda bunu Serj Sər­kis­yan yaxşı anlatdı bizə. Dedi ki, əgər Türkiyə-Azərbaycan qarşı­dur­ması yarada bilsək, araya düşmənçilik sala bilsək, heç bizə ehti­yac qalmayacaq… Bunun doğruluğunu hələ o körpənin gözünə baxanda ba­şa düşmüşdüm. Onu götürəndə Abovyan dedi ki, öldürüm, razı olmadım amma. Bax bu gün üçün. Abovyan, ayın 26-sı sənə borcumu qaytarıram.
Zoya boynunu qaşıdı:
– Bəs sonra neyləyəcəksən?
Hakop qalın dodaqlarını yaladı:
– Hm, Nataşanı ona görə saxladım, sizin əməliyyatın sonu ba­yaq dediyim kimi olmayacaq. Sergey oğlanın başını qarış­dı­rar­kən, sən uzaqlaşan kimi Sergeyi gözləmədən bombanı işə sa­lacaqsan…
Movses etiraz etdi:
– Hakop, dəli olmusan? Bu əməliyyat nədir ki? O ən çətinin də öhdəsindən gələr. İndiyə kimi çox yaxşı təlimatlandırılıb, əvəz­edil­məz kəşfiyyatçıdır.
Zoya təsdiqlədi:
– Movses düz deyir.
Bayaqdan susub dayanan Abovyan Hakopa baxdı:
– Bəs Sərkisyan nə deyəcək?
Hakop əsəbləşdi:
– Sərkisyana xəbər verəcəm ki, Sergey oradan uzaqlaşa bil­mə­diyi üçün həlak olub. Elə bilirsiniz mənim ürə­­yimcədir, hə? Onun qüvvəsinə mən bələdəm. O çox şeyə qa­­dirdir. Aslan kimi döyüşür, çox ağıllıdır, iti fikirləşir. Anında qərar verə bilir. Amma onu bu gün məhv etməsəm, sabah mütləq itirəcəm. Buna əmi­nəm. Heç bilirsiniz o mənə hörmət etdikdə, sözümdən çıxmayanda, hələ məni ata çağıranda elə bilirəm söyür məni. Düş­mənimə evimdə çörək verirəm, su verirəm, yataq verirəm. Düş­mənim mənə ata deyir. Alçaq türklər! Hamısına, nif­rət edirəm, hamısına!
Ayağa qalxıb gəzişməyə başladı:
– Öncə elə bilirdim tamamilə erməni kimi böyüyəcək əclaf! Am­ma xeyri yoxdur, qanı türk qanı, südü türk südü, laylası türk laylası olub! Bu Azəri türklərində layla böyük əhəmiyyət  daşıyır. Bunu həmişə mənasız sayırdım. Amma bir dəfə əsrlər sax­lanan tövlənin qapısındakı dəlikdən içəri necə baxdığını gör­düm Sergeyin. 15 yaşı olardı onda. Xəlvət yaxınlaşdım. Gördüm ki, içəridə bir əsir qadın bayatı deyirdi. Sergey elə heyranlıqla, elə həs­sas­lıq­­la qulaq asırdı ki, hələ onun çağırmağımdan da xəbəri olma­dı. Sonra, – azacıq fasilə verdi –  qadının dilini kəsib Sergeyin əli ilə qadının özünə yedirt­dim. Sergey özünü o yerə qoymasa da, gördüm narazı qalıb. Onda ba­şa düşdüm ki, erməni kimi yaşaya bilər, amma erməni heç vaxt olmaz!
Nataşa bayaqdan dinməz dayanmışdı. Onun hələ ilk görüş­dən Sergeydən çox xoşu gəlmişdi. Başqalarına qarşı olduğu ki­mi yox, sözün əsl mənasında xoşlamışdı bu mərd baxışlı oğ­la­nı. Onunla ciddi münasibət qurub uzaqlara getməyi plan­laş­dırmışdı artıq xəyalında. Amma… Amma Hakop onun bütün xə­­­yallarını alt-üst etdi. Bu necə ola bilərdi axı? Hakopu xeyli vaxt vardı ta­nıyırdı. O, buradakı vəziyyəti öyrənmək üçün rus pasportu ilə də­fələrlə gəlmişdi. Hələ Akopu da gətirmişdi bir dəfə. Amma onun başqa oğ­lu­nun olduğundan da xəbərdar idi Nataşa. Hakopun Zoya ilə xüsusi müna­si­bə­tinin olmasına baxmayaraq, hətta onun özündən 30-35 yaş ki­çik qızlarını da əldən vermək istəmirdi… Sözün düzü ürəyin­də bu adamdan qəti xoşu gəlmirdi. İndi də olanları eşidib ta­mam məyus olmuşdu. Kefsiz halda etiraz etdi:
– Amma bir az da istifadə etmək olar axı. Hələ onun…
Hakop qışqırdı:
– Kəs səsini! Mənə ağıl öyrətmə! Görmürəm guya, o gələn­dən əriyib muma dönmüsən. Məqsədimiz də çıxıb yadından.
Zoya tez aranı sakitləşdirməyə çalışdı:
– Hakop, əzizim, elə o da bizim işimiz üçün deyirdi. Amma sən necə deyirsən elə də olsun. – yaltaqlıqla güldü.
Hakop qaş-qabaqla Zoyanı süzüb, qıza yaxınlaşdı. Onun zərif çənəsini kobud ovcuna alıb yuxarı dartdı:
– Gözəlim mənim, indiyə kimi az türk oğlu görməmisən ki… Bu da iki gün ixtiyarındadır, sonrası mənlikdir! – Əlindəki siqaret kö­tüyünü yerə tullayıb anbardan çıxdı.
Nataşa onun ardınca nifrətlə qapıya tərəf baxırdı…

* * *
Sergey darvazadan çıxıb bir neçə dəqiqə dayandı. Hava so­yuq olsa da əsən külək ona xoş gəldi. Burnunda hələ də bayaq­dan oturduğu anbarın rütubətli və kif qoxan havası qalmışdı. İndi isə külək əsdikcə dərindən bir neçə dəfə nəfəs aldı. Gödək­çə­sinin boynunu qaldırıb boğazını bükmələdi. Kobudlaşmış əl­lə­rini cibinə salıb tələsmədən səki ilə addımlamağa başladı. Yenə sərt baxışları ilə bu gözəl, yaraşıqlı, qaynar, maraqlı və eyni zamanda düşmən olan şəhərə baxırdı…
Hakop həmişə ona və qardaşına ermənilərin keçmişindən da­nı­şırdı. Deyirdi ki, onların “böyük Ermənistan” yaratmaq istəyini hə­mi­şə türklər boğublar. Ruslar, farslar onlara qahmar çıx­sa da, yenə türklər birləşiblər, torpaqları üçün qan da­vasına çıxıblar.  Hakop bir də 1918-ci ildə ermənilərin bütün Azər­baycanda törətdiklərindən danışırdı. Bu söhbətlərdə Serge­yi həmişə təəccübləndirən və etiraf etmək istəməsə belə maraq­lan­dıran Azərbaycan qadınlarının əllərinə silah alıb, igidlərlə birgə dö­­yüş­məsi idi. Hələ tarix müəllimi Nerses də bir dəfə danışmışdı ki, keçmişdə türk qadınları müharibələrdə başlarına dəbilqə taxar, hörüklərini kəsib kəndir toxuyar, qorxmadan vuruşardı­la­r­. Aslanın erkəyi, dişisi olmaz deyimi də məhz türklərdə yaranmış, qadınları haqqında deyilmişdir, deyirdi…
Öz-özünə qaşları çatıldı, sən bir bu türklərdə cəsarətə bax. Gör ha! Bir anlığa həmin qadınları öz erməni qadınları ilə müqayisə etməyə çalışdı. Yox, yenə öz qadınlarını döyüşən vəziyyətdə təsəvvürünə gətirə bilmədi. Deyirlər Azə­ri, türk qadınları iradəli olurlar. Buna artıq özü də inan­mış­dı.
Yenə uşaqlıq illərində ilişib qalmış xatirələr yadına düşdü… Ha­kop Xocalı əsirlərinin içərisində bir qız tapmışdı. Çox gözəl qız idi. İri, qəşəng gözləri, dalğalı saçları vardı. Hakopun onda ya­man xoşuna gəlmişdi bu qız. Evinə gətirsə də istəyinə nail ola bilmə­miş­di. O istəyirdi ki, əsirləri ona özləri tabe olsun. Həmişə kimisə incidib, alçaltmaqdan zövq almışdı Hakop. Onsuz da on­un əsiri idi. Qoy əzab çəksin, yalvarsın, ruhən məğlub olsun. Bundan böyük həzz alırdı.
Qızın əsir düşdüyündən 8 il keçmişdi. Olma­zın əzablara məruz qalıb, əldən-ələ keçib, rənginin solmasına baxmayaraq, yenə də çox gözəl idi. Elə Hakopun da murdar nəfsini özünə bu çək­mişdi. Onda Sergeyin 10, Akopun isə 16 yaşı vardı. Akop da əzazillikdə atasına oxşamışdı. Həmişə mərdimazar işlər edir, hələ bununla fəxr də edirdi. Sergey isə istəsə də onun kimi ola bilmirdi. Başa düşürdü ki, atasının Akopu daha üstün tut­ma­sının səbəbi yalnız budur…
Akopun qızı necə döydüyü indi də yadındadır. Anası Hakopdan qorx­­duğu üçün qıza uşaqların vasitəsilə zərər vermək istəyirdi. Akop çərçivə taxtası ilə onun qolunu, qıçını, bədənini gömgöy etmişdi. Hakop evə gələndə isə arvadının bu işdə əli olduğunu bilsə də, boy­nuna qoya bilməmişdi. Sonra, qəribədir ki, hə­qiqəti məhz Sergeydən  öyrənmək istəmişdi. Amma Sergey atasına xoş gəlmək naminə nə Akopu, nə də anasını satmamışdı. Ağzının qanını silib, “anamın xəbəri yoxdur”,  demişdi. Hakopun bir sillə­sin­dən qorxan Akop isə açıb hər şeyi danışmışdı. Yadındadır ki, bunu biləndə Hakop ona yaxınlaşıb yaxasından tutaraq yenə həmişəki nif­rət, kin, təəssüf, peşmanlıq qarışıq baxışıyla baxmışdı ona. Am­ma Sergey də həmişəki kimi gözlərini qaçırmamışdı.
Yenə o qız gəldi gözünün önünə. Adı Nigar idi, Sergeyin gözəl yad­daşı vardı. Hətta Hakop qızı 2 gün ac-susuz sax­lamışdı ki, özü təslim olsun. Amma bu qız. Elə bil daşdan idi. Ni­gar yalnız hərdən qurumuş dodaqlarını dili ilə isladırdı, vəs­sa­lam. Sergey onu yoxlamaq üçün zirzəminin qapısından ba­xan­da bir mənzərə ona çox təsir etmişdi. Qız oturmağa belə ta­qə­ti qalmadığı halda, Allaha səcdə edir və Onunla danışırdı. O vaxt­lar Sergeyə təzə öyrədirdilər Azərbaycan dilini, səbəbini sonralar bildi… Hə, onda o qız Allahla danışırdı. Hətta Sergey qa­pını açıb içəri girəndə belə gözlərini zirzəminin çox kiçik pəncə­rə­sinə dikib, dodaqları altda nəsə pıçıldayırdı. Sergey nə qədər diq­qət kəsilsə də başa düşmürdü onun sözlərini. Qızın zərif və rən­gi qaçsa da gözəl dodaqlarında incə bir təbəssüm vardı…
Sonra Akop bir stəkan su gətirib qızın yanına qoymuşdu:
– Al, zəhərlən! Axşam atam özü gəlib danışacaq səninlə…
Qız qəfildən onlara tərəf dönüb ucadan qəhqəhə çəkmişdi. Ako­pun 16 yaşı olsa da, qorxub Sergeyə tərəf çəkilmişdi. “De­yə­sən dəli olub” deyib, qaçıb çıxmışdı zirzəmidən. Qız isə yenə gülürdü. Bu gülüş Sergeyi cəsarətsizləşdirmiş, süstləşdirmişdi. Elə bil qız indi böyüyüb dağ boyda olmuş və bu gülüşlə onları əzməyə başlayırdı. Onlar isə qızın qarşısında kiçilib qarışqaya dönmüşdü. Çox sarsılmışdı Sergey, hətta yarıqaranlıq bu zirzəmi də ona vahiməli gəl­­mişdi. Tez də çölə çıxıb qapını bağlamışdı.
Axşam isə atası Ha­kop bu cəsur Azəri qızının ölüsünü tapmışdı. Stəkanın şüşəsilə dama­rı­nı kəsmiş, özünə qəsd etmişdi. Sergey istəməsə belə ona ürəkdən acımışdı. Həm də heyran olmuşdu bu cəsarətə…
Bu gün isə küçə ilə irəlilədikcə qaynaşan insan selinə baxır, hirsin­dən dodağını gəmirirdi. Çünki, Akop kimi, atası kimi, Abov­yan, Yeramyan, Zoya, Movses kimi nifrət elə bilmirdi bunlara. Heç özü də anlamırdı ki, nəyə görə bu xalqın içində özünü bu qə­dər sərbəst hiss edir.
Bir az da gedib, qarşıdakı üç kişiyə yaxınlaşdı:
– Salam.
– Əleykum-salam. – Onu maraqla süzən kişilər salamını aldılar.
– Bəlkə bilərsiniz, Xocalı abidəsinin yanına hansı avtobusla gedə bilərəm?
Başlarını buladılar. Dolu bir kişi günahkarcasına çiynini çəkdi:
– Vallah dəqiq bilmirəm, amma məncə 30 nömrə o tərəflərə getməlidir.
İçərilərində o birilərinə nisbətən cavan olan çatmaqaş kişi da­yanacağı göstərdi:
– Qardaş, sürücülərdən soruş, yenə onlar bilməmiş olmazlar.
Başı ilə sağollaşıb dayanacağa tərəf addımladı. Bayaqkı zəif külək indi bir az sərtləşmişdi. Birdən-birə ani üşütmə keçdi bədənindən.
Nəhayət ki, avtobusa qalxdı. Əyləşməyə yer tapmayıb ayaq üstdə dayandı. Nədənsə özünü birtəhər hiss etdi. Avtobusun arxa tə­rə­fində oğlanlı-qızlı bir neçə gənc yırğalana-yırğalana gedən av­to­busa əhəmiyyət vermədən, sərbəst dayanıb han­sısa mövzunu müzakirə edirdilər. Şən halda bir-birinə sual­lar yağdırır, dolaşdırır və şirin-şirin gülürdülər. “Deyəsən tələ­bə­lərdir”, düşündü.  Yenə sıxıldı. Axı niyə bu düşmənlərin si­ma­ları, ləhcələri ona belə yaxın kimi görünür? Elə gözəl danı­şır­lar. O da, bir çox ermənilər də Azərbaycan dilini bilirdi. Am­ma yaxşı bildiyi, sərbəst istifadə etdiyi bu dili heç kəsdən belə şirin­liklə eşitməmişdi. Bu ləhcədə elə yalnız özləri danışa bilərlər. Hər şey, hər səs tanış idi elə bil. Bəlkə hərdən əsirlərdən eşitdiyi üçün?! Yox, yenə beynində hər şey qarışdı. Haradansa lap, lap dərindən səslər gəldi qulağına, qəfil də dayandı…
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Sürücüyə tərəf  baxdı. Sürücü maqnitofonun səsini qaldır­mış­dı:
Gülü qönçə dərməzlər,
Neynim aman, aman sarı gəlin…
Ermənistanı xatırladı yenə… Atası Hakop onu da, qardaşını da əsir düşərgəsinə ap­ar­ardı tez-tez. Atası düşərgədə ağır işdə işləyib, ayağını güclə çəkən əsir qadın­ları bu mahnını oynamağa məcbur edirdi. Oynama­yan­la­rı isə hamının qarşısında soyundurub döyə-döyə, paltarsız oy­na­mağa məcbur edirdi. Bir dəfə taxta sexində işləyən bir gəlin bunu oynamaq istəməyib, Hakopun üzünə tüpürmüşdü. Bərk qəzəblənən Hakop onu soyundurub əlinə keçən taxta parçasıyla o ki var döymüşdü. Amma yenə də bu qadınların dözümü Sergeyi çox heyrətləndirmişdi, yəni bu qadın heç ağrı du­y­u­r­mu?
Gözlərini qan örtmüş Hakop isə mənəviyyata sığmayan hərə­kə­tə qol atmışdı. Qadının başını o qədər təpikləmişdi ki, beyni ye­rə dağılmışdı. Bu səhnəni xatırlayanda o zaman keçirdiyi dəhşətli təəssüratı ye­nə keçirdi və qaş-qabağını tökdü.
O bir dəfə atasına demişdi ki, düşmənlərimizi niyə belə əzabla öldürməliyik?! Olmazmı hamısının alnına bir güllə çaxaq, vəs­sa­lam?
Hakop isə yenə coşmuşdu:
-Qorxaqsan, qorxaq! Erməni belə söz deməz!
Sergey hər dəfə dəyişməyə çalışırdı, amma xarakteri kökün­dən dəyişmək çox çətin idi, çox…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər, sarı gəlin…
Yanında dayandığı oturacaqda əyləşmiş qadın əlini yellədi:
-Gül kimi mahnımızı da oğurlayıb bu kafir ermənilər! Qar­da­şımın oğlu Amerikada oxuyur. Deyir, orada bizim mahnıları er­mə­ni xalq mahnısı adıyla verirlər. Hətta müasir mahnılarımızın da adını dəyişib oğurlayırlar.
Yanındakı qadın kinayə ilə:
-Başqa nə gözləyirdiniz? Onların özlərinə məxsus nələri var ki? Ad­ları oğurluq, mətbəxləri oğurluq, mədəniyyətləri oğurluq, tor­paqları oğurluq… Hansı birini sayım?! Allah lənət etsin görüm onlara!!!
Sergey arxadakı yerlərdən birinin boşaldığını görüb əyləşdi.
Başının ağrısı yenə bir az çoxalmağa başlamışdı. Alnını ovuş­dur­du.
Mənzil başına çatmağa az qalmış, içəri yaşlı bir qadın girdi. Özü­nü idarə edə bilməyəcək qədər taqətsiz olmasa da, hər halda hə­rəkət edən avtobusda ayaq üstə dayanmaq digərlərinə nisbətən ona çətin idi.
Sergeylə bir cərgədə sol tərəfdə əyləşən gənc oğlan cəld aya­ğa qalxıb, yerini yaşlı qadına verdi və əyləşməsinə kömək etdi. Yaşlı qadın gəncin qolunu yüngülcə sıxdı:
-Çox sağ ol, oğlum.
-Buyurun. – oğlan səmimiyyətlə gülümsündü.
Sergey özündən asılı olmadan bu eynəkli, arıq oğlana rəğbətlə baxdı. Gördüyü səh­­nə nə isə ürəyinin dərinliyidə xoş bir şey, xoş nə isə yaratmış­dı. Çünki, belə səhnələrlə nadir hallarda rastlaşmışdı. Nə Ermə­nis­tan­­da, nə də Rusiyada olarkən belə şeylər görmürdü. Hörmət! Qadına hör­mət! Bəli, hörmət idi bu. Gör tanımadığı qadına necə qayğı ilə ya­naş­­dı həmin oğlan. Qadın da necə mehriban idi. Necə xoş, nurlu idi siması.
Ser­gey anasına həmişə hörmət etmişdi, edirdi də. Amma anası nə­dən­sə so­yuq qadın idi. Özü də Sergeyi təəccübləndirən o idi ki, anası sözünə baxmayan, özbaşına Ako­pu daha çox sevirdi. Doğrusu, bu Sergeyi qısqandırırdı çox vaxt. Paxıllıq deyildi bu. Bir övladın ədalətli “sevgi bölgüsü” istəyi idi…
Atası ilə anası mübahisə edəndə də, Akop sözə bax­ma­yan­da da Sergey anasını həmişə müdafiə edirdi. Anasının rəğbətinə səbəb olmasa da…

* * *
Avtobusdan enib əllərini ciblərinə saldı. Yavaş-yavaş irəlilə­mə­yə başladı. Abidənin ətrafında çox da diqqət çəkməməli idi. Hakop qəti xəbərdarlıq etmişdi ki, buradakılar çox ayıqdırlar. Odur ki, ötəri, amma çox diqqətlə ətrafı süzüb, ötüb keçməli oldu. Qayıdacağı ünvan bəlli idi artıq. Ona görə də məqsədsiz olaraq şə­həri gəzməyə başladı.
Qış ayları, üstəlik havanın sərt ol­ma­sına baxmayaraq bu gözəl şəhərdə həyat yenə qaynayırdı. Metronun girişinə çatıb içəri daxil oldu. Kart almaq üçün kassaya ya­xın­laşanda arxadan iki polisin ona tərəf gəldiyini gördü. Bunlar girişdəki nəzarətçilər idi…
Görünür qeyri-bələd, hər şeylə maraqlanan baxışları ilə diq­qət çəkmişdi. Buna görə ürəyində özünü danlayıb, daxilindəki həyəcanı bo­ğaraq geri döndü.
-Sənədlərinizi göstərin! – sərt üzlü polis əməkdaşı dilləndi.
Sergey tələsmədən sağ cibindən sənədləri çıxardı. Buna bax­ma­­yaraq, yenə həyəcanlı idi. Birdən nəyisə səhv etsə, nəyisə kor­­­la­sa… Atası onu bağışlamaz, ümidləri boşa çıxar. Həm də düş­mən­lərinə zərbə vurmamış ifşa olunar. Bundan pisini təsəvvür eləmirdi. Yox, özünü topla­ma­lı­dır.
Mümkün qədər özünü sərbəst tutaraq, arxayın baxışlarla po­lis­lərin sənəd yoxlanışına diqqət yetirməyə başladı.
-Hm, deməli Rusiya vətəndaşısan?
Sergey başını tərpətdi:
-Bəli!
-Bura gəlməkdə məqsədin?
Sergey özünü ələ almışdı artıq:
-Xalamın yanına gəlmişəm. İşlə bağlı.
“Buranın polislərinin ayıqlığına, diqqətcilliyinə, inadına bir bax”, düşündü.
-Xalan harada yaşayır? Hansı işlə məşğul olursan? Burda neçənci dəfədir olursan? – onun üzünə sınayıcı nəzərlərlə baxan polis sualları cəld və çaşdırmaq üçün ard – arda verdi.
Sergey təmkinlə sualları cavablandırdı. Onu bir daha diqqətli baxışlarla nəzərdən keçirib sənədlərini qaytardılar:
-Uğurlar!
-Təşəkkür…
Sergey vaqona daxil olub, ilk gördüyü boş yerdə əyləşdi. Bayaqkı na­rahatlıq ötüb-keçmişdi. Qatarın kobud “musiqisi”ni dinləyə­rək, ətrafına nəzər salmağa başladı. Düz yanında alçaqboy, təx­mi­nən 15-16 yaşlarında bir qız əyləşmişdi. Ətrafdakılara heç fikir belə vermədən nəzərlərini yalnız diqqətlə oxuduğu kitaba dik­mişdi. Oxuduqlarını hətta astadan dodaqaltı pıçıldayırdı da. Sergey kitaba baxdı. “Çox güman ki, ali məktəbə hazırlaşır”, dü­şündü. Qızın əlindəki tarix kitabı idi.
Növbəti dayanacaqda vaqona yenə sərnişinlər doluşdu. Yer­lər hamısı dolmuşdu. Onunla üzbəüz bir gənc qız ayaq üstə dayandı. Əlin­dəki bükməli kardon kağızı düzəltməyə çalışdığı üçün tu­ta­caqdan tutmamışdı. Qatar tərpənəndə az qaldı ki, yıxılsın.
Cəld hərəkətə vərdiş etmiş Sergey anındaca qızın qolundan möhkəm yapışıb, onu yıxılmağa qoymadı və qeyri-iradi qalxıb öz yerini qıza verdi. Hərəkətindən xoş­luq duysa da, sanki atası görə bilərmiş kimi tez də ətrafa boy­landı. Qəribə oldu lap…

* * *
Evə qayıdanda yaman dalğın idi. Hakop gözə dəymirdi, harasa getmişdi görünür. Qalanları da süfrə başına toplaşıb donuz konservası yeyirdilər…
Sergeyin çox güclü hissiyatı vardı. Bayaq içəri girdiyi andan üzə­rin­də nəsə fərqli nəzərlər hiss edirdi. Öncədən hər dəqiqə öz tər qoxan bədəni ilə Sergeyi qucaqlayan Zoya da, onun eyniylə özü­nə bənzəyən kiçik qızı da, qalan digərləri də nədənsə Ser­ge­yə qəribə baxırdılar, nəsə gizləyirmiş kimi. Ən qəribəsi də bu idi ki, özləri istəmədən belə bunu nəzərə çarpdırırdılar. Xüsusən Zoyanın gözlərindəki qəddar, kə­si­ci bir parıltı…
Çox yorulmuşdu. İştahası da yox idi. Salam verib, yarı­qa­ranlıq otağın künc tərəfindəki boş kresloya əyləşdi. Bir anlıq gözlərini yumub, başını geriyə söykədi. Gözlərini bu yarıqaranlıq və bo­ğucu otağa alışdırmaq üçün bir neçə saniyə qapayıb, açdı. Otaqda xoşagəlməz sükut vardı. Bu xoşagəlməzliyi duyub, hamını diqqətlə süzməyə başladı. Bununla nə baş verdiyini bilək istəyirdi. Bayaqkı münasibət tamamilə ərimişdi deyəsən. Hissiyyatına gü­və­nirdi. İndi qarşısında oturan insanların üzlərinə baxanda ona elə gəldi ki, aralarında 1000 illik uçurum var, sanki başqa zamandan gəlib buraya…
Heç kəsin dinmədiyini görüb özü dilləndi:
– Atam hanı?
Qısa sükutdan sonra siqaret tüstülədən Abovyan kinayə­qa­rı­şıq istehzayla dedi:
– Sən ki bilməlisən. Atan hesabat verməyi xoşlamır.
Bilmədi Sergeyə elə gəldi, ya doğrudan belə oldu… Amma Abovyan cavabı xüsusi vurğu ilə dedi. Sergeyin qaşları dü­yünləndi. Ürəyinə şübhələr dolmağa başladı. Yox, deyəsən bu gün polislərlə olan əhvalatdan xəbərdardılar. Ona görə belə dav­ranırlar. Yoxsa ki? Yox, başqa nə ola bilər axı?
Abovyan Hakopun ən çox etibar etdiyi yeganə adam idi. Qəddar, za­lım, gözü doymayan və olduqca şəxsiyyətsiz biri idi. Atasının “sağ əli” olmasına baxmayaraq, Sergey həmişə ona nifrət edir­di. Olduqca acıdil biri olan Abovyan uşaqlıqdan Sergeylə soyuq, kobud dav­ranırdı.
Zoya mətbəxə keçdi və işarə ilə qızlarını arxasınca çağırdı. Ser­geylə Nataşanın baxışları hələ indi toqquşdu. Nədənsə qız mə­yus görünürdü elə bil. Ya bəlkə ona belə gəldi…
Daha heç nə demədi. Uzanıb, dincəlmək istədi. Otağa keçmək üçün ayağa qalxdı. Lakin Abovyanın ki­na­yəli səsi onu dayanmağa məcbur etdi:
– Gəzintin necə keçdi, hm?
Sergey geri dönmədən qapıya sarı addımladı:
– Hesabat verməyi xoşlamıram!…
Abovyan dişini qıcadı:
– Hakopa da?
Əli qapının dəstəyində, dönüb sərt baxdı:
-O atamdır!
Abovyan istehza ilə güldü:
-Həə, deyirəm də… Atasıdır…
Sergey bu dəfə hirsini cilovlaya bilmədi. Sürətlə qayıdıb Abovyanın yaxasından tu­tması ilə ayağa qaldırması bir anda oldu:
-Nə demək istəyirsən? Yaman söz atırsan sən. De, kişi kimi de nə istədiyini?
Abovyan onu qamarlayan güclü əllərdən canını çətinliklə qur­tardı. O da döyüşçü olmuşdu. Ermənistanda xüsusi təyinatlı dəstədə xidmət et­miş­di. İndi də bir kəşfiyyatçı kimi fiziki cəhətdən də hər şeyə tamamilə hazır­lıqlı idi.
Özünə güvənərək, bütün acığını çıxmağa fürsət tapdığı üçün se­vindi. Sergeyi kənara itələyib, üstünə hücum çəkdi. Hətta onları ayır­maq istəyən digər üç erməni, Zoya, qızları da Abovyanın qə­zəb­dən göyərmiş sifətini görüb bir anlıq dayandılar.
Abovyan otağın mərkəzindəki stolu kənara aşırdı, stulları da təpiklə itələyib özü­nə meydan yaratdı. Onun kin dolu gözlərinə baxanda Ser­gey bircə onu anladı ki, Abovyan bu qarşılaşmanı çoxdan gözlə­yir­miş.
Sergey özünü ələ almağa çalışaraq barmağını yellədi:
-Atamı məyus eləmək istəmirəm. Biz tapşırıq dalınca gəl­mişik. Yox, əgər dava istəyirsənsə qayıdanda istəsən səninlə duelə də çıxaram. Ağıllı ol!
Əgər bu sözü dedisə, demək son xəbərdarlıqdır. Sergey bu söz­dən sonrakı səhvlərə əsla güzəştə getmirdi. Elə indi də ona yum­ruq atan Abovyanın zərbəsindən yayınaraq sakit, amma çox zəhmli dedi:
-Abovyan, ağıllı ol!
Amma sözünü bitirməmiş, növbəti yumruq ağzının üstünə endirildi.
Zoya narahatlıqla yalvarmağa başladı:
-Abovyan, canım mənim, sakit ol, Hakop gəlib həll edər.
-Cəhənnəm ol..!
Sergey onun əl çəkmək istəmədiyini görüb, döyüş vəziyyətinə keçdi. Abovyan ona təkrar hü­cum çəkdi. Əlbəyaxa oldular. Abovyanın çoxillik təcrübəsinə, ona dayaq olan rus peşəkarlarının vaxtilə onu lazımınca ha­zırlamasına baxmayaraq, yenə bu türk oğluyla bacar­ma­ya­ca­ğı­nı hiss edirdi. Gəncin zərbələri çox qüvvətli idi.
Sergey cəld hərəkətlə ona yumruq atan Abovyanın sağ əlindən tutub, dirsəyi ilə sinəsindən möhkəm vurdu. Zərbəyə dözməyən Abovyan xı­rıl­dayıb gerilədi və divara dəydi.
Bu dəfə Zoya hiddətlə Sergeyin üstünə atılıb ona sillə vu­ra­raq söyməyə başladı. Amma Abovyanın gözləri daha da qız­mış­dı. Artıq həyata keçirməli olduqları əməliyyatın sonunu belə düşünmədən, həmişə üstündə gəzdirdiyi bıçağı açdı.
Bayaqdan bəri gərginlikdən nə edəcəyini bilməyən Nataşa bu dəfə özünü araya atdı:
-Abovyan, bəsdir! Dəli olmusan?
Abovyan hiddətlə çığırdı:
-Sən rədd ol kənara!
Nataşa inadla onu qarşısını kəsdi:
-Bəsdirin! Özünə gəl Abovyan!
Bərk hirslənmiş Sergey kəskin səslə əmr etdi:
-Nataşa, qarışma!
Abovyan inadla qarşısını kəsən Nataşanın qolundan tutub kənara itələdi.
Sergey onu saxlamaq üçün atılsa da gec oldu, Nataşa yerə  aşmış masaya dəydi. Sergeyin yayınmağından istifadə edən Abovyan bıçaqla onun üstünə atıldı. Sergey zərbədən qaçıb, cəld hə­rə­kət­lə Abovyanın bıçaq olan əlindən tutdu, dirsəyini onun qo­lu­na keçirib, elə fəndlə burdu ki, ağrıdan bağıran Abovyanın fər­ya­dına qulaq asıb buraxmasaydı, biləyini sındıracaqdı. Yerə dü­şən bıçağa doğru əyilən Abovyanın yaxasından tutaraq, üzünə kəllə ilə möhkəm zərbə vurdu. Elə bu vaxt Hakop özünü içəri atdı. Er­mənicə çox pis söyüş söyərək, Sergeyə bütün gücü ilə sillə vurdu. Sonra zərbədən burnundan qan açılan Abovyanın üstünə bağırdı:
-Nə fikirləşirsən, hə? Bilmirsən ki, bu əməliyyata görə Sər­kis­yana başımızla cavabdehik? Bilmirsən ki, səhv olsa kü­lü­müzü göyə sovurarlar? Axmağın biri! Gizli müşavirətdə son sözünü şəx­sən özümüzə demişdi. Siz də burada səs-küy salıb, qonşuların diq­qə­tini çəkirsiniz. Görüm sizi …!
Zoya isə dil-boğaza qoymadan elə hey bütün günahın Ser­gey­də olduğunu deyirdi. Hakop yumruğunu düyünləyib Ser­geyə tərəf gəldi. Amma sakitliklə gözlərinə baxan Sergeyə ça­tan­da fikrə getdi… Əlbəttə, Hakop ən vacib məqamda, terrora lap az qal­mış ən kiçik ehtiyatsızlıqdan belə çəkinirdi. Son məqamda Ser­geyi şübhələndirmək, qəzəbləndirmək istəmirdi. Baxışları Sergeyin mə­na­lı baxışları ilə toqquşanda özünü itirən kimi oldu:
-Rədd ol gözümün qabağından!
Hakop arxaya dönəndə Nataşanın alnındakı sıyrığı görüb, yumruğunu qapıya vurdu:
-Nolub burda, hə? Canınızdan bezmisiniz, nədir? Yoxsa ki, Sərkisyanı tanımırsınız? Bilmirsiniz ki, hamımızın tale­yi bu əməliyyatdan asılıdır? Kiçik bir səhv olsa, bu işin üstü açılsa, sifarişçinin kimlər olduğu bilinsə heç birimiz sa­la­mat qayıtmayacağıq! – boğazı qıcıqlandığı üçün xırıltılı öskürdü. –  Baxın, axırıncı dəfə deyirəm, bu bizim yeganə şans­ımızdır. İki yol  var: ya dinc olub, əməliyyatı qüsursuz qur­tarıb sağ qayıtmaq… ya da qayıtmamaq! Özünüz seçin…
Qarşısındakı Movsesi yolundan itələyib, mətbəxə keçdi:
-Zoya! Mən acam…

* * *
Yorulmuşdu. Yenə iki gün davamlı olaraq çıxıb şəhəri gəzmişdi.
Bu şəhərə, bu insanlara, bu dilə, bu ləhcəyə gizlincə pərəstişi yaranmışdı artıq, bunu hiss edirdi. Şəhərə ilk gəldiyi gündən nifrəti ərimişdi elə bil. Buradakı insanların kübarlığı, bir-birilərinə məhəbbəti, mər­həməti, birliyi… Onu doğrudan da valeh etmişdi.
Vətəni Ermənistanda müna­si­bət, ünsiyyət belə deyildi. Hamı öz hayındadır orada. Bura isə tam fərqli. Və dərk edirdi ki, burada çox şey – sayılmayacaq qədər çox şey indiyədək gördüklərindən qat-qat yaxşıdır. Eləcə də insanları. Hakopun təsvir etdiyi vəhşi­lik­lə­ri edəcək kimi yırtıcı deyillər…
Sergeyin hələ 16-17 yaşı olanda, əsirlikdən qayıtmış bir ermənini çox sor­­ğu-suala tutmuşdu. Sərhəddə dəyişdirilib vətəninə qayıdan erməni əsir isə danışmışdı ki, orada onu incitməyiblər. Amma te­­le­vi­zi­ya kanallarına, qəzetlərə verdiyi məlumatlarda azərbaycanlıların adından olmazın əza­b­lar qu­raşdırmışdı.  Özünkülərə danışdıqlarından tam fərq­li olaraq…
O, Sergeyə danışmışdı ki, “orada əsirlərə nə işgəncə verir, nə də ac, susuz saxlayırdılar”.
Həmin erməni vaxtilə Xocalıda yaşamış, amma sonradan başqa ermənilərlə birlikdə rus ordusuna qoşu­la­raq, qonşuluqda yaşadığı insanları qırmağa qol atanlardan idi. Danışırdı ki, “Məni ayrı kamerada saxla­yır­dı­lar. İndiyədək heç bir işgəncə ilə rastlaşmamışam. Am­ma bir dəfə yeni gələn gənc zabit Xocalı qırğınında iştirak etdiyimi biləndə, silahını yerə atdı, məni təkbətək döyüşə ça­ğırdı. Elə hirslənmişdi ki, qanuna qarşı çıxmışdı. Dedi ki, “Kim qalib gəlsə qeyri-şərtsiz o birinin başını kəsəcək. Görək üz-üzə, kişi kimi döyüşdə hünəriniz nədir?”
Onun gözlərinə baxanda qorxdum. Halsızlığımı bəhanə gəti­rib yayındım. Kinli-kinli gülüb üzümə tüpürdü.  “Sizin kimi qor­xaq, arxadan vuran olsaydıq, əsirliyindən istifadə edərdik. Amma biz erməni deyilik!…” deyib getdi. Onda and iç­dim ki, əsirlikdən qayıdan kimi o sözlərin əvəzini çıxacam, bü­tün heyifimi çıxacam sizin əsirlərdən!…
Bu söhbəti eşidəndə Sergeyin 16-17 yaşı olsa da, heyran qal­­­­­mışdı heç vaxt görmədiyi, tanımadığı o gənc zabitə. Ürəyinin gizlin bir guşəsində hör­mə­ti yaranmışdı. O vaxtdan həmişə bütün Azəri, türk oğul­la­rını heç vaxt görmədiyi həmin gənc zabitə bənzədirdi…

* * *
Bu gün Bakıda qaldığı, gəldiyi günlə birlikdə üç gün olacaqdı. Üç günə tanıdığı bu şəhər ona çox şey anlatmışdı. Yox, bu tamam başqa bir sehir idi. O lap uşaqlıqdan elə bil bu şirin ləh­cənin, musiqili dilin, mehriban insanların içində olmuş­du. Hər dəfə bu səsləri eşidəndə elə bil beyni qarışırdı, dərin­dən, lap dərindən hansısa xatirələr canlanmaq istəyirdi, amma can­lana bilmirdi. Çox dərində idi, çox…
Axı azərbaycanlı əsirlər Ermənistanda var idi, onların da da­nı­­şığını eşitmişdi. Amma şirin, şən deyildi. Həsrətli, qüssəli, sı­xı­­cı idi bu səslər. Gözlərinə isə heç baxmaq istə­mir­di onların…
Dünən parkda kimisə gözləyən gənc qadın. Skamyada əyləşib yola ötəri baxaraq, körpəsinə layla deyən ana! Ser­gey hələ də anlaya bilmirdi ki, niyə o laylanı eşidəndə do­nub qaldı, içində nəsə qırıldı elə bil… Qeyri-ixtiyari gözləri dol­du. Nə idi bu? Bəlkə bu qadın ovsunçu idi, Sergeyi ovsunlamaq üçün bu sirli nəğməni oxuyurdu. Gözlərinin dolduğunu hiss edib, özünü itirdi. Bəlkə heç düşmən ölkəsi deyil, hansısa bir xə­yallar, möcüzələr ölkəsinə, sehirli diyara düşmüşdü? Axı bu­ra­da hər şey, az qala hər şey onu sehirləyir, öz təsirinə salırdı. Elə bu layla kimi… Bəs bu hisslər nə idi? İllərdir içində donub qalmış nə isə əriyirdi həmin anda…
Heykəl kimi dayanıb gənc qadına və onun qucağında sakitcə mürgüləyən məsum körpəyə baxırdı, amma fikri yenə qarış­mış­dı. Yenə o dərindəki xatirələr, səslər canlanmaq istəyirdi. Am­ma sahildəki ləpələr kimi, geriyə – öz dərinliyinə çəkilirdi…
Kiminsə diqqətlə ona baxdığını hiss edən qadın təəcccüblü baxan qəşəng gözlərini Sergeyə dikəndə, o da üzünü döndərib sakitcə getməyə başlamışdı. Amma o sehirli musiqidən – layladan heç uzaqlaşmaq istəməmişdi. Hətta körpəyə həsəd apar­mışdı da.
Sabahkı gün isə… Bu gözəl şəhərin sakinlərinə iki ən qaynar yerdə dəhşətli bir terror planı hazırlanmışdı. Bu birbaşa Er­mənistandakı hakim dairələrin və prezidentin rəhbərliyi altında olan əməliyyat idi. Deməli, sabah utanacaq bu yaraşıqlı şəhərdən. Onun gözəl­li­yinə vurulub, gəzib, dincəlib, sonra da xəyanət edəcəkdi…
Xəyanət edəcəkdi… Axı bu tanış kəlmədir. Əlbəttə tanışdır. Bura gələn gün­dən telekanallarda, radiolarda, müxtəlif yerlərdə ermənilər haqqın­da  deyilirdi bu söz. Hələ axşam Xocalıdan qaçqın düşən bir qa­dının danışdıqları qanını qaraltmışdı. Necə də ağrıyla, nif­rət­lə danışırdı: “Erməni qonşularımızla mehriban, gəliş-gedişli idik. Süf­rəmizdə çörək kəsib, qapımızda yallanırdılar. Xeyir-şəri­miz­də bir-birimizə əl tuturduq. Amma bu kafirlər, Allahın lənə­ti­nə gəlmişlər üzünə güldüyü, qardaş dediklərinin qanını tö­küb, namusuna toxundular. Heç vaxt, heç vaxt bağışlamayacağıq onları. Unutqanlığımız başımıza bəla açdı. Ermənilər tarix boyu qorxaq olub, xain olub, oğru olub. Verdik ehtiyyatımızı əldən. Amma qalmayacaq bu qan yerdə, Vallah qalmayacaq!”
Sergey çox şeyi dərk edirdi. Ən əsası isə, bu qırğının, düşmənçiliyin səbəbkarı ermənilərin olduğunu. Bütün bu ittihamlardan utanıb, danmaq is­təsə də, ardıcıl görüntülənən faktlar qarşısında söz tapmırdı…
Qapının döyülməsi onu fikirdən ayırdı. Başının al­tın­dakı balıncı əli ilə qaydaya saldı:
-Gəl!
Nataşa ehmalca qapını açıb içəri keçdi, ardınca örtüb içəridən cəftəni bağladı.
Sergey sakitliklə onun hərəkətlərini izləyirdi. Hiss edirdi ki, Nataşa elə-belə gəlməyib. Sözlü adama oxşayırdı. Elə ona görə ləng hərəkətlə çarpayının yanındakı stulda əyləşdi:
-Necəsən?
Sergey başını tərpədib, mızıldandı:
-Yaxşı…
Nataşa yerində qurcuxdu. Sergeyin onun alnının sarıqlı yeri­nə baxdığını görəndə, qeyri-iradi əlini saçına aparıb, saçını alnı­na yaymağa çalışdı. Bu jestin Sergeyin nəzərindən qaç­ma­dı­ğını görüb xəfifcə gülümsündü və özünü itirən kimi oldu. Bu hə­rəkət nəsə onu fərqli göstərdi. Sergey bu yaşadək əhatə­sin­də olduğu erməni, rus qızlarından Nataşanı məhz bununla fərq­lən­dirirdi. Sergey buna bənzəyən hərəkətlə hələ şəhərə gəldiyi ilk gündə, avtobusda əyləşən qəşəng qıza diqqətlə baxarkən rast­laşmışdı. Həmin qız da üzərindəki yad nəzərləri hiss edərək xəfifcə qı­zarıb, özünü itirmişdi.
Əslində Nataşanın başqa erməni qızlarından fərq­lən­diyini çoxdan duymuşdu. Düzdür, davranışında, danışığında, açıq-saçıq hərəkətlərində onlar kimi idi. Amma xarici görünüşdə və bəzi azacıq sezilən xarakterlərdə azərbaycanlı olan ata­sı­na çəkmişdi.
Həm də hərdən bəzi kiçik, amma fərqli jestləri olurdu ki, Ser­geyin xoşuna gəlirdi. Erməni qızı olsa da, atası azərbaycanlı, türk ol­muş­du. Hər nə də olsa, qanında türk qanının qarışığı var idi. Və bəzi hallarda özünü göstərirdi…

* * *
Sakitcə dayanıb Sergeyə baxırdı. Sonra ehtiyatlanırmış kimi qa­pıya tərəf qulaq verdi, qalxıb Sergeyin çarpayısına ya­xınlaşdı. Çarpayının ayaq tərəfində əyləşib, barmaqlarını oy­nat­dı:
-Sergey, səninlə olduqca vacib söhbətim var. Çox vacibdir.
Sergey onun üzündəki ifadənin ciddiliyini sezdi. Qalxıb yerinin içində oturdu, təmkinlə qızın təlaşlı gözlərinə baxdı:
-Nə söhbət?
Nataşa yalvarışqarışıq xahişlə dilləndi:
-Yox, burada yox. Burada danışa bilmərik. Mən sənə çox şey da­nışmalıyam. Amma burada yox.
Sergey mühüm nəyinsə baş verdiyini hiss edirdi. Artıq özü də narahat olmağa başlamışdı:
-Bəs harda?
Nataşa ayağa qalxıb, əllərini yellədi:
-Mən bilmirəm. Parkda, kafedə, hər harda. Bircə bu­nu kimsə bilməməlidir. Heç kim! Başa düşürsən?
Sergey ayağa qalxıb stulun başına keçirdiyi gödəkçəsini geyindi:
-Onda elə bu dəqiqə gedək.
Nataşa onun qolundan tutub özünə tərəf döndərdi:
-Qulaq as, mən hər şeyi yoluna qoyub gəlincə sən sənədləri də götür hazır ol!
-Nə sənədlər?  – təəccüblə qaşlarını çatdı.
-Dediklərimi elə, hər şey hazır olsun. Bütün sənədlərini, pulunu götür. İnan, peşman olmayacaqsan. Gecikmək olmaz!
Sergey çətinə düşmüşdü. Bu nə demək idi? Abovyanın tə­lə­si, yoxsa Hakopun sınağı? Hər nə, mütləq yoxlamalıyam.
Nataşanı yola saldı:
-Yaxşı get, mən hazır gözləyəcəm.
Nataşa özünü ələ alıb, tələsik otaqdan çıxdı.
Ermənilər yenə müzakirə üçün anbara doluş­muş­dular. Nataşa qapını açıb rütubət qoxusu verən anbara keç­di. Keçib düz Hakopun yanında əyləşdi. Hakop əlini qızın kürəyində gəzdirdi:
-Hə, Nataşıçka, sabahkı şənliyə hazırsan?
Nataşa gülərək göz vurdu:
-Bəs necə?! Sabah yenə yüzlərlə türk qırılacaq. Sergeyin “ölüm düyməsini” elə ləzzətlə sıxacam ki… Qoy bu partlayış  şənlik fişəngimizi əvəz eləsin.
Abovyan qızı süzüb mənalı tərzdə qımışdı:
-Zoya, əcəb qızın var amma. Türk qanına susamış gözəl…
Hakop əlindəki alışqanı şaqqıldadaraq qıza baxdı:
-Onunla işlər qaydasındadır?
Nataşa güldü:
-Hər şey əladır! Onu inandırmışam. Lazım olandan da artıq.
Hakop onu sıxdı:
-Afərin! Gedəndə səni də aparacam Ermənistana. Sərkisyan səni mükafatsız qoymaz.
Zoya nazlanmaq istədisə də, olduqca yöndəmsiz göründü:
-Bəs mən, əzizim?
-Narahat olma Zoyacan, yaddan çıxmarsan!
Nataşa yerindən qalxdı:
-Hə, vaxtıdır. İndi yəqin Sergey məni gözləyir. Onu tama­m­ilə inandırmalıyıq özümüzə.
Hakop ciddiləşdi:
-Nataşa, şübhə yaradacaq heç nəyə yol verməyin!
-Arxayın ol! – qapını bərk örtüb evə sarı qaçdı.
Sergey ha­zır idi:
-Gedək?!
Nataşa onun qoluna girdi:
-Gedək!
-Atama dedin?
Nataşa bir an duruxdu:
-Dedim…
Sergey şübhəli nəzərlə onu süzdü:
-Nə olub? Daha çıxmışıq qapıdan.
Nataşa geriyə boylanıb, yenidən döndü:
-Qoy, bir az da gedək. Amma söz ver, məni axıra kimi din­lə­yəcəksən!
Sergey ona diqqətlə baxıb:
-Söz verirəm! – dedi.

* * *
Onlar Azərbaycanca danışırdılar. Havanın soyuq olmasına bax­mayaraq, nə qar, nə də yağış vardı. Ətraf quru idi. Yalnız soyuq külək onların çılpaq üzlərini və əllərini qarsıdırdı.
Sergeylə Nataşa heç nəyə əhəmiyyət vermədən oturacaqda əy­ləşdilər. Ətrafda adam yox idi. Sergey səbirsizliklə üzünü turşutdu:
-Hə Nataşa, qurtar görək. Nə olub?
Nataşa çox həyəcanlı idi. Yanında əyləşən çox sevdiyi, əslində isə düşməni olan bu adamın onun danışacaqlarını necə qar­şılayacağını bilmirdi. Amma başqa variant yox idi. O, bu qərarı ve­rincə gözünə yuxu getməmişdi. Hər şeyi qoymuşdu gözünün önünə. Hər şeyi. Reallıq bu idi ki, Sergey illərlə xəyalında canlandırdığı idealı idi. O, bu idealı həmişə gözləmişdi. İnanırdı ki, arzularındakı xəyali sevgilisi bir gün mütləq qarşısına çıxacaq. Onu bezdiyi bu həyatdan qurtaracaq. Çıxdı da qarşısına… Amma elə hə­min gün də bildi ki, bu idealı, ömür boyu gözlədiyi “ağ atlı şahzadəsi” – düş­mənidir…
Nataşa  əsl sevgini çox gözləmişdi. Milliyyətindən asılı olma­ya­raq dünyada bütün qızların gözlədiyi kimi… 26 yaşı tamam ol­muşdu bu il. O da ailə qurmaq, sevib-sevilmək, övlad sahibi olmaq istəyirdi. Am­ma özü istəmədən bu gizli mübarizəyə qoşulmalı olmuşdu. Heç vaxt da istəməyəcəkdi.
Doğulandan Azərbaycanda, Bakıda yaşamışdı. Buranın mü­hi­tinə, həyatına, insanlarına alışmışdı. Azərbaycanlılardan heç bir pis­lik görməmişdi, əksinə vaxtilə kimlərəsə özü pislik etmişdi…
Atası azər­baycanlı idi. Atasını olduqca çox istəyirdi, atası da onu. Hə­mi­şə maraqlı oyuncaqlar, gəlinciklər alırdı istəkli Nataşasına. O işdən qayıdan kimi balaca qızcığaz qaçıb dizlərinin üstü­nə çıxır, “şeytanlıq” edir, özünü istədirdi. Adını da Lalə qoyubmuş. Atası ölən­dən sonra isə, Zoya adlarını rus adına dəyişmiş, Lalənin də adını Na­taşa qoymuşdu.
Əvvəllər hər şey başqa cür idi. Atası onu bağrına basıb, nazını çəkirdi. Anasının qohumu adıyla peyda olan Abovyandan sonra isə ailə xoşbəxtlikləri kölgələnməyə başladı. Nataşanın beş yaşı olanda, Bakıya köç­müş Abovyan tez-tez evlərinin sevimli qonağına çevrildi. Nataşa ata­sının bu qonaqdan qətiyyən xoşlanmadığını da bilirdi. Həmişə onu görəndə qanı qaralır, qaş-qabağını tökürdü. Getdikcə evlə­rin­də tez-tez dava, söz-söhbət yaranmağa başladı. Ardınca da atası içkiyə qurşandı. Həyat­ları daha dözülməz olmuşdu. Bir dəfə isə atası evə sərxoş halda gə­ləndə Zoya ilə Abovyanın açıq-saçıq davranışlarını görüb əməl­li dalaş­mışdı. Onda Zoya Nataşanı otağa salıb, qapını vur­muş­du. Amma Abovyanla atasının dalaşdığı, zərbə səsləri, bo­ğuq qış­qır­tı­lar onun yaddaşından hələ də silinməmişdi. Bu hadisədən sonra  atası bir həftə xəstə yatdı. Tez-tez qusurdu… O, beləcə vəfat etdi. Ar­dın­ca da məlum oldu ki, Zoya hamilə imiş. Lakin Nataşa Abovyan tərəfindən bacısına qarşı olan xüsusi diqqətin səbəbini çox il­lər sonra anladı…
Lakin illər keçsə də, Nataşa ürəyinin dərinliyində atasının ölü­münü nə Abovyana, nə də anasına bağışlamışdı. Abovyana isə Hakopa bəslədiyindən daha artıq nifrət edirdi. Hətta dəfələrlə ana­sından onlarla əlaqəsini kəsməsini istəmişdi. Zoya isə qəti eti­raz etmişdi.
Nataşa iki qonşu millət arasındakı bu düşmənçiliyin əsla tərəfdarı deyildi. Bu hadisələrin içində olduğundan, çox yaxşı bilirdi ki, yerində dinc durmayan ermənilərdir. Ona görə sona­dək burada qalmaq istəyirdi. Ya da getməli olsa yalnız Rusiya­ya. Başqa heç hara, xüsusilə də Ermənistana əsla getmək istəmirdi.
Sergeyin Hakopun oğlu deyil, türk olması, üstəlik sevdiyi bu oğ­lanın ölümünün planlaşdırılması onu çıxılmaz vəziyyətə sal­mış­dı. Hər nə olsa da, anası erməni idi və erməni olsa belə onun anası idi. Bunu dəyişmək mümkün deyildi. Nataşa onun qızı idi, təbii ki, o da qızını çox istə­yirdi. Bir balaca fərqlə, kiçik qızını daha çox… Amma Nataşa birdəfəlik uzaqlaşmaq is­təyirdi bu işlərdən. Xoşbəxt deyildi. Xoşbəxt olmaq is­tə­­yirdi amma. Bir də ki, xəyalındakı şəxslə də qarşılaşmışdı artıq. Lakin onun öldürüləcəyini eşidəndə çox sarsılmışdı. Xeyli düşünmüşdü bu iki-üç gün ərzində və qərarını vermişdi…
Özünkülərə yalan satmışdı, aldatmışdı. Demişdi ki, Sergeyin güvənini artırmaq üçün, sakitləşdirmək üçün bu gün onunla vaxt keçirmək istəyir. Erməni artistliyi ilə aldatmışdı. İndi bircə iş qalmışdı, hər şeyi Sergeyə danışmaq, onu birlikdə qaçıb getməyə inandır­maq. Bir müddət haradasa daldalanarlar, sonra da çıxıb birlikdə xaricə ge­dərlər. Qalan şeylər isə onu maraqlandırmır. Qoy buradakılar necə istəyirlər, elə də hərəkət etsinlər.  Yetər ki, Sergeylə uzaqlarda xoşbəxt ailə həyatı qursun…

* * *
Üzünə dikilmiş sual dolu baxışlara cavab olaraq, Sergeyin buz kimi soyuq və codlaşmış kobud əllərindən tutdu:
-Sergey, qulaq as, sənə deyəcəklərimdən heyrətlənsən də mə­­nə axıra kimi qulaq as. Nə istəsən deyərsən, amma axırda, əvvəl mən danışacam!
Sergey tamam karıxdı:
-Yaxşı, başla!
Nataşa yerində ona tərəf bir az da yaxınlaşdı, Sergeyin əlini sıxıb, qaşlarını çatdı:
-Biz burdan qaçmalıyıq, mümkün qədər tez! Onlar səni öl­dür­məyi planlaşdırıblar. Sabah sən ölməlisən Sergey, qaçaq bur­dan!
Sergey doğrudan da çox heyrətləndi, cəld ayağa qalxıb heyrətlə gözləri yaşarmış qızı süzdü:
-Nə danışdığını bilirsən? Məni niyə öldürsünlər ki?
Nataşa təşvişlə ətrafa baxıb, onu əyləşdirmək üçün gödək­çə­si­nin ətəyindən dartdı:
-Qışqırma! Otur, otur Sergey. Söz vermişdin. Otur, bizi iz­lə­yə bilərlər.
Nataşanın vəziyyətidən hər şeyin ciddi olduğunu anlasa da, yenə eşitdiklərinə inanmaq istəmirdi. Hələ də bunun sınaq ol­du­ğunu düşünürdü. Bununla belə qızın yanında əyləşdi. Qarşısındakı qızı sınayırmış kimi – hər şeyi doğru danış! – deyib, dodaq­la­rı­nı kipləşdirdi.
Nataşa soyuqdan göyərmiş və qabıqlanmış boyasız dodaq­la­rı­nı isladıb, udqundu:
-Eşidəcəklərinə hazır ol! And olsun ki, hər şeyi doğru deyəcəm! Mənə inanmağın üçün nə edim axı? Təkcə onu deyə bilərəm ki, əgər Hakop bunları danışdığımı bilsə, məni əsla sağ buraxmaz. Ən dəhşətli əzabla öldürər. Başqa necə inandırım axı? Yenə inanmırsan? – yalvarış dolu baxışlarını onun üzünə dikdi.
Sergey sakit tonda əmr etdi:
-Danış hər şeyi!
-Sən türksən, Sergey, azərbaycanlısan! Özün də Sergey yox, İsmayılsan!
Yox, nə qədər təmkinli olsa da, bu Sergeyi doğrudan lərzəyə gətirdi. İnansa da, inanmasa da, artıq ona elə bir sirr açılmışdı ki, düzgün eşitmədiyini zənn etdi. Qulaqlarına inanmadığı üçün təkrar soruşdu:
-Nə dedin?
Nataşa qətiyyətlə onun düz gözlərinin içinə baxdı:
-Azərbaycanlısan! İnan mənə. Bunu Abovyan, Mov­­ses, bir də Hakopdan başqa heç birimiz bilmirdik. Amma gəl­diyiniz gün sən anbardan çıxandan sonra, Hakop məni saxladı. Biz də həqiqəti eşidəndə çox təəccübləndik. – udqunub yenə dodağını islatdı – Səni Xocalıda əsir götürüblərmiş. Ailənin üzvlərindən sən­dən başqa bir də nənən sağdır. Hakop dedi ki, əsirlikdə hər dəfə məni görəndə “nəvəmi sən öldürdün” deyib, çığı­rır, qarğış edir.
Sergey udqundu, özünü tamam itirdi. Danışa bilmədi, əlilə Nataşaya sus­ma­ğı əmr etdi. Dəhşət onu bürümüşdü.
Hə, özüdür ki var, çox gö­zəl xatırlayır o qadını. Neçə dəfə Hakop onu döyməyi əmr et­mişdi Sergeyə. Özü də baxıb, ürəkdən gülürdü. Birdən-birə özü­nə yazığı gəldi. Bədəni süstləşdi. Nənəsi, yazıq nənəsi. Heç ağ­lına da gəlməyib ki, yasını saxladığı nəvəsi ona əl qaldırır. Ta­leyin qəribə oyununa bir bax. Yox, bunda yalnız şeytan əli ola bilərdi. Hakop lap iblisin özü imiş!…
Nataşa ağladı:
-Sergey, inan mənə, hamısını…
-Danış! – bu dəfə gözündən qığılcım yağırdı.
Nataşanın dili to­puq vurdu:
-Hə, həə… Nənəni elə… Bildin da, əsirlikdədir. Qalanları barə­də heç nə bilmirəm. Hə, birdə anan… – bir az susdu.
Sergey cəld döndü:
-Danış hər şeyi!!!
-Deyir, çox gözəl qadın olub. Lap çox… Hakop onu ələ keçirmək is­­təyib, amma anan ələ keçməmək üçün bıçağı ürəyinə sancıb. Ha­kop səni də öldürmək istəyib. Əvvəl ağlamısan, amma Ha­ko­pu görəndə sakit olub düz gözlərinə baxmısan. Amma nəsə qəribə baxmısan. Bil­mirəm o alçaq onda nə düşünüb, amma bu gün üçün səni aparıb er­­məni kimi böyüdüb. Hətta Abovyanla mərc gəliblərmiş. Yəni…
Sergeyin dəhşət, dözülməz nifrət, qəzəb, əzab dolu gözlərini gö­rüb bir anlıq susdu və sözünü bitirdi:
– Yəni Hakop atan yox, ailənin qatilidir! Səndən istifadə edib öldürmək istəyir. Mənə əmr verilib ki, sabah bombanı səni gözləmədən işə salım… İnan mənə Sergey, qaçaq. Qaçaq burdan! Bezmişəm, iyrə­ni­rəm bunlardan. Mənim də atam azərbaycanlı olub. Çox yaxşı insan idi. Məni lap çox istəyirdi. Sizə nifrət etmirəm, heç vaxt da eləməmişəm. Mənim də atamı Abovyan öldürüb, qatillər içində qalmışam. Həmişəlik gedək burdan, yalvarıram sənə. Axı niyə susursan?
Bayaqdan qanla dolmuş gözlərini bir nöqtədən çəkməyən, yum­ruqlarını bərk-bərk düyünləmiş Sergey kiplənmiş dodaqla­rı­nı quru-quru tərpətdi:
– Saat neçədir?
Nataşa təəccüblə saata baxdı:
– 3-ün yarısı.
Sergey yumruğunu zərblə oturacağa çırpıb, ayağa qalxdı. Hər şey, bütün səhnələr gözləri önündə bir-birlərini əvəz etmə­yə başlamışdı.
Hər dəfə atasının hirslənən kimi ona “düşmən” deməsi, Ab­ov­yanın atmacaları, Zoyagilin sonradan gözlənilməz dəyişikliyi, onun Ru­siyadakı xüsusi hazırlıqları, mənalı baxışmalar, Hakopun qə­ribə nəzərləri – hamısı, hamısı indi aydınlaşmağa başlayırdı…
Hirslə geriyə baxmadan addımladı:
– Evə gedirik.
Nataşa dəhşətlə dilləndi:
– Nə? Heç vaxt! Mən ora qayıtmayacağam.
Sergeyin qaşları səyridi. Hiss olunurdu ki, özünü ələ al­maq­da çətinlik çəkir:
– Gedək evə, sənə heç nə olmayacaq!
Nataşa ağlamağa başladı. Çox qorxurdu. Sergeyin qolundan bərk-bərk tutub yalvarmağa başladı:
– Sergey, yalvarıram, ölümü gözə alıb qayıdardım. Amma özün­dən xəbərin yoxdur. Sən heç cür dayana bilməyəcəksən. İki­mizi də öldürəcəklər.
– Yox, Nataşa, yox! Öldürməmiş ölməyəcəm!
– Sergey, məni öldürəcəklər. Buna əmin ol, mütləq öldürə­cək­lər. Sevgimin əvəzini verirsən?
Sergey qolunu onun əlindən çıxarıb bir az getdi. Nataşa qor­xu­dan yerə çökmüşdü. Tir-tir əsirdi, rəngi ağarmışdı. Serge­yin birdən-birə qıza elə yazığı gəldi ki. Əslində anası erməni olsa da, damarlarından türk qanı da axırdı. Bəlkə də elə bu idi Ser­ge­yi xilas edən…
Qayıdıb Nataşanı qaldırdı. Onun üzünü əlləri arasına aldı:
– Nataşa, dediklərin doğrudursa, sən məni xilas etmisən. Mə­­ni vicdan əzabından qurtarmısan. O dünyada çəkməli olsay­dım belə. Niyə bunu elədin?
Nataşa qəflətən hönkürüb Sergeyi qucaqladı:
– Sergey, sən bilmirsən! Heç nə bilmirsən! Mənim səndən elə-belə xoşum gəlmir. Səni ən birinci görəndən anladım ki, sə­nin­lə tamam başqa cürdür. Səni sevirəm, çox sevirəm! Tam sə­mi­mi, təmənnasız sevirəm. Sənə nəsə etsələr mən ölərəm. – Nataşa içini çəkdi. – Sergey, mən pis adam deyiləm, pis deyiləm. Məni belə böyüdüblər, belə öyrədiblər. Mən istəmirəm kimlərisə öldürsünlər. Siz azərbaycanlılar pis adam deyilsiz, bunu bilirəm.
– Sakit ol, ağlama! – Sergey onu qucaqladı.
Nataşa daha da kövrəldi. Üzünü Sergeyin sinəsində gizləyib hıçqırdı:
– Mən pis olmaq istəmirəm! İnan, anamın erməni olduğun­dan xəcalət çəkirəm. Kaş atam sağ olaydı.
Sergey dişlərini sıxıb ona sığınmış, damarında türk qanının qa­rışığı olan bu qıza sakitliklə baxırdı. Onun ürəyi çox yumşaq idi…
Nataşanın türk qanı erməni qanını üstələmişdi sanki, öz xü­su­siyyətini qabartmışdı elə bil…
– Nataşa, sakitləş! – Sergey onun çiynindən tutdu – sən get evə, de ki Sergey bəzi şeyləri nəzərdən keçirib qayıdır. Sabahkı əmə­liyyata mükəmməl hazırlıq üçün, hər şeyi son dəfə nəzər­dən keçirib qayıdacağımı de. Onları inandır.
– Birdən şübhələnsələr?
– Narahat olma, dediyim kimi elə. Mənə güvən, sən onları in­an­dırmağı bacararsan. Amma ehtiyatlı, diqqətli ol. Elə təsəvvür elə ki, heç bu söhbət olmayıb.
– Bəs sən hara gedirsən?
Sergey ətrafa baxdı:
– Məndən narahat olma! Nataşa, heç nədən qorxma. Sənə heç bir zərər dəyməyəcək. Sən xilas olacaqsan. Heç nədən qorx­­ma. Mənə söz verirsən?
Nataşa burnunu çəkə-çəkə, başını tərpətdi. Bir az gedib, dön­dü. Sergey hələ də həminki yerdə dayanıb, onun arxasınca baxırdı. Nataşa onu baş­dan-ayağa süzdü:
– Sergey, məni heç vaxt tək qoyma! Səni gözləyəcəm. Arxamca qayıt.
Sergey qaşlarını düyünləyib ötkəm səslə:
– Mütləq qayıdacam! Sən get! – deyib geri döndü.

* * *
Soraqlaşıb birtəhər tapdı. Qarşısında dayandığı binanı ətraflı süz­üb, dərindən nəfəs aldı. Böyük hərflərlə yazılmış adını dodaq­altı oxudu:
– Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi…
Xeyli sorğu-sualdan, yoxlanışdan sonra, nəhayət ki, onu bayaqdan tələb etdiyi rəhbərin yanına apardılar.
Geniş masa arxasında əyləşmiş kostyumlu şəxs eynəyinin üstündən qarşısındakı hündürboylu, yaraşıqlı, möhkəm əzələli, iti və qurd baxışlı oğlanı süzüb soyuq və sərt dilləndi:
– Nə hay-küy salmısan?
Tanımadıqları ona “sən”lə müraciət edəndə heç xoşlanmırdı. Özü də bu tərzdə. Sergey kobud cavab verdi:
– Birincisi, “sən” yox, “siz”! İkincisi, mən də bunu izah etməyə gəlmişəm.
Eynəkli adam eyni tonda, lakin bir qədər təmkinlə dedi:
– Oğlan, bura hoqqabazlıq yeri deyil. Mənimlə görüşməyə bö­yük səbəb gətirmisiniz. Obrazsız və konkret danışın!
Sergey sakit səslə dilləndi:
– Yoldaşlarımla mən Ermənistandan göndərilmiş xüsusi tə­lim keçmiş terrorçularıq. Sabah kütlə arasında iki böyük terror əməliyyatı keçirəcəyik. Əlbəttə, qarşısını almasanız… – son cümləni elə təmkinlə dedi ki, sanki başqası haqqında danışırdı.
Sergeyi içəri gətirən əməkdaşla stol arxasındakı kişi təə­c­cüb­lə baxışdılar. Eynəkli kişi tez də baxışını çəkib Sergeyi süz­dü.
İşlədiyi müddət az deyildi və bu müddət ərzində kifayət qə­dər qəribəliklərlə və gözlənilməzliklərlə qarşılaşmışdı. Ona görə təmkinini pozmadan əmr verdi:
– Ətraflı və dəqiq, dəlillərlə məlumat ver!
Sergey dönüb arxasında dayanan əməkdaşa ötəri baxıb, kişiyə tərəf çev­rildi:
– Təklikdə danışmaq istəyirəm. Heç kəsə etibar etmirəm indi.
Eynəkli adam yenə sərtləşdi:
– Oğlan, bura küçə deyil!
Sergey dediyini özü anlasa da, pərtliyini üzə vurmadı. Əv­vəl­cə Nataşanın ona danışdıqlarını, sonra isə Hakopu atası kimi tanıdığı illəri, sənədləşdirmə hazırlıqlarını, buradakı əlaqələr, terrorun planlarını, növbəti əməliyyatın təxmini vaxtını – hamı­sı­nı danışdı. Onu diqqətlə süzən eynəkli kişinin arabir verdiyi sual­larını da cavablandırırdı.
Amma eynəkli kişi qarşısındakı bu gəncin danışdıqlarına hə­lə də şübhə ilə yanaşırdı. Lakin gecikmək olmazdı. Təcili ha­zır­lıq görülməli idi. Onu maraqlandıran əsas məsələ, erməni­lə­rin burada kimlərlə əlaqəsinin olması idi. Çünki, eyni şey tək­rar­lana bilərdi.
Sergey birdən dilləndi:
– İmkan yaratmamalıyıq ki, onlar sabaha çıxsınlar. Əgər iş başında yaxalamaq istəyirsinizsə, əsla alınmaz. Yaxşı tanı­yı­ra­m onları.
Eynəkli kişi bu dəfə əsəbiləşdi. Onsuzda eşitdikləri əhvalını qarışdırmışdı. Axı necə olub ki, Azərbaycana belə rahatlıqla keçiblər? Bu tülkülər şübhə ya­rat­mamaq üçün hər vasitədən istifadə ediblər.
Sergey ayağa qalxdı:
– Mən qayıtmalıyam, yoxsa şübhələnəcəklər.
Kişi qaş-qabağını tökdü:
– Çox özbaşınasan…
Sergey eyni sərtliklə:
– “Sən” yox, “siz”!
Eynəkli kişi qarşısındakı mərd baxışlı oğlanı süzüb, bir qə­dər yumşaqlıqla:
– Sizi də özümüzlə aparacağıq. Bu günün işini sabaha qoy­maz­lar! Nə qədər ki, xəbər tutub aradan çıxmayıblar, hamısını ələ keçirməliyik. Siz qızla əlaqə saxlayın, biz sahəni mühasirəyə alacağıq. Qıza tapşırın, hamı bir nəfər kimi orada olanda xəbər eləsin.
Sonra üzünü Sergeyi gətirən əməkdaşa tutdu:
– Cəfərov, təcili dəstəni əməliyyata hazır et! Hamını da xəbərdar elə ki, tülkü ovuna çıxırıq, ilan ovununa çıxırıq. Qoy hazırlıqlı olsunlar!…
Sergeyin telefonunun zəngi Komandirin sözünü kəsdi. Sergey ekrana bax­ıb zəngi qəbul etdi.
Zəng edən Nataşa idi. Görünür ehtiyatlandığı üçün astadan danışırdı:
– Sergey, hardasan bilmirəm, amma xahiş edirəm, tez gəl! Səni nədənsə yaman çox so­ruşurlar. Əsas da Abovyan. Hər dəqiqə atmaca atır.
Sergey karıxdı:
– Narahat olma, sən çalış ki, yoluna qoyasan. Nataşa, sənə tapşırığım olacaq. Mənə kömək eləməlisən. – Sergey ötəri komandirə nəzər saldı. – Ha­mı bir yerə yığışan kimi mənə təcili xəbər elə. Ehtiyatlı ol am­ma.
Nataşa susdu.
– Nataşa! Ordasan? Alo…
Nataşa pıçıldasa da, təşvişli idi:
– Səs gəldi, ona görə susdum. Hə, eşitdim, mənə etibar eləyə bilər­sən. Hə, bir də… – ani susdu – Sergey, səndən söhbət salıb nənən haqqında bir-iki şey öyrənmişəm.
Sergey tutuldu:
– Nəyi?
– Adı Gülsümdür. Kafanda xalça sexində işləyir indi. Sergey nə deyəcəyini bilmədi. Bircə kəlmə deyə bildi:
– Sənə borcluyam, Nataşa! Dediyimi də unutma, hamı top­laşan kimi xəbər elə mütləq.
Nataşa pıçıldadı:
– Yaxşı, Sergey, məni apar  amma…
– Aparacam, qorxma! Ehtiyatlı ol!
– Yaxşı, sən də.
Sergey telefonu bağladı:
– Xəbər edəcək!

* * *
Zoya Azərbaycana çoxdan köçmüşdü. Bir müddət atasının iş yerində sədrin katibəsi vəzifəsinə işə düzəlir. Bir neçə aydan sonra isə sədr ona evlənmək təklif edir… Hələ bundan əvvəl Zoya Er­mənistanda iki dəfə ərdə olmuşdu. Birinci əri ilə yola get­məyib tez ayrılmışdılar. Ayrılandan bir həftə sonra başqasına qo­şulub getmişdi. Özündən 10-15 yaş kiçik olan bu adamla 2 il yaşamışdı. Dünyaya gətirdiyi oğlunu da ərinin üstünə atıb qayıtmışdı.
Bakıya gələndən sonra isə, yenə özündən 5-6 yaş kiçik olan sədrini yoldan çıxarmışdı… Onunla evləndikdən bir il sonra Nataşa dünyaya gəl­miş­di. Əri qızını həddindən artıq çox istəyirdi. Əvvəllər yaxşı yaşayırdılar. Amma bir neçə il ərzində Zoya əri­nin işlərini elə qatdı ki, əyər-əskiklik yarandı, vəzifəsindən sui-istifadədə ittihamlandırıldı. Bəxti gətirmişdi ki, onu yal­nız cərimələyib işdən çıxarmaqla rahat buraxmışdılar. Sonra birtə­hər başqa yüngül işə düzəlsə də, getdikcə həyatı daha da ağır­laşdı. Çünki, bu vaxtlar Zoyanın hələ Ermənistanda olarkən ta­nıdığı Abovyan Azərbaycana gəlir. Zoyanın qohumu adı ilə. İlk vaxtlar əri onun gəlişini normal qəbul edirdisə də, az sonra bu aramsız gə­lişlər onda xoşluq yaratmadı. Şübhələr, davalar… Zoya isə bu müd­­dət ərzində Ermənistanla əlaqə qurmuşdu. Elə Abovyanla da…
Nəhayət, Abovyan Zoyanın ərini onun həyatından birdəfəlik sildi.
Zoya ermənilərin bir çoxunun köçüb getdiyi vaxtda belə çıxıb get­məmişdi. Çünki, onun gələcək planlar üçün burada qalması əmr idi… Rus soyadına keçdikdən sonra Gənclikdəki ünvanını dəyişə­rək Əhmədlidə həyət evinə köçmüşdü. Və elə bu günədək ora­da yaşayırdı.
Amma xəbərləri belə yox idi ki, indi onun yaşadığı məhəllədə MTN əmək­daşları artıq hər küncdə, hər bucaqda pusqu qurmuşdular.
Əməliyyatın rəhbəri adamlarına güvənsə də, yenə əsəbindən özü­nə gələ bilmir, heç bir uğursuzluqla qarşılaşmamaq üçün tez-tez bütün postlarla əlaqə saxlayır, ard-arda xəbərdarlıq edirdi. Bu onun fəaliyyəti dövründə ən uğurlu işlərindən biri olacaqdı. İşlədiyi müddət ərzində yalnız vətəninə xidmət haqqında düşünsə də, indi bununla yanaşı qazanacağı uğura görə onu nələr gözlədiyini düşünəndə sevincqarışıq həyəcan keçirirdi. Bu həyəcan tam fərqli bir həyəcan idi. Qalibiyyət, qisas, baş ucalığı, xilaskarlıq, işinə diqqətlə yanaşmaq, məsuliyyətinə görə təltif olunmaq, qarışıq idi, çox qarışıq. Və ən əsası, bu yola qədəm qoyarkən içdiyi and. Vətəninə görə lazım gələrsə hər şeydən vaz keçmək…
Gah oturub qızın onlara xəbər verməsini gözləyir, gah da yer­ləşdikləri evdə var-gəl edərək, siqareti siqaretə calayır, səbrli olmağa çalışırdı.
Yox, ermənilər ağ etmişdilər daha.  Axı necə olmuşdu ki, bu ilanlar sürünüb keçə bilmişdilər buraya? Hələ də qəbul etmək istəmirdi bunu. Onlar nə qədər tələ qursalar da, lap yüz il hazırlaşsalar da, yenə bununla özlərinə haqq qazandırmırdı. Həmişə onların belə iyrənc cəhdlərinin üstünü açmışdılar. Bəs indi necə diqqətsizlik ediblər axı?! Oğlan necə dedi? Hə, dedi ki, bu əməliyyatın rəhbəri birbaşa prezidentdir – Serj Sər­kis­yan! Başqa cür ola da bilməzdi. Bu qorxaq həmişə arxadan zərbə vurur. Çaqqal kimi yaralı şirə xəlvət yaxınlaşmaq onların qa­nındadır. Heç nə bildirməsə də, oğlana ürəyi acımışdı. Düz­dür, hələ dəqiq araşdıracaq həqiqəti. Amma onun özü haqqında danış­dıq­ları düzdürsə, yəni doğruya daha çox bənzəyir, o zaman sözsüz ki, təsvirolunmaz əzab çəkir o da. Ailəsini qıran, yurdunu viran qoyan, nəs­lini kəsən adamları illərcə ailə kimi sevmək, onlar üçün oyun­cağa çevrilmək… Fikirləşmək belə dözülməzdir.
Həyəcandan və qəzəbdən üzü bulud kimi tutulmuş Sergeyə tə­rəf baxdı. Oğlanı yenə nəzərində qiymətləndirdi. Çox möh­kəm, qüvvətli görünüşü var. Qayış kimi elastikdir bədəni,  hərəkətləri. Baxışları qurd baxışına ox­şayır. Özü də qəfəsə salınmış yaralı aslana. Amma onun ya­ra­sı daha dərin, daha sağalmazdı. Çünki, bu yara ürəyin­də­dir. Bütün ömrü boyu izi qalacaq yara… Hər kəsə, hər şeyə necə qızğın ol­duğu baxışlarından sezilirdi.
Komandir əsəbi addımlarla stola yaxınlaşıb sönmək üzrə olan siqaretini külqabına basdı. Oğlana yenə ötəri nəzər salıb təəssüflə başını buladı, fikrə getdi.
Bu rəzil ermənilər oğrudur ki, oğru! Hər şeyi oğur­la­dı­lar, doymadılar, torpağı oğurladılar, yenə doymadılar. Mənfurluğun son həddinə çatdılar artıq. Uşağı oğurlayıb, erməni kimi böyü­düb, öz millətinə, xalqına qarşı qətliama göndərmək?! İnsan qanı yox imiş bunlarda. Bunu elə yalnız erməni edə bilərdi. Hə, əl­bəttə, axı çaqqal heç vaxt aslanla təkbətək döyüşə çıxa bilmir.
Ona görə as­lan üstünə aslan göndərməyi planlaşdırıblar bunlar. Amma çox yanılıblar. Torpaq çək­di qoynuna öz oğlunu.
Sergeyin telefonu yenidən səsləndi. Hamı susdu. O, ətrafa nəzər salmadan telefonu açdı:
– Hə, Nataşa.
– Burdadılar, Sergey, hamı burdadır.
Sergey başı ilə otaqdakılara işarə verdi.
– Oldu Nataşa, diqqətli ol!
Nataşa kövrəldi:
– Sergey, anamgilə heç nə olmayacaq, düzdü?
Sergey susdu və tutqun halda dedi:
– Hər şey qanunla olacaq…
Bu an xəttin o başında xışıltı eşidildi və kimsə bərkdən içini çəkdi. Telefonu qapadılar. Sergey həyəcanla:
– Nataşa! Nataşa!!!
Ardınca qışqırdı:
– Tez olun, xəbər tutublar.
Komandir çölə atıldı:
– Lənət şeytana!
Radsiya ilə bütün pusqulara xəbər verildi. İndi ev tamamilə mü­hasirədə idi. Bir-birinə hücum işarəsi verib, içəri atıldılar.
Sergeyə silah veril­mə­mişdi, amma buna məhəl qoymayıb, komandirin əmrinə qu­laq asmadan evə sarı qaçdı.
Erməni terrorçularında silah var idisə də, görünür qəfil hücuma ha­zır deyildilər. Çünki, atışma çox qısa çəkdi.
Sergey Na­taşanın otağına tərəf qaçdı. Orada heç kəs yox idi.
– Nataşa! Hardasan? – qışqırıb dəli kimi otaqlara hücum çəkməyə başladı. Mətbəxə keçəndə birdən əti ürpəndi. Onu üşütmə tutdu. Döşəmə büsbütün qan içində idi. Gör­düyü mənzərə möhkəm olmasına baxmayaraq, onu çox sar­sıtdı. İndiyə kimi çox vəhşilik görmüşdü Ermənistanda olarkən. Amma belə sarsılma­mışdı.
Nataşanın başı bədənindən tamamilə üzdürülüb küncə atıl­mışdı. İri mətbəx bıçağı isə düz ürəyinə saplanmışdı.
İçəri girən MTN əməkdaşlarından biri gördüyündən ani şaşırdı. Sergeyin göz­­lərinə baxdısa da, gözünü tez çəkdi. Sergey sərxoş kimi onu itə­lə­yib həyətə qaçdı.
Əməliyyatçılar Zoyanı, kiçik qızını, digər iki kişini, Yeremyan və Movsesi də ələ keçirmişdilər.
Komandir əsəbi halda vurnuxan Sergeyi saxladı:
– İki nəfər çatışmır.
Sergey başını buladı:
– Biri ölüb…
– Yox, qızı saymıram. Hakop bunlardan hansıdır?
Sergey sıraya baxdı. Dodağını gəmirdi:
– Lənətə gəlsin, Abovyan da yoxdur. – deyib anbara tərəf qaç­dı.
Komandir qışqırdı:
– Oranı yoxlamışıq.
Zoya isə dil-boğaza qoymadan çığır-bağır salmışdı:
– Səni görüm lənətə gələsən, türk balası. Ürəyimə dammışdı elə. Sən ki azərbaycanlısan, bizdən olmayacaqdın heç vaxt! Qı­zı­mı sən öldürdün, qan qusasan! Qırılasınız hamınızı. Necə ki qırı­rıq…
Komandir tamam hövsələdən çıxdı:
– Onu burdan rədd eləyin. Ətrafı, çölü, qonşuları diqqətlə ax­tarın! Bunları da gətirin maşına, özüm dindirəcəm.
Sergey anbarın qapısını araladı. Bu dəfə həmişəki rütubətli qoxu fərqli hiss – elə kədərli abu-hava yaratdı ki, ürəyi sıxıldı, boğazı göynədi. Əmin idi ki, bur­da­dılar. Bura həyətdən başqa haradansa gizli qapı olduğunu eşit­mişdi Nataşadan… Amma dərinə getməmişdi. Əlini aşağı uza­dıb işığı yandırmaq istədi. İşıq yanmadı. Axşam düşdüyü üçün hava alatoranlıq idi, am­ma buna baxmayaraq qapını açıq qoydu ki, içəri az da olsa işıq­lansın. Anbara daxil oldu:
– Hakop! Abovyan! Bilirəm, burdasınız, çıxın üzə!
Səsinin kobud tonundan sonra içəridə sükut yarandı. Sergey bir az da irəlilədi. Zəif bir hənirti duydu, amma nə qədər diqqət kə­silsə də yenə sükutdan başqa heç nə eşitmədi. Artıq əmin idi ki, burada kimsə var. Özü də az həyəcan keçirmirdi. İyirmi il ata­sı bildiyi adamla bu gün düşmən kimi qarşılaşmalı idi və iki­sindən biri bir daha qarşılaşmamaq üçün öləcəkdi….
O, anbarın baş tərəfinə getdikcə, ətraf daha da qaranlıqlaşırdı. Anbarın bir tə­rəfində çoxlu yeşiklər yığılmışdı. Bir köhnə soyuducu, tele­vi­zor vardı. Sol tərəfdə isə uzun taxtalar qalaqlanmışdı. Qoxusundan şam ağacı olduğu bilinirdi.
Sergey dayandı:
– Bilirəm, burdasınız. Hakop, çölə çıx, “əziz atam”! Bütün bu illərin cavabını ve­rə­cək­sən! Başqa yolun yoxdur.  Silahsızam. Onsuz da ha­mını bura töksəm bir anda çıxmalı olacaqsan. Amma öz xo­şunla çıx! Abovyan, sən də burdasan.
Yenə sükut yarandı. Sergey bir az da qabağa getdi:
– Hakop, geri qaytarılan erməni əsir yadındadır? Azərbaycanlı zabitin təkbətək döyüşə ça­ğır­dığı əsir. Onda o qorxmuşdu zabitdən. Amma mən ikinizi çağırıram, Hakop, özüm də silahsızam. Bacarsanız öldürün. Axırıncı dəfə…
Bu an arxa tərəfdən xışıltı eşidib dönəndə, çiyninə ağır zərbə endi.  Bıçaq sol çiyninə bat­mışdı… Amma özünü itirmədi. Ən təsirli fəndindən istifadə edib, qə­fil onun qolunu burdu. Bıçağı əlindən salan Hakop kürəyini Ser­geyə çevirib, gözlənilməz zərbə ilə onun mədəsindən vurdu. Ser­gey zərbədən yığılsa da, Hakopun bıçağı götürmək üçün uza­nan əlini tapdalamağa fürsət tapdı. Barmaqlarının xırçıltısı ilə bə­rabər başını qaldıran kimi, Sergey dirsək fəndi ilə onun pey­sə­ri­nə vurdu. Artıq bu zərbə Hakopu gicəlləndirdi. Gözləri qaral­dı.
Sergey sol çiynindəki yaranı unudaraq, Hakopa özü­nə gəlməyə imkan vermədi, boğazından yapışıb qaldırdı:
– Sən əzab verməkdən həzz alırdın. Qan tökməkdən doy­mur­­dun, erməni! Bu illərdə ata deyib, oyuncağına çevrildim. Ləz­zətlə güldün mənə, döydün, təhqir etdin, istifadə etdin. Xalqımın qadını­na, kişisinə, uşağına gözümün qabağında vəhşilik, təcavüz et­din. Anamı sən öldürdün, alçaq? Atamı sən öldürdün? Cavab ver, murdar!
Hakop nəfəsi təngiyərək zarıdı:
– Teryan, mən sənə atalıq eləmişəm, sən mənim öz oğlumsan.
Sergey bu sözləri eşidəndə barmaqlarını daha da bərk sıxdı:
– Teryan, yox! Sergey yox, Hakop! İsmayıl, türk, Azəri! Daha tülkülük nömrələrin burda keçməz, Hakop! Onsuzda ölə­cək­sən! Sənin mənə qoyduğun kimi mən də sənə iki yol qo­yu­ram: ya rahat ölüm, ya da bütün öz təxəyyülünün məhsulu olan əzablarla ölməyin… Ölümünü özün seç!
Hakop boğazını onun əlindən qurtarmağa çalışdı:
– Teryan, bəsdir! Onlar səni də öldürmək istəyirdilər. Yazı­ğım gəldi, götürdüm səni, böyütdüm. – Sergeyin dinmədiyini gö­rüb ağlamsındı. – Teryan, məni sən öldür. Qoy atanın qanınsa bat­sın əlin, amma onlara vermə.
Bir az susub, gözlərini ona diqqətlə baxan Sergeyin üzünə dikdi. Yenə ağlam­sın­dı:
– Kaş ki, səni bura gətirməzdim, ata ilə oğulun arasına girdi­lər.
MTN-nin əməkdaşlarından biri içəri girdi:
– Tuta bildin onu?! Bəs o biri hanı?
Sergey Hakopun gözlərindən gözlərini çəkmədən:
– Abovyan aradan çıxıb, komandirə xəbər verin, hələ çox uzaqlaşa bilməz! – sərt dilləndi.
Hakop başını buladı:
– Hamısı o alçaq Abovyanın işidir. Sənin ailəni də o öldürüb, səni də əlindən mən aldım, inan mənə, oğlum.
Sergey qaşlarını düyünlədi:
– Neylək, Hakop, sən 2-ci ölümü seçdin. – deyib onu sürü­yə­rək çölə aparmaq istədi.
Hakop Sergeyi belə görməmişdi heç vaxt. Atıq başa düşürdü ki, çı­xış yolu yoxdur. Onun inadcıllığına bələd idi. Dedisə, dediyini mütləq edəcək.
– Teryan, dayan, hamısını danışaram, dayan.
Sergey onu divara sıxdı:
– Hakop, anbarda danışdıqlarının hamısını Nataşadan eşit­miş­əm. Amma öz dilindən eşitmək istəyirəm. Danış hər şeyi! – qış­qırdı.
Hakop yalvarmağa başladı:
– Teryan, bağışla məni. Hə, atanı Abovyan öldürüb, mən yox. Amma anan özü öldürdü özünü.
Sergey dişlərini qıcayıb susur­du.
Hakop zarımağa başladı:
– Oğlum, burax məni gedim. Heç adımı da eşitməyəcəksən. Bu­rax məni, axı atalıq eləmişəm sənə.
Sergey kinayəli gülümsədi:
– Tülkü, indi də üçüncü varianta əl atırsan? Hakop, iki sualıma ca­vab ver! Nataşanı kim öldürüb və Abovyan hara qaçıb? Üçə­dək sayıram. Bir… iki….
Hakop kəkələdi:
– Abovyan! O öldürüb. Danışanda eşidib. İzləyirdi onu… Əvvəldən şübhələnmişdi.
Hir­sin­dən gözləri qan çanağına dönmüş Sergey qəfil onu qa­bağa çəkib, yenə kəllə ilə möhkəm vurdu. Hakopun bağırtısı an­barda əks-səda verdi. Burnundan axan qan sifətinə, ağzına yayılıb, Sergeyin də əlini buladı.
Sergey üzünü turşutdu:
– Tfu… Hanı Abovyan?
Hakop bu dəfə ağladı:
– Teryan, bilmirəm, bilmirəm!
Sergey onun boğazını daha bərk sıxıb qışqırdı:
– Mən Teryan deyiləm! Bu sənin uydurduğun addır. Mən türkəm! Mən azərbaycanlıyam! Adım da İsmayıl… Xatırladın? Düşdü yadına?
Boğulmaq üzrə olan Hakop onun barmaqları arasından canını qurtarmaq üçün çarpışaraq, xırıldadı:
– Hə, İsmayıl, boğuluram. Burax!
– Xatırladın??!
– Xatırladım, yadımdadı.
Sergey onu buraxmayıb, bərəlmiş gözlərinə nifrətlə baxdı:
– Mən türkəm, Hakop, türk! Mənə türk de! Türk de! – ağır yumruğunu qana boyamış sifətinə ard-arda endirdi.
MTN əməkdaşları içəri girdi.
Komandir onsuzda gərgin idi, Sergeyi görüb:
– Oğlan, neynirsən? Aparın onları! – deyə qışqırdı.
Sergey Hakopu divardan ayıraraq, gözlənilmədən cəld hə­rəkətlə onun boynunu burdu. Bunu elə çevikliklə etdi ki, Hakopu onun əlindən almaq istəyən əməkdaşlar da çaşıb qaldılar. Kəskin xırçıltının ardınca Hakopun can­sız bədəni döşəməyə sərildi. Sergey yerə tüpürdü:
– Sevin ki, belə asan öldün.
Onun üstünə atılsalar da gec idi. Komandir qolları qan­dal­la­nan Sergeyə bağırırdı:
– Qəhrəmanlığını başqa vaxt göstərərdin də. Sən əsas şahidi, əsas sübutu məhv elədin. Hər şeyi danışdıracaqdım ona. Buna görə verməli olduğun cavab böyükdür. – Üzünü adamlarına tutdu. – Aparın!
Sergey onu aparmalarını gözləməyib, özü qarşıya keçərək irəlilədi. Qapıya çatıb dayandı. Geriyə boylanıb Hakopun yerə sərilmiş cəsədinə baxdı və hirsli-hirsli ətrafı nəzərdən keçirən ko­man­dirə tərəf döndü. Təmkinli və ciddi səslə dilləndi:
– Nə cəza çəkəcəyimin fərqi yoxdu. Qisasımın əsasını aldım. Bir xahişim var. Daha düzü, tələbim. Azadlığa çıxanda məni ön cəb­həyə göndərin… – dönüb sakitcə çıxdı.
Komandir qəzəbli olsa da, rəğbətlə bu qəribə gəncin çıxdığı qapıya tərəf baxdı:
– İNŞALLAH!!!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.