Ana səhifə YAZILAR FƏZA RİTMLƏRİ

FƏZA RİTMLƏRİ

Müəllif: Bizim Yazı
76 baxış

Aliya ƏSƏDOVA

DO.
Əllərini Günəşə sarı yellə, qoyma   keçib gedə, əgər o getsə, sabahkı duaları söyləyə bilməyəcəksən. Yenə dalaşacaqsan kiminləsə və yenə kiminsə günahına batacaqsan.
Günah nə vaxtdan batası olub???

RE.
Tez ol bu dəfə , yenə zamana aldanıb   Ayı   qaçıracaqsan. Naz eliyəcək bu saatlarda , ona etibar yoxdu, bir də gördün   ləngər tərpənişindən əsər- əlamət yox, fırlanıb – dolanıb çıxacaq aradan. Buna da əl yellə , əl uzat   Aya sarı, güman ki o səni   anlayacaq.   Bu paralanmış halında Ayı gör, bir dosta   bənd ol.De ki Günəşi sevmədin , sənə məhəl qoymadığı üçün.
Dost nə vaxtdan bənd olunası olub???

Mİ.
Sənə demişdim ulduzlar aşkar şahidlərdi, inanmamışdın , indi bax   və izlə. Bax gör necə göz vururlar bir-birlərinə, səni görmürlər. Nə olaydı , göydən   bir ulduz düşəydi , qalanları çevrilib ulduza   baxaydı, axtaraydı gözlərilə hamısı. Yerdə ulduz axtaranda səni   görəydilər -səni ulduz biləydilər. Göz dəyməsin, hamı səni qısqanacaq .
Göz nə vaxtdan dəyən olub???

DOREMI
Batdığın günahlar*
Bənd olduğun dostlar*
Dəyən gözlər*

(GÜNƏŞ———–AY—————-ULDUZ
do              re                  mi)

FA.
Günəşi gördüm,
atəşli yanağında öpüş izləri.
Deyirlər Günəş çılğın olur….

SOL.
Ayı gördüm,
aşıqlər kimi birinə bənd hissləri.
Deyirlər Ay hissiyyatlı olur….

LYA.
Ulduzu gördüm,
nuru itəndə tapacaq səni ,
yalan olur çox vaxt vədləri,
verdiyi sözləri.
Deyirlər Ulduzlar xəyanətkar olur…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.