Ana səhifə BAŞ YAZI Fəthiyədə IV Uluslararası Türk Dünyası Kültür Qurultayı

Fəthiyədə IV Uluslararası Türk Dünyası Kültür Qurultayı

Müəllif: Bizim Yazı
143 baxış

dr. Həyat ŞƏMİ

21-24 mart 2013 tarixində Türkiyə Cumhuriyyətinin Muğlaya bağlı Fəthiyə ilçəsində böyük bir Türk qurultayı keçirildi. Fəthiyə Bələdiyyəsi və Xalq Kültürü Araşdırmalar Qurumunun işbirliyi ilə təşkil olunan IV Uluslararası Türk Dünyası Kültür Qurultayı Fəthiyədə başladı və 4 gün davam edən bu qurultayda 24 ölkədən 100-dən artıq elm adamı iştirak etdi. Qurultay Novruz bayramı kutlamasıyla başladı.
Bu il dördüncüsü düzənlənən Uluslararası Türk Kültür qurultayında Uygur Özərk bölgəsi, Ukrayna, Türkmənistan, Tuva, Tatarıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Krım, Qırğızıstan, Quzey Kıprıs Türk Cumhuriyyəti, Karakal Pakistan, Qaraçay Çərkəz, İraq, İran, Hollandiya, Gürcüstan, Qaqauzeli, Çuvaşıstan, Başqırdıstan, Bosniya Hersoq, Türkiyə və Azərbaycandan olmaqla 100-dən artıq elm adamı qatılmışdı.
25 marta qədər davam edən qurultayda Türkü, türkülərimiz, öyküləriylə türkülər simpoziumu gerçəkləşdirildi və bunlar məqalələrdə öz əksini tapdı. Fəthiyyə Bələdiyyəsi Kültür Mərkəzi salonundakı qurultayın açılışından əvvəl Novruz bayramı qeyd edildi. Beşkaza meydanında Fəthiyyə kaymakamı Əkrəm Çalık, Fəthiyyə Bələdiyyə başkanı Behçet Saatcı, Cumhuriyyət başsavcısı Ergün Tokgöz, Fəthiyyə Emniyyət müdiri Hüseyin Kocabıyık, Azərbaycan Ankara Böyükelçiliyi konsulu Şöhrət Mustafayev, Asiya Universitetinin rektoru C.Nağıyev tonqal üzərindən tullandılar, zindan üzərində çəkiclə dəmir döydülər.
Qurultayın açılışında Fəthiyyə Bələdiyyə başkanı Behçet Saatcıya Qırğızıstandan dos.dr Abdil Şermatov tərəfindən qırğız milli geyimi hədiyyə edildi. Azərbaycandan isə prof.dr. Cəlil Nağıyev başkan Saatcıya özəl bir xəncər hədiyyə etdi. Türk dünyası Kültür qurultayını Fəthiyə kaymakamı Əkrəm Çalık, qarnizon komandiri Jandarma minbaşı Faruk Akıncı, Cumhuriyyət başsavcısı Ergün Tokgöz, Fəthiyyə Emniyyət müdiri Hüseyin Kocabıyık, Fəthiyyədəki yazarlar, siyasi partiya və sivil toplum quruluşu təmsilçiləri və çox sayda dəvətlilər qatılmışdı.
Açılış törənində çıxış edən Xalq Kültürü Araşdırmalar Qurumu (HKAK) sədri prof.dr İrfan Nasrattinoğlu “Hörmətli Behçet Saatcının başçılığı ilə Fəthiyədə başladılmış olan Türk qurultaylarının bu gün 4-cüsünü keçiririk. Bu toplantının bu coğrafiyada və Türkiyənin dəyişik yerlərində qeyd edilməsi son dərəcə vacibdir. Bir zamanlar çox daha geniş bir şəkildə qeyd edilən Türk Qurultayları, təəssüf ki, son illərdə təşkil edilmir. Bu çox böyük bir əskiklikdir. Soruşa bilərsiniz ki niyə? Çünki “Türk kültürü yoxdur, türk kültürü başqa kültürlərdən gəlmə kültürdür” şəklində söylənilən fikirlərlə Böyük Türk kültürünü yox etməyə çalışanlar vardır. Yabancı elm adamları tədqiq etdikləri araşdırmalarda öz kültürlərinin Türk kültüründən necə təsirləndiyini və nələrin alındığını çox gözəl bir şəkildə təsbit etmişlər” dedi. Konya Selcuk Universitetinden prof.dr. Saim Sakaoğlu da 10 dəqiqəlik çıxışıyla türken öyküləriylə türkülərini bu qısa zaman kəsimində olsa belə, sığdırmağa çalışacaqlarını anladıb, xüsusilə gənclərin bu elm adamlarıyla görüşüb, biliklərindən yararlanmalarını arzu etdi. Azərbaycan Ankara Böyükelçiliyi konsulu Şöhrət Mustafayev isə, bunları dedi: “bizlər türklərin ortaq dəyərlərini ön plana çıxararaq, gələcək nəsillərə daşımaq və millət olma şüurumuzu anlatmağa səy göstərməkdəyik”. Fəthiyə kaymakamı Əkrəm Çalık da “Bu qurultay sonunda məqalələrdən ibarət kitabdan əlavə türklərdən oluşan bir CD də hazırlanıb ortaya qoyularsa çox faydalı olacaqdır” deyə ifadə etdi.
Fəthiyə Bələdiyyə başkanı Behçet Saatcı da “Türkülərimiz, eyni coğrafiyada bizi bir-birimizə bağlayan köşə daşlarıdır. Bu qurultayı Türkiyədə 800 ilçədən biri olan Fəthiyyədə təşkil etmənin haqlı qürurunu yaşayırıq. Türklük anlayışının bu son dövrdə mübahisə mövzusu olması yanlışdır” dedi. Simpozium üzvləri adından danışan Azərbaycan Asiya Universitetinin rektoru prof.dr. Cəlil Nağıyev isə “Fəthiyədə qurultay təşkil etməklə kifayətlənmirsiniz, bir də üstəlik bayram bəxş edirsiniz” söyləyərək, “Biz bayramımıza sahib çıxmasaq, başqaları sahib çıxacaq” deyə əlavə etdi.
Türk qurultayında açılış çıxışları maraqla dinlənildi.
Türkiyədə Novruzu qeyd etdik. El inancına görə, hələ 7 il ardıcıl olaraq məhz bu bayramı Türkiyədə qeyd etmək qismətimizdə var demək. Ulu əcdadlarımızın inancına görə, Novruz bayramı gecəsini harda keçirərsənsə, düz 7 il bu bayramı eyni yerdə qarşılamalı olarsan.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.