Ana səhifə YENİLİKLƏR ELUCA ATALInın iki bitigi

ELUCA ATALInın iki bitigi

Müəllif: Bizim Yazı
476 baxış

bir udum azadliq uz qabiqiEluca Atalı. Gecikmiş oyuncaq. Bakı, 2013, 115 səh.
Gecikmiş oyuncaqda yazarın əsasən uşaqlar üçün yazdığı öykülər və uşaq psixologiyası ilə bağlı etdiyi müşahidələr əsasında qələmə aldığı əsərlər toplanıb.
“Gecikmiş oyuncaq” povestini isə qismən də olsa, Elucanın özkeçmişi saymaq olar. Əsərdə bir duyğunun qırx il bir insanı izləməsindən söhbət gedir. Zəruriyyət və təsadüf əsər qəhrəmanını uzun illər boyu bir kabus kimi izləyir. Məhz zəruriyyətin, yoxsa təsa­dü­fün sonucunda qəhrəmanın istəyinə çatmasını bu kitab­dan öyrənə bilərsiniz.

Eluca Atalı. Bir udum azadlıq. Bakı, 2013, 360 səh.
Bir udum azadlıq“da Elucanın iyirmi illik yaradıcılığından esse, öykü, fəlsəfi-bədii miniatür, povest türündə yazdığı bədii əsərlərdən seçmələr toplanaraq dörd bölmədə yerləşdirilib.
Bir udum azadlıq” adından da göründüyü kimi, azadlığa çağırış olsa da, xanım yazar azadlığı bir udum yox, bütövlüklə, mütləq anlamda insanın ömrünə hakim olması tələbi ilə qoyur. Bitigin ilk səhifəsindən son nöqtəsinə qədər insanın azadlığı necə qazana bilməsi, onu itirməyib özündə saxlaması və beləliklə də, azadlığını əldə etmiş insanın özünə yiyəliyindən bəhs edilir.

Eluca Atalının yeni bitiglərini Bakıdakı Akademik kitab dükanından ala bilərsiniz.
Bitiglərin satışından əldə edilən vəsait Güney Azərbaycanın Qaradağ vilayətində zəlzələ zamanı evsiz-eşiksiz qalmış soydaşlarımıza göndəriləcək.
Yazarla ilişki ünvanı: elucaatali@hotmail.com
www.eluca.info

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.