Ana səhifə BAŞ YAZI DGTYB Türk Dünyasının mədəniyyət paytaxtında maraqlı görüş keçirib

DGTYB Türk Dünyasının mədəniyyət paytaxtında maraqlı görüş keçirib

Müəllif: Bizim Yazı
845 baxış

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurası və Məclisinin bir qrup üzvü Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı Şəkiyə səfər edib. Mayın 23-ü və 24-ündə gerçəkləşən səfərdə yazarlar Şəkinin elm, təhsil və mədəniyyət ocaqlarından olan ADPU-nun Şəki filialında qonaq olub, filialın müəllim-tələbə kollektivi ilə fikir mübadiləsində bulunublar. Daha sonra, filialın akt zalında filologiya və tarix fakültəsinin tələbələri ilə “İslamaqədərki türk mifik düşüncə tərzi və inancları” ana mövzusu üzrə görüş-müzakirə keçirilib. ADPU Şəki filialının baş müəllimi Vaqif Aslan adıkeçən mövzuda geniş məruzə edib. Maraqla qarşılanan məruzədən sonra, məruzə ətrafında çıxışlar olub, habelə tələbələrin sualları cavablandırılıb. 1.1.1.
DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı, DGTYB Aran bölməsinin başçısı, şair-publisist Elşən Əzim, AYB-nin Şəki bölməsinin üzvü, şair Ağa Ramazan, gənc şairlər – DGTYB Məclis üzvləri İntiqam Yaşar, Sərvər Kamranlı, DGTYB Nəzarət-təftiş Komissiyası üzvləri Tural Adışirin, Ülkər Piriyeva və tərcüməçi-müəllimə Səbinə Babalı istər Şəkinin Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi önəmli mənəvi statusu, Şəki ədəbi mühiti, görüşün ana mövzusu və DGTYB-nin yaxın dövr üçün nəzərdə tutduğu işlər üzrə fikirlərini bölüşüblər; habelə DGTYB adından ADPU Şəki filialı, Nakam adına Şəki şəhər kitabxanası və AYB Şəki bölməsinə elmi və bədii mövzulu çoxsaylı kitablar hədiyyə edilib. DGTYB-nin 2016-cı ilin qarşıdakı ayları ərzində gerçəkləşəcək “Qəlbdəki və qələmdəki Qarabağ”, “Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı Toplantısının keçirilməsi” layihələri barədə Şəkili yazarlara, tələbələrə bilgi verilib.
Yerli və qonaq şairlərin, habelə ədəbi yaradıcılığa üfüqlənən bir neçə tələbənin öz şeirini oxuduğu, səmimi ortamda keçən tədbirdən məmnun qalan tələbələr belə görüşlərin tez-tez keçirilməsinin arzuedilən olduğunu ifadə etdilər.
Onu da əlavə edək ki, Vaqif Aslanın məruzəsi, DGTYB Mətbuat Xidməti tərəfindən çap və video formasında hazırlanır və uyğun şəkildə, qəzet və dərgilərdə, portallarda, eləcə də, sosial mediada yayımlanacaqdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.