Ana səhifə BAŞ YAZI DAĞ TENRUSU – Yapon dilindən (orjinaldan) çeviri

DAĞ TENRUSU – Yapon dilindən (orjinaldan) çeviri

Müəllif: Bizim Yazı
782 baxış

(Nağıl)
Qədim zamanlarda bir kənndə çox varlı adamlar yaşayırdilar. Niyə onlar elə varlı idilər? Ona görə ki kəndlilər dağ tenrusının özü ilə dostluq edirdilər. Buna görə də dag tenrusu onlara bol məhsul əldə etməyə, ziyanverici həşəratları və pis qüvvələri qovmaga kömək edirdi. Hər payız o daglara gedir və oradan kəndin vəziyyətinə nəzarət edirdi. Yazda isə kəndə qayıdırdı. Kəndlilər isə onu səbirsizliklə gözləyir və o gəlməmiş heç vaxt taxıl əkmirdilər. Dağ tenrusu çox urəyiaçıq, həm də utancaq: idi. Gah təvazökarlıqdan onun üzü qızarırdı, gah da utandığından üzünü gizlədirdi, lap cavan qız kimi…
Amma bir dəfə yazda belə bir hadisə baş verdi. Həmişəki kimi dağ tenrusu kəndə qayıtmışdı. Elə bu vaxt kəndlilər də taxil əkməyə hazırlaşırdılar. Onu necə lazımdırsa qarşıladılar, hədiyyələr gətirdilər, şirniyyatlarla qulluq elədilər. Her şey yaxşı idi ki, ta dağ tenrusı gəzməyi qərara alanadək. O, evlərin ətrafindan keçdi, zəmilərin yanından ötdü və bir gölməçəyə yaxınlaşdı. Gölməçənin sahilinde dincəlmək üçün oturdu. Əyləşib etrafi seyr etdi və bu zaman belə bir hadisə baş verdi ki, dağ tenrusu təsadüfən gölməçəyə baxanda öz şəklini gödu. Görən kimi çox həyəcanlandı:
– Oy, oy! Bu nə bədbəxtlik?! Bu mənəm? Heç vaxt bilmirdim ki, mən belə çirkinəm. Mən necə eyibliyəm. Necə eyibli!
Dağ tenrusu ağladı v daglara qaçdı. Kəndlilər təşvişə düşdülər.
– Dayan! – deyə qışqırdılar, – Kədərlənmə! Biz səni belə sevirik və hörmət edirik.
Dağ tenrusu isə arxaya baxmadan qaçır, heç nə eşitmək istəmirdi. Kəndlilər qorxuya düşdülər: – Nə olacaq, əgər o heç vaxt qayıtmasa necə olacaq? – fikirləşdilər. Elə də oldu. Dağ tenrusu cəngəllikdə gizlendi, və heç kimin gözunə görünmədi.
Həmin kəndə böyük bəlalar gəldi: bitkilər saraldı, daglardakı ağaclar artıq meyvə vermədilər, qurudular. Kəndlilər bilmirdilər nə etsinlər, təbiətə necə kömək etsinler. Fikirləşdilər, fikirləşdilər, axırda qoca bir agbirçəyin yanına məsləhət almaga getdilər. Öz kədərlərinin səbəbini ağbirçəyə danışdılar. Ağbirçək fikrə getdi və sonra dedi:
– Mən qocayam, hesablasan artıq 200 ildi yaşayıram. Yadıma gəlmir d ağ tenrusunun görünüşü. Siz onun üzünü dəqiq yadınızda saxlamısız?
-Bəs necə? – kəndlilər təəccüblə dilləndilər. Hər il yazda o kəndə gəlir.
– Nece? – soruşdu yene ağbirçek: – Həqiqətən o çirkindi?
– Həqiqətən, – dedilər kəndlilər – Lakin bu vacib deyil. Onsuz da o bizim üçün ən yaxşıdı.
– Elədir. – razılaşdı müdrik ağbirçək, – ən əsası dağ tenrusunun ürəyiaçiq olmasıdı. Ən pisi isə onun utancaq olmasıdı. Görünür o üzünün çirkin olmasından utandı, ona görə də qaçdı sizdən. Əvvəl isə o bunu bilmirdi.
– Bəs biz indi nə edək? – deyə kəndlilər soruşdular. – Kədərdən kənddə aclıq olacaq. Bütün gecə və gündüz biz tarlada çalışsaq da heç nə bitmir.
– Siz dağ tenrusundan da çirkin birini tapmalısınız. – ağbirçək məsləhət gördü. – Görsün ki, dunyada ondan da çirkini vardır.
Kəndlilər fikirləşdilər ki, görəsaən kim dağ tenrusundan çirkindi. Çox fikirləşsələr də belə bir çirkini tapa bilmədiler.
– Yaxşı, – dedi ağbirçək. – sizə bir məsləhət də verərəm. Gedin gölməçəyə və Okaje balığını tutun. Tutandan sonra isə onun gözlərinə baxın. Heç kim çirkin gözlərini onun kimi bərəltmir.
– Okaje? Doğrudan da!- sevindilər kəndlilər.
Getdilər gölməçəyə Okaje balığını tutdular və başladılar gülməyə:
– Ha-ha-ha! Sifətə bax!
– Necə çirkindir!
– Çox çirkindir!
Onlar okaje baliğını böyük bir küpün içinə qoydular ve tez dağa qaçdılar. Dağ tenrusunun evini tapdılar və qapını döydülər:
-Aç qapını, dağ tenrusu, – xahiş etdiler. – Bax biz sənə nə gətirdik!
Dağ tenrusu qapını açdı, achdi qapini, küpün içinə baxdı. Gördü ki, orda baliq var, gözlərini bərəldir, çənəsini ora-bura tərpədir. Çirkinlik!
– Bax budur! – təəccübləndi dağ tenrusu. Belə də olurmuş! Mən özümdən də çirkinini görürəm! Necə yaxşıdir ki, mən Okaje balığı deyiləm! O isə, o isə, gözlərini necə bərəldir. bir baxın buna! Ha-ha-ha! Artıq bacarmıram. Gülməkdən partlayacağam!
Dağ tenrusu gülür, kəndlilər gülürlər. Hamıya xoş oldu. Dağ tenrusunun əhvalı düzəldi. Kəndlilərlə barışdı. Kənddə hamı yenidən varlandı: zəmilərdə taxıl artdı, ağaclarda meyvələr yetişdi. Və bundan sonra dağ tenrusu və kəndlilər həmişə sülh və əmin-amanlıq içində yaşadılar.

Nazim ibr. - BDU tlbsiYapon dilindən çevirən: Nazim İbrahimov,
BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Yaponiya üzrə) şöbəsinin II kurs tələbəsi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.