Ana səhifə YENİLİKLƏR “CÜMHURİYYƏT – anılar və anlar”

“CÜMHURİYYƏT – anılar və anlar”

Müəllif: Bizim Yazı
690 baxış

DGTYB-dən “Cümhuriyyət İli”nə töhfə

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gənc yazar, DGTYB üzvü Elmin Nurinin “Cümhuriyyət – anılar və anlar” kitabı gün üzü görüb.

5 bölümdən ( – “Cümhuriyyət  fədailəri – ruhla tarix yazanlar”;  “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət” – ) ibarət olan kitabda, müəllifin ayrı-ayrı portallarda gün üzü görmüş məqalələrindən istifadə edilib.

Kitabın məsləhətçisi, millət vəkili  dr. Cavanşir Feyziyev,  baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.Az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Kitabın “Önsöz”ünü AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb.

Gənc yazarın bu mövzudakı ilk kitabı olan “Cümhuriyyət – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış ziyalıların əsərlərindən bəhrələnərək hazırlanıb.

Publisistik mətnlərdən ibarət kitab həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran  fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləyib.

“Cümhuriyyət – anılar və anlar”ın  ilk imza törəni 27 dekabr 2018-ci ildə (qeydiyyat başlayır: saat 14.30), Gəncə şəhər Gənclər Evində (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi -34) keçiriləcək.

Özəlliklə də, Gəncədə, ətraf bölgələrdə yaşayan gənc yazar və fəalların imza törəninə qatılması gözlənilir.

Onu da vurğulayaq ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, missiya və mandatına uyğun konfrans keçiriləcəkdir. Bu barədə ictimaiyyətə əlavə bilgi veriləcək.
(“CÜMHURİYYƏT – anılar və anlar” respublikanın aparıcı kitabxanalarına, elm, mədəniyyət ocaqlarına paylanacaq, habelə pdf formatında “e-kitabxana”ya yüklənəcək və bununla da daha çox oxucuya yetişmək imkanı əldə ediləcəkdir.)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.