Ana səhifə YENİLİKLƏR Çopur Ələsgər: “Elim mənə ilham verib”

Çopur Ələsgər: “Elim mənə ilham verib”

Müəllif: Bizim Yazı
144 baxış

USTAD AŞĞIN SƏNƏTƏ GƏLİŞİNİN 55 İLLİYİ TƏNTƏNƏ İLƏ QEYD OLUNACAQ

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) özünün növbəti mədəni layihəsi çərçivəsində ustad aşıq – Tovuz Aşıqlar Ansamblının başçısı, el arasında Çopur Ələsgər adı ilə tanınan Aşıq Ələsgər Tağıyevin sənətə gəlişinin 55 illiyi münasibəti ilə ədəbi-bədii gecə hazırlayıb. Tədbir bu il aprel ayının 20-də (saat 17.00) Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi ilə əməkdaşlıq ortamında təşkil olunan gecədə respublikamızın tanınmış saz-söz adamları, xanəndələr, elm xadimləri, QHT və KİV təmsilçiləri iştirak edəcəklər.
Gecədə ustad aşığın yaradıcılığı əsasında tərtib olunmuş repertuar əsasında maraqlı konsert proqramı olacaq.
Qeyd edək ki, gecədə Çopur Ələsgərin ABAİ İB-in dəstəyi ilə yenicə çapdan çıxımış “Elim mənə ilham verib” adlı şeirlər kitabı da təqdim olunacaq.
Aruz edənlər iştirak edə bilər. Giriş sərbəstdir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.