Ana səhifə YENİLİKLƏR Ceylan Mumoğlu. “Aydınlanma səyahəti”

Ceylan Mumoğlu. “Aydınlanma səyahəti”

Müəllif: Bizim Yazı
882 baxış

Psixoloji, fəlsəfi, riyazi və bədii…

“Facebook”da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 12-ci kitabı olan “Aydınlanma səyahəti” işıq üzü görüb.
525.az-ın bilgisinə görə, kitabın müəllifi Azərbaycanın ilk qadın portalı “Qadin.net”in baş redaktoru Ceylan Mumoğludur.
“Kitabsevərlər” hərəkatı ilə “Qadin.net” saytının ortaq layihəsi əsasında kitablaşdırılan əsərin psixoloji, fəlsəfi, riyazi və bədii çözümü uzun araşdırmalar sonucunda əldə edilib. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib.
Qeyd edək ki, tezliklə kitabın tanıtım törəni keçiriləcək.
Onu da bildirək ki, sözügedən hərəkat bundan öncə də müxtəlif mövzulu 11 kitab nəşr etdirib.
Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.