Ana səhifə YENİLİKLƏR “Bizim söz” qəzeti fəaliyyətini bərpa etdi

“Bizim söz” qəzeti fəaliyyətini bərpa etdi

Müəllif: Bizim Yazı
757 baxış

Bir ildən artıqdır nəşrini dayandırmış “Bizim söz” qəzeti yenidən nəşrə başladı. Şair Ələmdar Cabbarlının baş redaktorluğu, Nofəl Ədalətin redaktorluğu ilə nəş edilən qəzet BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşrə başlayıb. Öncəki xəttinə sadiq qalmaqla yanaşı qəzet, həmçinin BDU-da təhsil alan gənclərin yaradıcılığına da xususi yer ayracaq. Yeni sayda professor Elçin Əfəndiyevin filologiya elmləri doktoru Şirindil Alişanlının elmi fəaliyətinə həsr edilmiş “Muasir humanitar təfəkkür”, şair, fəlsəfə doktoru Knyaz Aslanın “Kitabxanaçılıq-İnformasiya fakültəsi yeni inkişaf yollarında” adlı məqaləsi və.s ədəbi mövzulara həsr edilmiş məqalələr, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun (Dağlı), tarix elmləri doktoru, professor Abuzər Xələfovun, Türkel-TV nin Baş direktor muavini Hikmət Əsgərovun müsahibələrini, görkəmli şair Fikrət Sadığın, gənc yazarlar Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirlərini, Sabir Alimin “Nazzı” hekayəsini və digər maraqlı yazıları oxuya bilərsiniz.

“Bizim söz”  ([email protected]) bütün qələm adamlarını əməkdaşlığa dəvət edir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.