Ana səhifə YENİLİKLƏR BAKIDAN TÜRK DÜNYASINA…

BAKIDAN TÜRK DÜNYASINA…

Müəllif: Bizim Yazı
589 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “BAKIDAN TÜRK DÜNYASINA” adlı layihə çərçivəsində düzənlənəcək silsilə tədbirlərin prorqamı:

2 dekabr: – saat 10.00: Azərbaycan Mətbuat Şurasında görüş;
                  – saat 15.00: Azərbaycanda ATATÜRK Mərkəzində AÇILIŞ törəni;
03 dekabr: – saat 14.00: Sumqayıt Poeziya Evində “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”nın imza və kitabxanalara bağışlanması törəni;

                    – saat 15.30: Türk dünyasında ədəbiyyat… Ədəbiyyatda türk dünyası…” – türk ölkə və topluluqlarından gəlmiş yazarların məruzə və çıxışları…
04 dekabr: – saat 10.00: BMMdə “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”nın təqdimat törəni (“KASPİ” qəzetinin təşkilatçılığı ilə);
                    – saat 11.30-da AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunda akd. İsa Həbibəyli ilə görüş;
                    – saat 16.00 Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRK DÜNYASI ŞEİR AXŞAMI
05 dekabr: – saat 10.00: Son dəyərləndirmə toplantısı (“NyuBAKU” oteli).

(Qonaqların uçuş qrafikinə  uyğun yola salınması).

Qeyd: Layihə iştirakçıları Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edəcək, şəhərin görməli yerləri ilə tanış olacaqlar. Tədbirlərdə rəsmi şəxslərin, millət vəkillərinin, şair və yazıçıların, QHT Və KİV başçılarının iştirakı nəzərdə tutulub. Konfranslarda Azərbaycanın bir sıra yeni nəsil araşdırmaçı-yazarı və alimlər məzruələrlə çıxış edəcək.

Silsilə tədbirlərdə Tatarıstan Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salih, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, “Yeni qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsilən Şoxista Artukova (Kamranlı), Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari və başqaları çıxış edəcək.

DVTNME

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.