Ana səhifə TÜRK DÜNYASI Azərbaycanlı jurnalistlər Orta Asiyaya gedir

Azərbaycanlı jurnalistlər Orta Asiyaya gedir

Müəllif: Bizim Yazı
245 baxış

Bu il aprelin 25-26-da Qazaxıstanın paytaxtı Astanada Prezident Nursultan Nazarbayevin qızı, deputat Dəriğə Nazarbayevanın başçılıq etdiyi Avrasiya Media Forumunun 11-ci toplantısı keçiriləcək. Dünyanın bir çox ölkələrindən siyasət, biznes və media adamlarının qatılacağı toplantıya Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun başqanı Umud Rəhimoğlu ilə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) başqanı Azər Həsrət də dəvət edilib.
Azər Həsrətin mediaya verdiyi bilgiyə görə, onlar dəvəti qəbul edərək ayın 24-də Qazaxıstana yola düşəcəklər. Toplantıda iştirakla bərabər müxtəlif şəxslərlə görüşlərin nəzərdə tutulduğu səfər çərçivəsində D.Nazarbayeva ilə ayrıca müzakirələrin aparılması da planlaşdırılır.
CASCFEN sədri bildirib ki, onlar Forumun işində iştirak etdikdən sonra Almatı şəhərinə gələrək burada Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Qazaxıstan Milli Komitəsinin təsis yığıncağına qatılacaqlar. Bundan sonra isə qonşu Qırğızıstana səfər edərək orada BMİ Qırğızıstan Milli Komitəsinin quruculuq işlərinin durumu ilə tanış olacaqlarını deyən Azər Həsrət qeyd edib ki, U.Rəhimoğlu dərhal Azərbaycana qayıdacaq, o isə səfər proqramını mayın 8-dək davam etdirəcək.
CASCFEN sədri Azər Həsrətin səfər proqramında qurumun Orta Asiya baş təmsilçiliyinin işi ilə maraqlanmaq, həmçinin hər iki ölkədə ayrı-ayrı jurnalist qurumlarının başçıları və ictimai-siyasi fəallarla görüşlər nəzərdə tutulub.

CASCFEN Mətbuat Xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.