Ana səhifə YENİLİKLƏR “Aşıq Şəmşir” Mədəniyyət Ocağı Abel Məhərrəmovu ödülləndirdi

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Abel Məhərrəmovu ödülləndirdi

Müəllif: Bizim Yazı
859 baxış

Ölkəmizin mədəni həyatında fəal iştirak edən, milli mədəniyyətimizin, gələnək-görənəklərimizin təbliğində önəmli xidmətləri olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi hər il bir Azərbaycan aydınını Birliyin “Xüsusi Təşəkkürnamə”si ilə təltif edir.
İctimai Birliyin 2012-ci il üçün “Xüsusi Təşəkkürnamə” plaketinə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov layiq görülmüşdür. Birlik adından ödülü akademikə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı təqdim etmişdir.
Akademik Abel Məhərrəmov belə bir ödülə layiq görülməkdən xüsusi məmnunluq hissi keçirdiyini bildirmiş, Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulamışdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.