Ana səhifə AŞIQ SƏNƏTİ Aşıq Kamandarın 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək

Aşıq Kamandarın 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək

Müəllif: Bizim Yazı
202 baxış

Noyabrın 30-da Gürcüstanın Marneuli rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan və Gürcüstan Aşıqlar birliklərinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış el sənətkarı Aşıq Kamandarın 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından söz açılacaq, ustad aşıqla şəxsən tanış olan mədəniyyət və incəsənət xadimləri xatirələrini bölüşəcəklər.
Azərbaycan, Türkiyə və İrandan sənətkarların dəvət olunduqları tədbirdə Aşıq Kamandarın yaradıcılığından örnəklər səsləndiriləcək.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.