Ana səhifə BAŞ YAZI Ovuc-ovuc torpağa qarışıb hun ərləri…

Ovuc-ovuc torpağa qarışıb hun ərləri…

Müəllif: Bizim Yazı
540 baxış

Əhməd QƏŞƏMOĞLU

Baykal bayatıları

göy sular
göy sular, gömgöy sular
ayrılıq, kövrək nisgil
məni həsrətdə saxlar.

bu dərya
bu dərya dərin dərya
hər tərəf elə gözəl
sığmır sözə, misraya.

 

çiçəklər
suyun üzü çiçəklər
hərəsi nöqtə-nöqtə
sirlə baxır göyçəklər.

yanı dağ,
yanı meşə, yanı dağ.
elə yaşa ömrünü,
gəl Baykala üzü ağ.
sinəsində Baykal çağlayanlar

…mavi daşlar, boz daşlar,
çəhrayı, ala daşlar…
bu daşların hər biri
Baykalın yanında
daşlar məni, hey daşlar…

Baykal ana!
bu daşların sanı qədər igidlərin vardı, getdi,
yadındamı?
Səni dəyişdilər dünyanın şirinliyinə,
dünyanın şirin dilinə.
vardı, getdi igidlərin, yadındamı?

bu igidlər, qəhrəmanlar
bəzən yuxularda geniş ümmanlar gördülər,
neçə yüz illər keçsə də,
bəzən yuxularda Ana Baykal nəğməsini
uğur təki eşitdilər.
neçə yüz illər keçsə də,
sinəsində Baykal çağlayanların qanı
döyüş meydanlarında
Baykal ləpələrinin səsiylə axdı.

sinələrində dərin, geniş
Baykal çağlayanlar
Baykal görkəmli qılınjlarıyla
Baykal havasını
başlarında apardılar…

Hun qəbirləri

Baykaldan Qara dənizə
ocaq-ocaq uyuyr hun qəbirləri,
Baykaldan Qara dənizə
ovuc-ovuc torpağa qarışıb
hun ərləri.
Baykaldan Qara dənizə dil-dil deyilir
hunların hünərləri.

balam!
dənizlərdən dənizlərə, belə
ucsuz-bucaqsız diyarda
qəlbləri
qəhrəmanlıqdan doğulan
bir elin nəfəsi, həvəsi
günəşimizə qarışıb,
havamıza, suyumuza,
torpağımıza qarışıb,
adımıza, sanımıza,
qanımıza qarışıb.

Baykal bayatıları

göy sular
göy sular, gömgöy sular
ayrılıq, kövrək nisgil
məni həsrətdə saxlar.

bu dərya
bu dərya dərin dərya
hər tərəf elə gözəl
sığmır sözə, misraya.

çiçəklər
suyun üzü çiçəklər
hərəsi nöqtə-nöqtə
sirlə baxır göyçəklər.

yanı dağ,
yanı meşə, yanı dağ.
elə yaşa ömrünü,
gəl Baykala üzü ağ.
sinəsində Baykal çağlayanlar

…mavi daşlar, boz daşlar,
çəhrayı, ala daşlar…
bu daşların hər biri
Baykalın yanında
daşlar məni, hey daşlar…

Baykal ana!
bu daşların sanı qədər igidlərin vardı, getdi,
yadındamı?
Səni dəyişdilər dünyanın şirinliyinə,
dünyanın şirin dilinə.
vardı, getdi igidlərin, yadındamı?

bu igidlər, qəhrəmanlar
bəzən yuxularda geniş ümmanlar gördülər,
neçə yüz illər keçsə də,
bəzən yuxularda Ana Baykal nəğməsini
uğur təki eşitdilər.
neçə yüz illər keçsə də,
sinəsində Baykal çağlayanların qanı
döyüş meydanlarında
Baykal ləpələrinin səsiylə axdı.

sinələrində dərin, geniş
Baykal çağlayanlar
Baykal görkəmli qılınjlarıyla
Baykal havasını
başlarında apardılar…

Bursa

Ətəyində dünyanın ilahi dənizi,
başında dünyanın ilahi dağı –
Osman Qazi torpağı.

nə mutlu, ola bilmək
Osman Qazi torpağı!

heyran olur
kim qoynuna varsa,
Bursa, Bursa, Bursa…

sən ormanlar içində
durmusan işıl-işıl
yaşılın nə gözəl yaşıl!
mənim arxa, ərk şəhərim
Türk şəhərim…

gözəllikdə dünyaya
görk şəhərim –
Bursa, Bursa, Bursa…

Ankara şəhərim

dünyanı təzə-təzə duyanda,
ulu türkün odundan
qəlbimə nur doğanda,
sən oldun andım!
Ankara şəhərim,
Ankaram, Ankaram…

uzun illər səsini gizlicə dinlədim
radioda,
anam kimi andım,
həsrətindən od tutudum,
alovlandım.

qardaş! deyib sənə üz tutdum,
sənə gəldim, sənə qovuşdum
Ankara şəhərim,
Ankaram, Ankaram…

sən mənim dəliqanlı balamsan,
bu dəli, divanə dünyanın içində
qəlbi alov dolu, arzu dolu oğlumsan
Ankara şəhərim,
Ankaram, Ankaram…

Kıprıs

Dənizlərin güzgüsüylə,
İlahinin sevgisiylə,
Qəlbimizin türküsüylə
Yaşar Kıprısım, yaşar.

Yaşar Kıprısım, yaşar,
Adı ellər dolaşar
Qarşıdakı dağları
Aşar Kıprısım, aşar.

Kıprıs üzük qaşımdır,
Sevincli göz yaşımdır,
Yaralı qardaşımdır,
Yaşar kıprısım, yaşar.

Üstündə türkün ruhu var,
Min-min şəhidin ahı var,
Işıq dolu sabahı var,
Yaşar Kıpısım, yaşar.

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.